Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr


Konstruktiv texnoloji amillərin təsiri



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə20/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

Konstruktiv texnoloji amillərin təsiri  

     Avtomobilin 

konstruksiyasının 

və 


onun 

zavod 


şəraitində 

hazırlanma 

texnologiyasının keyfiyyəti  onun imtinasızlığı,ömür uzunluğunu və təmirə yararlığı ilə 

təyin  edilir.  Bu  xüsusiyyətlər  avtomobilin    lahiyələndirilməsi  prosesində  nəzərdə 

tutulur,istehsalı dövründə yerinə yetirilir və istismar mərhələsində isə reallaşdırılır, yəni 

texniki istismarın tələb etdiyi səviyyədə saxlanılmaqla istifadə edilir.  

     Konstruktiv texnoloji amillər əsasən  aşağıdakıları özündə birləşdirir: 

1.Avtomobilin, onun aqreqat və mexanizmlərinin konstruksiyasının təkmilləşdirilməsi. 

2.Avtomobilin detallarının hazırlanması üçün istifadə edilən materialların keyfiyyəti  

3.Detalların  hazırlanma  texnologiyasını  qovşaqların,  mexanizmlərin,aqreqatların 

yığılmasının və nizamlanmasının keyfiyyəti. 

Konstruksiyanın  təkmilləşdirilməsi  dedikdə,  onun    texniki  imkanlarını  qiymətləndirən 

istismar keyfiyyətlərinin yaxşılaşdırılması başa düşülür. Buna həmçinin birləşmələrdəki 

qiymətlərinin,oturtmaların, müsaidələrin və  bir çox texniki şərtlərin düzgün seçilmələri 




 

17 


də  daxildir.Avtomobilin  konstruksiyası  texniki  qulluq  və  təmir  baxımından  sərfəli 

olmalıdır,yəni  profilaktika  və  təmir  xarakterli  texniki  təsirlər  minimum  əmək  və 

material xərcləri ilə yerinə yetirilməlidir.Digər tərəfdən detalların yeyilməsini azaltmaq 

üçün  konstruksiyada  yağlama  düzgün  seçilməli,  iş  rejimindən  asılı  olaraq  yüksək 

keyfiyyətli yağlar tətbiq etməli, eyni etibarlılığa və ömür uzunluğuna malik detallardan 

istifadəedilməli,bərkitmə    elementlərinin  növləri  minimuma  endirilməli,konstruksiya 

avtomatlaşdırma və mexanikləşdirmə vasitələrinə müvafiq olmalıdır. 

      Detalların hazırlanması üçün işlədilən materiallar keyfiyyəti dedikdə əsasən istifadə 

edilən  materialın  növü  başa  düşülməlidir(polad,  çuqun,  alüminium  və  s.).  Bundan 

başqa,  materialın  kimyəvi  və  mexaniki  xüsusiyyətləri  də  mühüm  rol  oynayır.  Adətən, 

detalların  hazırlanmasında  ən  çox  yeyilməyə  davamlı  xüsusi  poladlardan    istifadə 

edirlər.  Ancaq    yeyilməyə  məruz  qalan  avtomobil  detalları  avtomobil  detallar  üçün 

karbonlu  poladlar  işlədilir.  Həm  yeyilməyə  və    həm  də  yüksək  zərbəli    yüklər  altında 

işləyən hissələr az karbonlu legirləyici poladlardan  hazırlanır. Çünki bu halda detallar 

müəyyən deformasiyaya uğrayırlar. 

Detalların  yeyilməyə  qarşı  davamlılığını  yüsəltmək  üçün  termiki  və  mexaniki  emalın 

təsiri  çox  böuükdür.Belə  ki,  termiki  emalın  düzgün  aparılması  detallarda  daxili 

gərginliklər  yaradır,  təmizlik  və  dəqiqlik  siniflərinin  düzgün  seçilməməsi  isə  onların 

ömür uzunluğunu aşağı salır. 

    Ümumiyyətlə,  konstruktiv-texnoloni  amillər  avtomobilin  isitismar  keyfiyyətlərinin 

yüksəldilməsinə  xidmət  etməlidir.Konstruktiv-texnoloji  amillərin  avtomobilin  texniki 

vəziyyətinə təsirinə aid bir neçə misal göstərək. 

Mühərrikin  daima  təkmilləşdirilməsində  baxmayaraq  o,hal  hazırda  avtomobilin  ən  az 

ömür  uzunluğuna  malik  aqreqatlarından  biridir.Mühərrikin  resursu  avtomobilin  əsaslı 

təmir yürüşünün 60-70%-ni,onun işləmə qabiliyyətini saxlamaq üçün isə bütün xərclərin 

20-22%-ni  təşkil  edir.Mühərrikin  normal  işini  təmin  edən  əsas  elementlərdən  biri 

yağlama  sistemidir.Son  zamanlar  bu  sistemin  təkmilləşdirilməsinə  xüsusi  fikir 

verilir.Məlum  olduğu  kimi  yağlama  sisteminin  düzgün  müəyyən  edilməsi  nəinki 

detalların  yeyilməsini  azaldır,həm  də  birləşmələrdə  dinamiki  qüvvələrin  yaranmasının 

qarşısını  alır.Buna  görə  yağlama  sistemində  işlədilən  yağ  nasosları  yüksək 

məhsuldarlığa  hesablanır  ki,bununla  mühərrikin  istənilən  rejimində  hissələrin  arasına 

yağın  vurulması  təmin  edilir.Bu  isə  nasosun  konstruksiyası  ilə  əlaqədardır.Dişli 

çarxların  ölçülərinin,  dişlərin  profillərinin,  araboşluqların  düzgün  təyin  olunması  yağ 

nasosunun  normal  işləmə  qabiliyyətini  təmin  edir.Yağlama  sistemində  olan  yağın 

soyudulması  üçün  yağ  ventilyatoru,  təkmilləşdirilmiş  təmizləmə  üçün  narın  və  kobud 

süzgəclər və s. nəzərdə tutulur. 

          Mühərrik  detallarının  yeyilməsi  onun  temperatur  rejimindən  aslıdır.Mühərrikin 

normal temperatur rejimini saxlamaq üçün termostatdan istifadə edilir.Porşenlərin ömür 

uzunluğunu artırmaq üçün onların işlək sahələrinə sürmə çəkilir. Son zamanlar porşen 

üzüklərinin  üzərinə  xromdan  nazik  qat  çəkilir,konus  şəkilli  xromlaşdırılmış  polad 




 

18 


üzüklərdən  istifadə  olunur,dirsəkli  valın    boyunları  üçün  üçqat  nazik  içliklər 

işlədilir.Soyuq  havalarda  mühərrikin  asan  işə  salınmasını  təmin  etmək    və  bununla 

detalların işə  salma anındakı yeyilmələrini  azaltmaq  üçün  fərdi işə salıcı  qurğulardan, 

güclü starterlərdən geniş istifadə olunur.  

      İlişmə muftasının ömür uzunluğunun və etibarlılığını yüksəltmək məqsədilə üzlüklər  

yüksək keyfiyyətli antifriksion materiallardan hazırlanır. Ötürmələr qutusundan çəp və 

spiral dişli çarxlardan,yastıqlan məcburi yağlama sistemindən,ötürmələrin səlis və səssiz 

yerinə yetirməsi üçün sinxranizatorlardan istifadə edilir. 

    Kardan  ötürməsinin  işləmə  müddətini  uzatmaq  üçün  iynəvari  yastıqlar  düzgün 

seçilməli,yaxşı  kipləşdirilməli,səmərəli  yağlama  aparılmalı,xaçvari  barmağın  yığılma 

texnologiyası texniki şərtlər əsasında yerinə yetirilməlidir. 

Hərəkətin  təhlükəsizliyini  təmin  etmək  üçün  tormoz  sisteminin  və  sükan  idarəsinin 

təkmilləşdirilməsinə  xüsusi  fikir  verilməlidir.Buna  görə  tormoz  qəlibləri  yüksək 

keyfiyyətli 

friksion  materiallardan  istehsal  edilir.  Əks  təqdirdə  yüksək 

temperaturlarda(400-450ᵒS)  sürtünmə  azalır,  tormozlanma  yolu  artdığı  üçün  qəzaların 

əmələ  gəlməsi  ehtimalı  artır.  Soyutmanı  yaxşılaşdırmaq  üçün  barabanların  səthində 

qabırğalar 

düzəldilir.  Riskli  tormozlar 

tətbiq 


edilir,vəs.Sükan 

idarəsində 

hidrogücləndircilər geniş istifadə edilir. 

 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə