Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr


İstismar şəraitinin ATV-nə təsiri



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə28/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

İstismar şəraitinin ATV-nə təsiri  

 

       Avtomobilin istismar şəraiti bir çox amillərlə xarakterizə edilir. Bunların hər birinin 

ayrılıqda ATV-nə təsirini öyrənmək üçün bütün amilləri şərti olaraq aşağıdakı qruplara 

bölmək olar:



yol şəraiti ; iqlim şəraiti ; avtomobilin idarəedilmə üsulu. 

 

Yol şəraitinin avtomobilin TV-nə təsiri. 

 

      Avtomobilin  istismar  edildiyi 



yol  şəraiti

 dedikdə, yolun  tipi  yol örtüyünün texniki 

vəziyyəti,  yolun  mailliyi  havanın  tozlanma  dərəcəsi  və  hərəkət  gərginliyi    nəzərdə 

tutulur. Yol şəraitindən asılı olaraq dirsəkli valın dövrlərin sayı mühərrikinin gücündən 

və  burucumomentindən  istifadə  dərəcəsi  dəyişir.Yol  şəraiti,  həmçinin  güc  ötürücü 

aqreqatların,avtomobilin hərəkət hissələrinin və asqıların elastiki elementlərinin işləmə 

rejiminə də çox təsir edir.  

         Elmi  təcrübələr  göstərir  ki,  yaxşı  vəziyyətdə  olan  torpaq  yollarda  avtomobilin 

texniki  sürəti  asfalt-beton  yollardakı  sürətindən  1.3-1.4  dəfə  azdır.  Pis  yollarda 

avtomobilin texniki sürətini aşağı düşmə səbəbləri onun dinamiki keyfiyyətlərinin tam 

istifadə edilə bilməməsi ilə izah izah olunur.  

Mühərrikin  işləmə  rejiminin  onun  detallarının  yeyilməsinə  ciddi  təsiri  var(şəkil1). 

Qrafikdən görünür ki,minimum yeyilmə dərəcəsi dirsəkli valın  1200-2000 dövrlərində 

əldə  edilir.Yuxarı  dövrlər  də  yeyilmənin  artması,  mühərrikin  temperatur  rejiminin  və 

yağlama şəraitinin pozulması ilə izah edilir.Aşağı dövrlərdə yeyilmənin  yüksək olması 



 

25 


isə  onunla  əlaqədardır  ki,  yağın  hissələr  arasına  vurulma  sürəti  kiçik  olduğundan, 

sürtünən səthlərdə tam mayeli sürtünmə təmin edilmir.  

 

 

 



     Avtomobilin müxtəlif yol şəraitində işlədilməsi dirsəkli valın dövrlər sayının tez-tez 

dəyişməsinə  səbəb  olur.  Bu  isə  karbüratorlu  mühərriklərdə  işçi  qarışığının  hazırlanma 

texnologiyasını  pozur,  sorma  borusunun  divarlarında  maye  yanacaq  qatı  çökür.Əgər 

mühərrikin qərarlaşmış rejimində bu yanacaq qatının miqdarı verilən benzinin 1-2%-ə 

çatır.Bu  yanacağın  müəyyən  hissəsi  silindlərə  keçir,  buxarlana  bilmir,  silindir 

divarlarından  yağı  sivirir,  karterə  tökülür,  yağı  durulaşdırır.yağın  keyfiyyəti  pisləşdiyi 

üçün detallar yeyilir, onların ğömür uzunluğu azalır. 

      Avtomobilin pis yollarda (karyerlərdə, daşlıq, dağlıq və nahamar yerlərdə) istismarı 

ilə əlaqədar olaraq detallarının yeyilmə dərəcəsinin yüksək olması onunla izah edilir ki, 

qeyri  –  müntəzəm  iş  rejiminin  təsirindən  zərbəli  yüklər  meydana  çıxır,  sürtünən 

səthlərin  yağlanma  rejimi  pozulur,  mexanizmlərdə  səslər  əmələ  gəlir  və  s.  Məsələn, 

silindr-porçen qrupunun detallarının yeyilməsinin əsas səbəbi sürtünən səthlərin üzərinə 

hava  ilə  daxil  olan  tozun  ən  kiçik  hissəciklərinin  düşməsidir.  Çarxqolu  –sürgüqolu  və 

qazpaylama  mexanizmlərində yeyilmə  şiddətinin  artmasına  səbəb  abraziv  hissəciklərin 

göstərdiyi təsirdir. 

Yol şəraiti, avtomobilin elastik elementlərinin işləmə müddətinə də böyük təsir göstərir. 

Tədqiqatlar göstərir ki, asfalt- beton, yollarda istismar edilən avtomobillərin ressorunun 

ömür  uzunluğu  150-160  min.km  olduğu  halda,nahamar,  torpaq  və  daşlı  yollarda 

ressorun  xidmət  yürüşü  15-16  min.km  olur.  Göründüyü  kimi  ressorun  işləmə  müddəti 



 

26 


orta  hesabla  10  dəfə  azalır.Bu  fərq  ressor  lövhələrində  tez-tez  dəyişən  xarakterli 

gərginliklərin təsiri ilə izah olunur. 

      Yolun  texniki  vəziyyəti  tranmissiya  aqreqatlarının  işləmə  qabiliyyətinə  də  mənfi 

təsir  göstərir.Avtomobil  çətin  keçilən  yol  şəraitində  istismar  edildikdə  onun  kiçik 

ötürmələrdə  işlədilmə  müddəti  artır,  tez-tez  ilişmə  muftası  və  ötürmələr  qutusundan 

istifadə  olunur  ki,  bunun  nəticəsində  aqreqatların  ömür  uzunluğu  qısalır.  Yol  şəraiti 

transmissiya aqreqatlarının detallarının yeyilməsinə də öz təsirini göstərir.Avtomobilin 

asfalt-beton yoldakı yeyilmələrini vahid qəbul etsək , onda çınqıl yollardakı yeyilmələri 

2,41, torpaq yollardakı yeyilmələri isə 1,98-ə bərabər olur. 

      Yol  şəraiti,  avtomobilin  tormoz  sistemi  və  sükan  idarəsinə,  aparan    təkərlərin 

yastıqlarına və hərəkət hissələrinə də öz təsirini göstərir. Burada zərərli halların qarşısını 

almaq üçün imkan daxilində optimal hərəkət sürəti seçilməli və normal yağlama şəraiti 

təmin  etməli,  detalların  normadan  çox  yüklənməsinin  qarşısını  almalı  və  sair  bu  kimi 

tədbirlər yerinə yetirilməlidir.  




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə