Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə14/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

Könül  Nəhmətova   
 
 
42 
Seyyidəm, bir qulamiyəm o Ģəhrin, 
Rizəxari-kəlamiyəm o Ģəhrin. 
Məsqətür-rə’sdir mənə ġirvan, 
Sinni pəncahə vasiləm əlan. 
Az qalıbdır ki, tündbadi-süruĢ, 
Qıla Ģəm’i-həyatımı xamüĢ. 
Seyid Əzim bu məsnəvidə əsərinin yazılma tarixini də dəqiq 
göstərir: 
Bir min üç yüzdə sali-hicrətdən, 
Bunu cəm eylədim qənimətdən. 
ġe’rbafəm bu kargah üzrə, 
Zöhrələr zahir oldu mah üzrə. 
Mənə peyvəstə Ģügldür əĢ’ar, 
Zülfi yar ilə çünki rəbtim var. 
Gərçi hər Ģüglə pay peydadır, 
Buna «tarixi-Ģügl» bipadır. 
ġügldən saqit eyləsən lami, 
Odu tarixi-salın əyyami. 
 
Müəllif  burada  həm  də  əsərinin  «tarixi-Ģüğl»  ifadəsində 
ədcəd hesabı ilə yazılma tarixini bildirmiĢdir.  
Təzkirənin müqəddiməsində Ģeir və Ģairlikdən bəhs olunur, 
«Qurani-Kərim»dən  ayələr  göstərilir  və  izah  olunur,  orta  əsr 
ədəbiyyatında  olduğu kimi, peyğəmbərin tərifinə  sözlər söylənir. 
Müqəddimə Ģeirin mənasını açan bu sözlərlə baĢlayır: «Bu fənni-
Ģərifin  dəqiqĢünaslarına  ərz  olunur  ki,  ürəfalər  və  zürəfalər  Ģeiri 
tükdən götürüblər. Ərəb lisanında «Ģə’r» tük deməkdir və əĢ’ardə 
dəxi tükdən nazik məzmunlar mövcuddur,  onu  da bilməz məgər 
ərbabi-xibrət və əshabi fitrət» [82. 11]. 
Təzkirədə  Seyid  Zülfüqar  ġirvani,  Fələki  ġirvani,  Xaqani 
ġirvani,  Mücirəddin  Beyləqani,  Didə,  Hacı  Nəcəf  bəy,  Raci, 
Nüsrət  və  baĢqa  Azərbaycan  Ģairlərinin  tərcümeyi-halı  nisbətən 
geniĢ  verilmiĢdir.  Təzkirədə  Türkiyə  Ģairlərindən  Nabi,  Fövzi 
Əfəndi  Rumi,  Ġzzət  Rumi,  Vəcdi  bəy  Rumi,  Fazil  Rumi,  Hüsni 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
43 
Çələbi,  Ruzi,  Fitnət  xanım  Rumi,  Nisari  və  b.  Ģairlərin  yaradıcı-
lığına  yer  ayrılmıĢdır.  Bir  sıra  Ģairin  adı  çəkilmiĢ,  lakin  əsərl-
ərindən  nümunə  verilməmiĢdir.  Onlar  aĢağıdakılardır:  Cami 
Ərdəbili, Bühuri, Qivami Gəncəvi, Nizami Əruzi, Fərəzdəq, Əbü 
Nüvas,  PuĢkin,  Əbu  Übeyd  Nəbati.  Təzkirədə  ilk  dəfə  olaraq 
Qövsinin Ģeirlərindən nümunələr verilmiĢdir. 
Ümumiyyətlə,  təzkirə  271  Ģairin  yaradıcılığını  əhatə  edir. 
Bundan əlavə əlliyə qədər də «laədri»
*
 beyt vardır. 
Seyid Əzim ġirvani Nəsimi haqqında heç bir məlumat əldə 
edə  bilməmiĢ,  yalnız  iki  yarımçıq  qəzəlini  öz  əsərinə  daxil  et-
miĢdir.  Füzuli  haqqında  yeni  bir  söz  söyləyə  bilməmiĢ,  özündən 
əvvəlki  təzkirəçilərə  istinad  edərək  əsərlərinin  adını  çəkməklə 
kifayətlənmiĢdir. 
Akademik Bəkir Nəbiyev Seyid Əzim ġirvaninin təzkirəsi-
nin əhəmiyyəti  haqqında  yazır  ki,  onun  «təzkirəsində  o  vaxtadək 
məĢhur olmayan ġamaxı Ģairlərindən Füruqi,  Məxmur, Qənnadi, 
Qəmi  və  Rüsvanın  tərcümeyi-halına  dair  maraqlı  məlumat  veril-
miĢdir» [71. 168]. S.Ə.ġirvani təzkirəni yazarkən DövlətĢah təzki-
rəsindən və «AtəĢkədə»dən geniĢ Ģəkildə faydalanmıĢdır. 
XIX  əsrdə  Azərbaycanda  yaranan  antoloji  toplulardan  biri 
də  «Təzkireyi-Ziyai»dir.  «Təzkireyi-Ziyai»  əsərinin  müəllifinin 
Ģəxsiyyəti  hələ  də  dəqiq  müəyyənləĢdirilməmiĢ,  mübahisəli  qal-
mıĢdır. «Cənubi Azərbaycan ədəbiyyatı antologiyasında» təzkirə-
nin müəllifi haqqında belə məlumat verilir: «Ərdəbil sərrafı Hacı 
Məhəmməd Ruhimin oğlu Ziyai dövrünün çox bilikli, maarifpər-
vər alim-Ģairi olmuĢdur. O, 1850-ci ildə anadan olmuĢ, ilk təhsilini 
də Ərdəbildə almıĢdır. Müasirləri arasında təvazökarlığı və yüksək 
zövqü  ilə  seçilirdi.  Atası  vəfat  etdikdən  sonra  maddi  vəziyyəti 
ağırlaĢdıqda  28  yaĢında  Lənkərana  gəlir.  Burada  həyatını  təmin 
etmək üçün müxtəlif peĢələrə əl atır. Azərbaycanca və farsca Ģeir-
lər yazır. O, eyni zamanda ġimali və Cənubi Azərbaycan Ģairləri 
                                                           

Müəllifi məlum olmayan 
 


Könül  Nəhmətova   
 
 
44 
haqqında  bir  təzkirə  yazmaq  fikrinə  düĢür.  Lütfəli  bəy  Azərin 
məĢhur  «Təzkireyi-AĢəĢkədə»  əsərini  davam  etdirərək  təqribən 
200 il müddətində yazıb-yaradan Azərbaycan Ģairləri haqqında qı-
sa  bioqrafik  məlumat  toplayıb  onların  Ģeirlərindən  nümunələr 
göstərərək əsərini «Təzkireyi-Ziyai» adlandırır. 
Nəsrəddin Qarayev isə XIX əsrin ikinci yarısında Lənkəran-
da təĢkil edilmiĢ «Fövcül-fusəha» ədəbi məclisinin üzvü Mirzə Ġsa 
Xəyali  ilə  Mirzə  Ġsa  Ziyainin  eyni  Ģəxs  olduğunu  iddia  edir.  O, 
«Poetik məclislər» adlı kitabında Mirzə Ġsa Xəyalinin 1850-ci ildə 
Ərdəbildə  doğulduğunu,  1891-ci  ildə  isə  Lənkərana  köçdüyünü 
yazır. Ġsa Ziyainin təzkirəsinin tədqiqinə həsr olunmuĢ məqaləsin-
də  isə  bu  tarixi  1871-ci  il  kimi  qeyd  edir.  N.Qarayevin  fikrincə, 
həm də əldə olan materiallar Mirzə Ġsa Məhəmmədrəhim oğlu Zi-
yai Ərdəbili ilə Mirzə Ġsa Məhəmmədrəhim oğlu Xəyali Ərdəbili-
nin eyni Ģəxs olmasını tam Ģəkildə iddia etmək üçün bəlkə də kifa-
yət deyildir. 
«Təzkireyi-Ziyai» fars dilində və «AtəĢkədə» səpkisində ya-
zılmıĢdır. Belə ki, Ziyai də Lütfəli bəy Azər kimi əvvəl  Ģairlərin 
həyatı, sonra isə böyük bir hissədə onların əsərlərindən nümunələr 
vermiĢdir.  Müəllif  təzkirəyə  yazdığı  qısa  müqəddimədə  göstərir 
ki, «alçaq zəmanə bir hadisənin səbəbi üzündən bu həqiri Gilanzə-
minə,  yəni  Lənkərana  atdı  və  bir  neçə  vaxt  bekar  qaldım».  Mü-
qəddimədən  görünür  ki,  bekar  qalmağı  sevməyən  müəllif  «yazı-
pozu» iĢi ilə məĢğul olur. O, bir nəfərdə Lütfəli bəy Azərin «AtəĢ-
kədə»  təzkirəsinə  rast  gəlir.  Kitabı  pul  ilə  almağa  çalıĢır,  sahibi 
satmır.  Lakin  çox  minnətdən  sonra  müvəqqəti  on-on  iki  günlüyə 
ala bilir. Mirzə Ġsa on beĢ günün tamamında kitabın üzünü köçü-
rüb sahibinə qaytarır və «yadigar qalmaq üçün» Lütfəli bəy Azər-
dən  sonra  yaĢamıĢ,  həmçinin  öz  müasiri  olan  Ģairləri  «AtəĢ-
kədə»yə  əlavə etməklə  bu iĢi davam etdirmək  qərarına  gəlir. Bu 
təzkirədə Seyid Əzim, Mirzə Ələsgər Növrəs, Mirzə Rəhim Fəna, 
Əbülhəsən ġəhid, Fatma xanım Kəminə kimi ġirvan və Qarabağ 
Ģairləri də öz əksini tapmıĢdır. Burada həmçinin baĢqa təzkirələrdə 
adlarını  göstərdiyimiz  Rindi,  ġirvani,  Mirzə  Niyaz  ġirvani,  Əsar 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə