35
Alınma sözlərdə saitin düşməsi – eliziya hadisəsinə də təsadüf
edilir. Eliziya hadisəsi əsasən sonorlardan əvvəl və ya sonorla novlu
samitlərin arasında baş verir; məsələn: adna < adinə «cümə axşamı,
cümə» (Ş.), gəznə // geznə < qəzənə «gicitkan» (İ., Ln., M.) və s.
2. Alınma sözlərdə samitlərin düşməsi hadisəsi baş verir.
Aşağıdakı samit düşməsi müşahidə olunur.
t səsinin düşməsi: dəsgirə < dəs tgirə «səbət» (B.), dəsbəcə <
dəs tpaçe «əlüstü, dərhal» (J.), masqur//masqura < mas txor «balaca
kasa», dəsəçin < dəs təçin «əllə dərilmiş» (Ln., M.).
Misallardan göründüyü kimi, həmin sözlərdə t səsinin
düşməsinin səbəbi iki və ya üç kar samitin söz daxilində yanaşı
işlənə bilməməsidir. Belə alınma sözlərdə t səsinin düşməsi başqa
dialekt və şivələrimizdə
99
və eləcə də başqa türk dillərində
müşahidə edilir.
h səsinin düşməsi: Söz ortasında h səsinin düşməsi geniş
yayılmış hadisələrdən biri kimi ən çox alınma sözlərdə müşahidə
edilir. Məsələn, bəli < bə hli «gilas» (Q.), dəyek < də hyek «vergi»
(Ab.), dəmərdə < də hmərdə «iri boşqab», «dərin boşqab» (Ab., B.,
Q., Əb., Ln.), siyapır // siyafur < siya hpur «utanmaz, həyasız,
sırtıq» (Ab., B., Q., Əb., C., Ş.), şacu < şa hcu «baş suayrıcı» (Ab.),
şubənd < şa hbənd «yundan toxunma çarıq bağı» (Q.), şamayı <
şa hmahi «balıq növü» (Sal., S., C.).
n səsinin düşməsi: Alınma sözlərdə n səsinin düşməsi çox az
sözdə müşahidə edilmişdir. Məsələn: nōxarış «yavanlıq» (Ab., B.),
pərsəg «tərəzinin gözlərini bərabərləşdirmək üçün istifadə edilən
xırda daş» (ƏB., S., Sal.).
3. Alınma sözlərdə metateza hadisəsi. Alınma sözlərdə metateza
hadisəsi həm yanaşı işlənən, həm də yanaşı olmayan samit səslərdə
baş verir.
namətgan < naməkdan «duz qabı» (Y.), əybərdən
100
< abgərdan
(B.), g əndərbənd < gərdənbənd «xamut» (Sal.) və s.
99
Мамедов М.А. Тебризский диалект азербайджанского языка. Канд. дисс.,
Баку, 1989, стр.60
100
Şirəliyev M. Bakı dialekti, s.44
36
2.1.2.3. Söz sonunda baĢ verən kombinator dəyiĢmələr
Şərq qrupu dialekt və şivələrində alınma sözlərdə söz sonunda
baş verən kombinator dəyişmələr söz əvvəlində və ortasında olduğu
kimi çox geniş yayılmamışdır. Sözlərin sonunda aşağıdakı
kombinator dəyişmələr müşahidə edilir.
1. Söz sonunda epentetik saitin işlənməsinə bir neçə sözdə rast
gəlirik. Məsələn: bekara «nahar, lazımsız» (Y.), ləvərə «gücsüz,
arıq» (Q., Y., Ln., Y., BR), məzrə «ayırıcı nişan» (A., B., L.), tünəкi
«nazik», «həssas» (Ab., B., İ.).
2. Söz sonunda samit artırılması da az yayılmışdır. Bir sözdə v,
bir sözdə isə h səsinin artırılması qeyd olunmuşdur.
qilindov//qılındov < qilində «boyunbağı» (Q.), g icəh «gənə»
(Q.).
3. Söz sonunda samit düşümü.
t səsinin düşməsi: püşraz < pişrəs t «üzüm növü» (B.), nimras <
nimrəs t «yarımçıq yetişmiş» (B.), zəbərdəs < zəbərdəs t «güclü,
qüvvətli» (Ln., M., Q., B., C.), şirəpus < şirəpus t «divarı ağartmaq
üçün dəri» (B., Ln., Ş.).
h səsinin düşməsi: tasküla «araqçın» (B.), şəbküla // şəbkülə //
şəbkula «keçə papağı» (B., M., C.).
Şərq qrupu dialekt və şivələrində alınma sözlərdə yuxarıda qeyd
edilmiş fonetik hadisələrdən əlavə, assimilyasiyaya da rast gəlinir.
Bu fonetik hadisə həm söz köklərində, həm də kök və şəkilçi
arasında müşahidə olunur. İran mənşəli alınma sözlərdə irəli
assimilyasiya geniş yayılmışdır. Məsələn:
beddam < bədnam (AB., B.);
dəssək < dəstək «qulluğa göndərilə bilən uşaq» (A., M., C.);
dassar < dəstar «əl dəyirmanı» (bütün dialekt və şivələrdə);
banıssan < banıstan «qoyun-quzu saxlanan üstüörtülü yer» (B.,
Ş.);
pessayi < pesdehi «ehtiyat azuqə» (Ab., B.);
ressə < restə «2-3 kiloqramlıq bağlı soğan dəstəsi» (Y.) və s.
Alınma sözlərdə kök və şəkilçi arasında da irəli assimilyasiya
hadisəsi müşahidə olunur. Məsələn: daharrığ «təpəlik» (B., Q.),
gərdənnik «boyunbağı» (S.), siyapurrıq // siyapırrıq // siyafurruq
«utanmazlıq, həyasızlıq» (B., Q., ƏB.).
37
Geri assimilyasiyaya az təsadüf edilir: dambul < danbul «gavalı
növü» (B., Ln.), rəvə-rüvə < ləvə-rüvə «içalat» (A., Ln., M.), nona
< lonə «yuva» (Ln., C.).
2. 2. Alınma sözlərin morfoloji mənimsənilməsi
Alınma sözlərin morfoloji cəhətdən mənimsənilməsi dil
əlaqələri ilə bağlı əsas cəhətlərdən biridir. Belə ki, əcnəbi dil
elementlərinin söz alan dilin sisteminə təsiri, sözalan dilin yad
elementlərə nə dərəcədə müqavimət göstərməsi, alınmaların
mənimsənilməsi prosesinin istiqaməti, alınma prosesində və ondan
sonrakı dövrdə dəyişmələrə məruz qalmış sözlərin təsnifatı
məsələlərinin öyrənilməsi vacibdir.
Alınma sözün sözalan dildəki (qrammatik) formasının onun
mənbə dildəki çıxış halına (alınmaya qədər olan hal nəzərdə
tutulur—T.İ.) qrammatik cəhətdən uyğun gəlib-gəlməməsi qarşılıqlı
əlaqədə olan dillərin genetik qohumluq və tipoloji oxşarlıq
dərəcəsindən asılıdır.
Azərbaycan dilinə keçmiş İran mənşəli alınma sözlərin
morfoloji mənimsənilməsi ilə bağlı məsələlər Azərbaycan və İran
dillərinin strukturca bir-birindən fərqlənən müxtəlif tipoloji qruplara
mənsub olması səbəbindən xüsusi əhəmiyyət kəsb edir.
Bəllidir ki, İran dilləri morfoloji quruluşuna görə flektiv olan
Hind-Avropa dilləri ailəsinə daxildir. Azərbaycan dili aqlütinativ
quruluşlu türk dillərindəndir. Aqlütinasiya isə söz kökünə müəyyən
ardıcıllıqla müxtəlif şəkilçilərin artırılması prosesidir.
Azərbaycan dilində sözyaratma və sözdəyişmə sözün kökünə
müəyyən qrammatik məna ifadə edən xüsusi hissəciklər – şəkilçilər
artırılması ilə baş verir. Buna görə də aqlütinativ dillərdə, o
cümlədən Azərbaycan dilində söz yaradıcılığında suffiksal forma
geniş inkişaf etmişdir.
İran dillərində də morfoloji yolla söz yaradıcılığı geniş
yayılmışdır. Lakin müqayisə edilən dillərdə morfoloji yolla söz
yaradıcılığı bir-birindən fərqlidir. Belə ki, Azərbaycan dilindən
fərqli olaraq İran dillərində söz yaradıcılığında iştirak edən
sözdüzəltmə vasitələri sözün önünə, ortasına və sonuna əlavə edilir.
Azərbaycan dilində isə, yuxarıda qeyd edildiyi kimi, həmin vasitələr
Dostları ilə paylaş: |