Könül Nəhmətova
6
mədəniyyətinin müxtəlif sahələrinin öyrənilməsinə həsr olunmuĢ
elmi əsərləri içərisində «DaniĢməndani-Azərbaycan» təzkirəsinin
xüsusi yeri vardır. Tərbiyət bir çox əsərlərində, elmi axtarıĢlarında,
o cümlədən, «DaniĢməndani-Azərbaycan» təzkirəsində ədəbiyyat
tarixinin mübahisəli, qaranlıq və kölgəli cəhətlərini iĢıqlandırmağa
çalıĢmıĢdır. M.Tərbiyətin Azərbaycan mədəniyyətinə etdiyi böyük
xidmətlərindən biri də onun «F.Köçərlinin qarĢısına çıxmıĢ əsas
maneəni aradan qaldıraraq Azərbaycan ədəbiyyatı tarixindəki bir
çox boĢluğu doldura bilməsidir». «DaniĢməndani-Azərbaycan»
təzkirəsinin ədəbiyyat tariximizin öyrənilməsindəki xüsusi
əhəmiyyəti ondadır ki, bu təzkirə Azərbaycan mənbələri içərisində
ilk əsərdir ki, ədəbiyyat tariximizi bütövlükdə - VII əsrdən
baĢlayaraq XX əsrə qədər əks etdirir. Göründüyü kimi,
«DaniĢməndani-Azərbaycan» ədəbiyyat tarixçiliyimizdə həm də XI
əsrə qədərki Azərbaycan ərəbbilli poeziyası haqqında ehtiva etdiyi
bilgilərə görə əhəmiyyətli yerlərdən birini tutur. Bundan əlavə,
təzkirə Cənubi Azərbaycan ədəbiyyatının XVIII, XIX əsrlərdə və
XX əsrin əvvəlində yaĢayıb yaratmıĢ görkəmli nümayəndələri
haqqında verdiyi məlumatlarla da ədəbiyyat tariximizi
zənginləĢdirmiĢdir.
Aydındır ki, M.Tərbiyət sistemli Azərbaycan ədəbiyyatı tari-
xi yazmamıĢdır və qarĢısına da belə bir məqsəd qoymamıĢdır. «Da-
niĢməndani-Azərbaycan» adlanan ensiklopedik əsərində Azər-
baycan ədəbiyyatı tədqiqatının axıradək düĢünülmüĢ, sistemli bir
plan əsasında getmədiyi və pərakəndə səciyyə daĢıdığını görürük.
Lakin tarixi xidmətlərə qiymət verilərkən tarixi xadimlərin fəaliyyə-
ti müasir tələblərə nisbətdə deyil, dövrün inkiĢafı nisbətində
qiymətləndirilməlidir. Tədqiqat iĢində də Məhəmmədəli Tərbiyətin
«DaniĢməndani-Azərbaycan» əsərindəki ədəbiyyat məsələləri ona
qədərki təzkirələr və yaĢadığı dövrdə yaranan ədəbiyyat tarixi
əsərləri ilə müqayisəli öyrənilmiĢ, müasir tədqiqatda əsərin elmi
əhəmiyyəti üzə çıxarılmıĢdır. Müasir elmi-nəzəri fikirdə ədəbiyyat
tarixi konsepsiyalarına ehtiyac yarandığından ədəbi-bədii irsimizin
tədqiqi sahəsində əhəmiyyətli olan əsərlərin öyrənilməsi olduqca
aktualdır.
Tədqiqatın əsas məqsədi ədəbi irsin öyrənilməsində baĢlıca
qaynaqlardan biri olan təzkirəçiliyin ədəbiyyat tarixçiliyimizin ilkin
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
7
mərhələsi
kimi
keçdiyi inkiĢaf yolunu, «DaniĢməndani-
Azərbaycan» əsərini təzkirəçilik ənənəsinin davamı kimi və əsərin
əhatə etdiyi ədəbiyyat məsələlərini öyrənməkdir. Bu məqsədlə
müəllif aĢağıdakı vəzifələri həll etməyə çalıĢmıĢdır:
Azərbaycan təzkirçiliyinin öyrənilməsi tarixinə ümumi
bir nəzər salmaq;
Elmi-ədəbi janr olaraq təzkirənin yaranması və formalaĢ-
ması tarixini nəzərdən keçirmək; Azərbaycan təz-
kirəçiliyini Yaxın və Orta ġərq kontekstində öyrənmək;
Azərbaycan təzkirəçiliyinin keçdiyi inkiĢaf mərhələlərini
müəyyənləĢdirmək, hər mərhələnin özünəməxsus cə-
hətləri və təzkirə ənənəçiliyi ilə ortaq xüsusiyyətlərini üzə
çıxartmaq;
Orta əsrlər təzkirəsinin modern nümunəsi sayıla biləcək,
Azərbaycan və Ġran ədəbiyyatĢünaslığında sonuncu təz-
kirə hesab olunan «DaniĢməndani-Azərbaycan» əsərin-
dəki ədəbiyyat məsələlərini öyrənmək və bütövlükdə təz-
kirənin ədəbiyyat tariximizdəki yerini müəyyənləĢ-
dirmək.
Təzkirələrin tədqiqi tarixi buradakı klassik irsin araĢdırıl-
ması ilə eyni vaxta düĢür. Lakin təzkirəçiliyin inkiĢaf tarixinin elmi
Ģəkildə öyrənilməsinə 1960 - cı illərdən baĢlanılmıĢdır. Günümü-
zədək bu sahədə müxtəlif tədqiqatlar aparılmıĢ, «Məcməül-xəvas»,
«GülĢənüĢ-Ģüəra», «AtəĢkədə», «Təzkireyi-Nəvvab», «Riyazül-
aĢiqin» təzkirələrinin ədəbiyyat tariximiz üçün məziyyətləri və
qiymətləri müəyyənləĢdirilmiĢdir. Məhəmmədəli Tərbiyətin
«DaniĢməndani-Azərbaycan» təzkirəsi ədəbiyyat tarixi əsərlərinin
yazılmasında dəyərli bir məxəz kimi tədqiqata cəlb olunsa da, ilk
dəfə bu monoqrafiyada sistemli və əhatəli təhlilə cəlb edilmiĢ,
buradakı müxtəlif çeĢidli ədəbi-elmi materiallar üzrə təsnif olun-
muĢ, ədəbiyyat tarixi prinsiplərinə uyğun Ģəkildə araĢdırılmıĢ, on-
ların əhəmiyyəti göstərilmiĢdir. Monoqrafiyada təzkirəçilikdə ənənə
və novatorluq məsələləri də aydınlaĢdırılmıĢdır.
Könül Nəhmətova
8
I F Ə S İ L
TƏZKİRƏ - AZƏRBAYCAN ƏDƏBİYYATI
TARİXÇİLİYİNİN
BİR JANR VƏ MƏRHƏLƏSİ KİMİ
1.1. Təzkirələrin tədqiqi tarixinə baxış
Azərbaycan ədəbiyyatı tarixi haradan baĢlayır sualı XIX
əsrin ikinci yarısından etibarən ortaya çıxaraq XX əsrin ilk rübün-
də müəyyən qədər cavablandırıldı. Milli özünüdərkin inkiĢafı
nəticəsində meydana çıxan Azərbaycan ədəbiyyatı tarixi ideyası
müasir ədəbiyyatĢünaslığımızda artıq müstəqil konsepsiya, yəni
ədəbiyyata konkret baxıĢ və anlama sistemi kimi dərk edilir . XX
əsrin son rübündə isə Azərbaycan ədəbiyyatı tarixçiliyi araĢdırma-
ya cəlb edilmiĢdir. Yəni, get-gedə ədəbi irsin daha qədim qaynaq
və örnəklərinə baĢ vurulmaqdadır. Bu qaynaqlardan biri də təzki-
rələrdir. XXI əsrin astanasında artıq müəyyən dərəcədə təzkirələ-
rin araĢdırılması bu janrın tədqiqi tarixindən danıĢmağımıza im-
kan verir.
Təzkirələrin tədqiqi tarixi onların yaranması ilə baĢlamıĢdır
desək, əlbəttə ki, yanılmarıq. Məsələn, Sadiqi ƏfĢarın «Məcməül-
xəvas», Lütfəli bəy Azərin «AtəĢkədə», Seyid Əzim ġirvaninin
«TəzkirətüĢ-Ģüəra» və s. əsərlərində özlərindən əvvəlki təzkirələr
və onların müəllifləri haqqında bilgilərə də rast gəlinir və yeri gəl-
dikcə bu əsərlərin adı qaynaq kimi qeyd olunur. Öz əsərində təz-
kirəçilərdən ən çox danıĢan müəllif isə Məhəmmədəli Tərbiyətdir.
M.Tərbiyətin «DaniĢməndani - Azərbaycan» təzkirəsi Azərbaycan
və Yaxın ġərq təzkirələrinin saf-çürük edilərək ən gərəkli və mö-
təbər faktlar, məlumatlar əsasında yazıldığı üçün bu ədəbi janrın
Dostları ilə paylaş: |