Азярбайъан Дювлят Нефт Академийасы


Şəkil 1.3.3. Vintli anker qurğusu



Yüklə 3,14 Mb.
səhifə11/33
tarix12.05.2022
ölçüsü3,14 Mb.
#86823
1   ...   7   8   9   10   11   12   13   14   ...   33
ELÇİN qiyabi diplom işi

Şəkil 1.3.3. Vintli anker qurğusu

Ankerin diametr ölçülərindən aslı olaraq ona düşən maksimal yük

Cədvəl (1.3.1)


Ankerin diametri, mm


Bir vintli ankerə düşən maksimal (kritik) yük, Nank , kqQ

100

650

150

750

200

1350

250

2100

300

3000

400

5300

500

8300

600

12000

750

18750

Zəif torf örtüyü mineral torpaqla əvəz olunduqda ,boru kəmərinin suyun səthinə çıxmasına qarşı,onun üzərindəki torpaq prizmasının çəkisi müqavimət göstərir.Başqa sözlə,torpaq prizması boru kəmərini dayanıqlığını təmin edir.Onun boru kəmərinin dayanıqlıq düsturunu aşağıdakı kimi yazmaq olar :


qur - 1) (ht – hs - Db) Db ≥ Ppri ( 1.3.8)
Burada γqur – quru torpağın həcm çəkisi; ht – təpəciyin hündürlüyü; Db boru kəmərinin diametri ; hs – təpəciyin çökməsidir.

Vintli anker qurğuları ilə ballastirovka zamanı müsbət üzmə qabiliyyəti aşağıdakı düsturla hesablanır :

Puz = γsu Vsu - qb ( 1.3.9 )

burada Vsu – uzunluğu 1m olan izolyasiyalı borunun çıxardığı suyun həcmidir.



FƏSİL II . KORROZİYA NƏZƏRİYYƏSİNİN ƏSASLARI

2.1.Korroziyanın yaranma səbəbləri
Korroziya – latınca «Corrosion» sözündən götürülüb, mənası dağılma deməkdir. Metalların və onların ərintilərinin korroziyası – onların kimyəvi, elektrokimyəvi, biokimyəvi təsir nəticəsində dağılaraq yararsız hala düşməsi anlamına gəlir. Hər hansı metal konstruksiyanın sərbəst enerjisinin azalması hesabına metalların termodinamiki davamsızlığ baş verir. Ümumiyyətlə korroziya– xarici mühitin təsiri ilə metal və ərintilərinin dağılması deməkdir.

Bir sıra metallarda dağılma prosesi təkcə metalın səthində deyil, onun daxilində də baş verir. Bu zaman metalın kristal qəfəsinin dağılması ilə nəticələnir və onun fiziki,kimyəvi xassələri itir. Metalın tərkibində qarışıqlar olduqda onun səthində qalvanik cütlər yaranır,nəticəsində kiçik nöqtələr əmələ gəlir və pittinq korroziyası baş verir.Bu zaman metal dağılmaya məruz qalır.

Korroziya nəticəsində dünya ölkələrinin iqtisadiyyatına dəyən ziyanı bir neçə misalla göstərək: 1953 – cü ildə Norveç iqtisadiyyatına korroziyadan dəyən ziyan 180 milyon markaya çatırdı. 1964 – cü ildə Fransanın dəniz hidrotexniki qurğularına dəyən zərər 80 milyon frank olmuşdur. Hər il Avstraliyada bioloji korroziyadan dəyən zərər 24,5 milyon dollar, Yeni Zelandiyada 6 milyon dollar təşkil edir. ABŞ –da bioloji korroziyanın gəmiçiliyə vurduğu ziyan ildə 10 milyon, yeraltı borularda sulfat reduksiyaedici bakteriyaların vurduğu ziyan isə ildə 600-1500 milyon dollara çatır. Fransada məşhur Eyfel qülləsini korroziyadan qorumaq üçün hər dörd ildən bir 70 ton xüsusi lak-boyaq maddəsi istifadə edilir.

Ümumiyyətlə, metalın adi və korroziyaya uğramış səthləri biri-birindən kəskin fərqlənir. Amma elə korroziyalar var ki, onu adi gözlə görmək mümkün olmur. Belə korroziya - kristalarası korroziya (metalın kövrəkləşməsi) adlanır və metalı təşkil edən kristal qəfəsin pozulması ilə baş verir. Müxtəlif ekoloji şəraitlərdə – atmosferda, torpaqda,suda,turşuda,qələvidə metalların korroziyaya uğraması müşahidə olunmüşdur. Elektrokimyəvi korroziya prosesi metal – mühit sərhəddində ikiqat elektrik təbəqəsinin əmələ gəlməsi nəticəsində baş verir.

Bəzən kimyəvi təsir fiziki dağılma ilə müşahidə olunur. Bu korroziya erroziyası və ya frettinq-korroziya adlanır. Dəmir və onun ərintilərinin korroziyası zamanı əmələ gələn oksidlərinin hidratlaşmış korroziya məhsulları hesabına paslanma olur. Əlvan metallar (Al,Cu,Zn,Cr və.s) korroziyaya uğrayır, lakin paslanmır.

Çeşidli korroziya prosesi yeyilmənin xüsusiyyəti və yaranma şəraitinə görə təsnif olunur. Baş vermə şəraitinin müxtəlifliyinə görə korroziya prossesini aşağıdakı növlərə ayırmaq olar:

- qaz korroziyası –– metal materialların səthində atmosferdə olan qızmış qazların hesabına gedən korroziya;

- atmosfer korroziyası –– metal və polad materialların səthində atmosferdə olan nəmli qazlardan gedən korroziya;

- maye korroziyası –– şirin və duzlu sularda baş verən korroziya;

- yeraltı korroziya –– torpaqda və qrunt təbəqələrində olan korroziya;

- quruluş korroziyası –– metal materialların qeyri – bircins olması zamanı baş verən korroziya;

- azmış və xarici cərəyan hesabına korroziya

Metalın korroziyası – onun xarici mühitin təsiri ilə dağılma prosesidir. Neft- qaz avadanlıqlarının korroziyası onların vaxtından əvvəl sıradan çıxmasına, texnoloji proseslərin pozulmasına səbəb olur.

Metal konstruksiyanın korroziyası atmosferin oksigeni və nəmliyi nətisəsində baş verirsə, buna atmosfer korroziyası deyilir. Bu növ korroziya boru kəmərlərinin yerüstü və ya hava keçidlərində, həmçinin yerüstü neft çənlərində yaranır.

Yeraltı qurğuların (çənlərin, boru kəmərlərinin və s.) korroziyadan mühafizə metodunda mühitin və torpağın korroziya qabiliyyətləri nəzərə alınmalıdır. Bu amillər nəzərə alınarsa daha effektiv nəticə alına bilər.
Torpağın elektrik müqaviməti (R) nə qədər yüksək olarsa, cərəyan (J) da bir o qədər az olacaq (J=U\R) və bununla əlaqədar metalın korroziyası dağılması azalacaqdır. Torpağın korroziya fəallığı onun xüsusi elektrik müqaviməti üzrə aşağıdakı kimi xarakterizə olunur. (cədvəl 2.1.1)


Yüklə 3,14 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə