Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə31/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

Diaqnostika prosesi. 

Avtomobiln texniki vəziyyətinin təyin olunma prosesinə diaqnostika prosesi deyilir. 

Diaqnostika  prosesi  texniki  qulluqda  görülən  nəzarət  işlərinin  təkmilləşdirilmiş 

formasıdır. 

Diaqnostika  prosesi  avtonəqliyyat  müəssisəsində  yerinə  yetirilən  nəzarət  işlərindən  iki 

cəhətə görə fərqlənir. Birincisi odur ki, avtomobilin , onun hər hansı aqreqatının texniki 

vəziyyəti  yüksək  dəqiqliklə  və  inamla  təyin  edilir.  İkincisi  isə  hərəkət  tərkibinin 

səmərəlilik  göstəriciləri  (gücü,  yanacaq  qənaətcilliyi,aqreqatların  əsas  parametrləri  və 

s.) bilavasitə ölçülə bilir. 

Diaqnostikanın  köməyi ilə  avtomobilin  aqreqat  və  mexanizmlərində  gizli  imtinalar və 

nasazlıqlar, onların aradan qaldırılması üçün zəruri olan cari təmirin iş həcmi müəyyən 

edilir.  Digər  tərəfdən,  diaqnostika  prosesi  avtomobilin  imtinasızlıq  və  səmərəlilik 

göstəricilərinin kəmiyyətcə qiymətləndirilməsinə imkan verir. 

Diaqnostika  prosesinin  mahiyyəti  müxtəlif  miqyasda  sistemin  struktur  parametrlərini 

təyin  edən  diaqnostik  əlamətləri  qiymətləndirən  diaqnostik  parametrlərin  qəbul 



 

31 


edlməsindən  və  ölçülməsindən  ,  bu  parametrlərin  buraxıla  blən  sərhəd  qiymətləri  ilə 

müqayisə  edilməsi  nəticəsində  obyektin  texniki  vəziyyəti  haqqında  mühakimə 

yürütməkdən  ibarətdir.  Sadə  avtomobil  elementləri  bir  əsas  əlamətə  görə  ,  mürəkkəb 

mexanizmlər  isə  bir  neçə  əlamətə  görə  diaqnostika  edilir.  Diaqnostika  prosesi 

nəticəsində  alınmış  nəticələri  tam  analiz  etdikdən  sonra  obyektin  texniki  vəziyyəti 

haqda fikir irəli sürülür. 

Diaqnostikası  aparılan  sistemin  (obyektin)  elementlərnin  struktur  parametrləri  ( 

𝑋

1,



 𝑋

2,

 𝑋



3

)

 



Vericilər  vasitəsilə  (mexaniki  ,  elektriki  ,  istilik  və  s.)  gücləndiriciyə    və  oradan 

trasformasiya  edilmiş  formada  müxtəlif  əməlləri  yerinə  yetirən  analizatora  verilir. 

Nəhayət  ölçü  qurğusunda  (əqrəb  ,  indikator,  diaqram  tipli)  diaqnostik  parametrlər  ( 

𝑆

1,



𝑆

2,

 𝑆



3

)

 ölçülür və obyektin texniki vəziyətinə diaqnoz qoyulur. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə