Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   2   3   4   5   6   7   8   9   ...   40

Könül  Nəhmətova   
 
 
18 
kü mənada ədəbiyyat tarixi səciyyəli bir əsər yoxdur. Bu baxım-
dan  1221-ci  ildən  fars  alimi  Məhəmməd  Övfinin  «Lübab  əl-əl-
bab»  (Cövhərlərin  seçilməsi)  əsərindən  baĢlayaraq  XX  əsrin  əv-
vəllərinə  qədər  təzkirəçilik    ədəbiyyat  tarixçiliyi  vəzifəsini  da-
ĢımıĢdır.  Təzkirə
1
  -  ərəbcədə  II  (təfsilə)  vəzndə  bir  məsdər  olub 
isim kimi də iĢlənərək «gərəkli Ģəxsləri anma, xatırlama, yad etm-
ə»  mənalarını  daĢıyır.  Qədimdə  rəsmi  dairələrdə  Ġran  ərazisində 
yazı iĢləriylə məĢğul olanlara «təzkirei» və ya  türkcə «təzkirəçi» 
deyilirdi.  XIX  əsrdə  də  təzkirənin  «Ģəxsiyyət  vəsiqəsi»  mənasını 
daĢıdığını  görürük.  Mirzə  Fətəli  Axundovun  «SərgüzəĢti  Molla 
Ġbrahim  Xəlil  Kimyagər»  komediyasında  «təzkirə»  sözü  bu 
mənada  iĢlənmiĢdir.  Məstəli  Ģah  deyir:  «On  bir  il  bundan  irəli 
Araz  qırağına  gəlmiĢdim,  istəyirdim  ki,  Naxçıvavn  və  ġərur 
mahallarının qabağından keçib Ġrəvana gedəydim. Hər iki mahalın 
xalqı mənə  mane oldular ki, səni qoymanıq bu torpağa  keçəsən. 
Ondan  ötrü  ki,  əlində  təzkirən  yoxdur.  Naməlum,  təzkirəsiz 
adamlara yol vermək, bu tərəfə keçirmək qanun ilə qadağadır».  
Təzkirə ən geniĢ iĢlənmə yerini müəyyən bir sənətdə Ģöhrət 
sahibi olmuĢ Ģəxslərin, xüsusilə, Ģairlərin tərcümeyi-halından bəhs 
edib Ģeirlərindən də örnəklər nəql edən əsərlərdə tapmıĢdır. 
Türk  alimi  Əhməd  Qabaklıya  görə,  təzkirə  bir  ədəbi  növ 
olaraq  Ġran  ədəbiyyatından  gəlməkdədir  [100.  6].  Lakin  bilindiyi 
kimi,  təzkirənin  mənĢəyi  təbəqat  kitablarına  dayanmaqdadır. 
Ərəblərin nəsəblərinə olan bağlılıqları səbəbindən yaranıb inkiĢaf 
edən təbəqat kitabları bir çox mövzulara həsr olunurdu [105. 225]. 
R.Vellek  və  A.Varrenə  görə,  bioqrafiya  çox  qədim  bir 
növdür.  Hər  Ģeydən  əvvəl,  xronologiya  və  məntiq  baxımından 
tarix  elminin  bir  parçasıdır  [115.  52].  Bioqrafik  səciyyə  daĢıdığı 
üçün  təzkirənin  mənĢəyini  də  bəlkə  daha  qədim  dövrlərdən 
axtarmaq  lazımdır.  Çünki  e.ə.III  əsrdə  yunan  alimi  Aristoksenin 
yazdığı «ġairlərin həyatı» əsəri bir təzkirə nümunəsidir [80]. 
Əli  Sultanlı  Yunanıstanda  ədəbi  və  filoloji  fəaliyyət 
                                                           
1
 Sozün kökü “zikr”dir. 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
19 
haqqında  geniĢ  məlumat  verərək  yazırdı:  «Bizanslı  Aristofan 
ədəbi tədqiqatı ilə bir sırada dil məsələləri ilə də məĢğul olmuĢ və 
dilin  mənĢəyi  haqqında  «analogiya»  fərziyyəsini  irəli  sürmüĢdür. 
Ona  qarĢı  Perqam  filoloqu  -  Kratet  «anomaliya»  fərziyyəsini 
yaradaraq  sözlərin  əmələ  gəlməsində  heç  bir  qanunauyğunluq 
görməmiĢdir.  Bu  filoloqların  bəziləri  əsatirləri  yığıb  təsnif 
etmiĢlər.  «Məhəbbət  əsatirləri»ni,  «Ġstihalə  ilə  bitən  əsatirlər»i 
ayrı-ayrı məcmuə Ģəklində toplamıĢlar. Bu deyilənlər  göstərir ki, 
Ġskəndəriyyə və Perqam filoloqları kitabxanalarda əyləĢib, yunan 
xalqının  yaratmıĢ  olduğu  zəngin  ədəbi  irsi  mühafizə  etməklə, 
onlara  təfsir,  izahat  və  biblioqrafiya  yaratmaqda,  poeziyanın 
cahanĢümül nümunələrini saf-çürük edib yaymaqda böyük zəhmət 
çəkmiĢlər.  Lakin  bu  ilk  filoloqların  əsərləri  təsviri  səciyyə 
daĢıyırdı. Bu cəhət onların sırf nəzəri əsərlərində də hiss olunurdu. 
Onlar  Ərəstunun  «Poetika»sı  kimi  ciddi  və  dərin  nəzəri  əsər 
yarada bilməmiĢlər. Öz alimlikləri ilə fəxr edən və dövlətdən külli 
miqdarda yardım alan bu filoloqlar öz tədqiqatları ilə daim sarayı 
razı  salmaq  istəmiĢlər.  O  biri  tərəfdən,  filologiya  elmi  yenicə 
yaranırdı.  Bu  yeni  elm  möhkəm  bir  ənənəyə  malik  deyildi.  Ġlk 
beĢiyində sarayla qidalanan filologiya elmi hələ xalqın yaradıcılıq 
qüdrətini  düzgün  müəyyənləĢdirə  bilmirdi.  Ona  görə  filologiya 
təzkirəçilik dairəsindən kənara çıxa bilmirdi» [80]. Burada diqqəti 
çəkən  məsələlərdən  biri  də  odur  ki,    hələ  qədim  Yunanıstanda 
təzkirəçiliyin  bünövrəsi  hakim  dairələr  tərəfindən  qoyulmuĢdu. 
Azərbaycan  təzkirəçiliyinə  nəzər  saldıqda  da  bu  əsərlərin  yuxarı 
təbəqədən  olan  Ģəxslər,  saraya  yaxın  olan  ədiblər  tərəfindən 
yazıldığını  görürük.  Məhz  buna  görə  də  «ilk  beĢiyində  sarayla 
qidalanan  filologiya  elmi  XIX  əsrə  kimi  xalqın  malına  çevrilə 
bilməmiĢdir. 
Yaxın və Orta ġərqdə ilk təzkirə nümunələrini ərəb ədəbiy-
yatında  görürük.  Məhəmməd  ibn  Səlləm  əl  Cümahinin    (?-865) 
«TəbəqətüĢ-Ģüəra»  (ġairlər  tabaqları
*
)  əsəri  Ģairlər  haqqında  ilk 
                                                           

  bir budaq üstündə olan gül yarpaqları. 


Könül  Nəhmətova   
 
 
20 
antoloji toplu kimi diqqəti cəlb edir. Ġbn Güteybənin «Kitab əĢ-Ģer 
vəĢĢüəra»  (ġeirlər  və  Ģairlər  kitabı)  (?-967),  «Kitab  əl-əğani» 
(Nəğmələr  kitabı)  əsərləri  ilk  nümunəvi  təzkirə  örnəkləri  sayıla 
bilər. Əl-Mərzubaninin  «MöcəmüĢ-Ģüəra» (ġairlər ensiklopediya-
sı) əsərində ilk dəfə olaraq Ģairlərin adları əlifba sırasıyla düzülmüĢ-
dür ki, bu da təzkirəyə müəyyən bir elmi nizam vermiĢdir [89. 7]. 
XIII  əsrdən  etibarən  isə  fars  ədəbiyyatında  təzkirə  janrının 
nümunəsi  görünməyə  baĢlamıĢdır.  Ġran  ədəbiyyatında  ilk  və  ən 
mühüm sayılan təzkirə Məhəmməd Övfinin (1177-1233) «Lübab 
əl-əlbab»  (1221)  təzkirəsidir.  Bu  əsər  Ġslamiyyətdən  sonra  və 
xüsusilə, Qəznəvilərlə Səlcuqlular dövründə  yetiĢən Ġran alimləri 
və Ģairləri haqqında mühüm məlumatlar verən qaynaqdır [107.18]. 
Fars dilində Ġran Ģairləri haqqında yazılan ikinci mühüm və 
məĢhur təzkirə XV əsr alimlərindən olub ƏliĢir Nəvai ilə Hüseyn 
Bayqara  məclislərində  yüksək  mövqe  qazanan  Səmərqəndli 
DövlətĢah  (1431-1495)  tərəfindən  yazılmıĢdır.  Müəllifin  adı  ilə 
bağlı  olaraq  «DövlətĢah  təzkirəsi»  deyə  xatırlanan  bu  əsərin  əsl 
adı  «TəzkirətüĢ-Ģüəra»dır.  Ciddi  və  geniĢ  bir  tədqiqat  məhsulu 
olan  DövlətĢah  təzkirəsi  baĢlanğıcdan  öz  dövrünə  qədər  10  ərəb 
və 143 Ġran Ģairi haqqında məlumat verən qiymətli əsərdir. 
Bəzi  mənbələrdə
**
  fars-tacik  alimi  kimi  anılan  DövlətĢah 
ibn Əla əd-Dövlə BəxtiĢah Səmərqəndinin Ģəxsiyyəti və təzkirəsi 
haqqında  görkəmli  türk  alimi  professor  Əhməd  AtəĢ  qiymətli 
məlumatlar verərək yazır: «O, hicri qəməri 830-840 (1427-1436) - 
cı illər arasında anadan olmuĢ bir türk bəyzadəsi idi. Uzun müddət 
Teymurlu  Ģahzadələrin  xidmətində  və  saraylarında  qaldıqdan 
sonra,  ƏliĢir  Nəvaiyə  görə,  öz  istəyi  ilə  bunlardan  ayrılmıĢ  və 
Xorasandakı  malikanəsinə  çəkilərək  guĢəniĢin  bir  həyat 
keçirmiĢdir.  50  yaĢının  içində  ikən  Ġran  ədəbiyyatının  bütün 
dövrlərini əhatə edən «TəzkirətüĢ-Ģüəra»sını yazmağa baĢlamıĢ və 
onu hicri qəməri 892 (1487) - ci ildə tamamlamıĢdır. O, bu əsəri 
                                                           
**
 Абдуллаев И., Хикматуллаев Х. Самаркандские ученые. Ташкент, 
1969.   


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə