Könül Nəhmətova
18
kü mənada ədəbiyyat tarixi səciyyəli bir əsər yoxdur. Bu baxım-
dan 1221-ci ildən fars alimi Məhəmməd Övfinin «Lübab əl-əl-
bab» (Cövhərlərin seçilməsi) əsərindən baĢlayaraq XX əsrin əv-
vəllərinə qədər təzkirəçilik ədəbiyyat tarixçiliyi vəzifəsini da-
ĢımıĢdır. Təzkirə
1
- ərəbcədə II (təfsilə) vəzndə bir məsdər olub
isim kimi də iĢlənərək «gərəkli Ģəxsləri anma, xatırlama, yad etm-
ə» mənalarını daĢıyır. Qədimdə rəsmi dairələrdə Ġran ərazisində
yazı iĢləriylə məĢğul olanlara «təzkirei» və ya türkcə «təzkirəçi»
deyilirdi. XIX əsrdə də təzkirənin «Ģəxsiyyət vəsiqəsi» mənasını
daĢıdığını görürük. Mirzə Fətəli Axundovun «SərgüzəĢti Molla
Ġbrahim Xəlil Kimyagər» komediyasında «təzkirə» sözü bu
mənada iĢlənmiĢdir. Məstəli Ģah deyir: «On bir il bundan irəli
Araz qırağına gəlmiĢdim, istəyirdim ki, Naxçıvavn və ġərur
mahallarının qabağından keçib Ġrəvana gedəydim. Hər iki mahalın
xalqı mənə mane oldular ki, səni qoymanıq bu torpağa keçəsən.
Ondan ötrü ki, əlində təzkirən yoxdur. Naməlum, təzkirəsiz
adamlara yol vermək, bu tərəfə keçirmək qanun ilə qadağadır».
Təzkirə ən geniĢ iĢlənmə yerini müəyyən bir sənətdə Ģöhrət
sahibi olmuĢ Ģəxslərin, xüsusilə, Ģairlərin tərcümeyi-halından bəhs
edib Ģeirlərindən də örnəklər nəql edən əsərlərdə tapmıĢdır.
Türk alimi Əhməd Qabaklıya görə, təzkirə bir ədəbi növ
olaraq Ġran ədəbiyyatından gəlməkdədir [100. 6]. Lakin bilindiyi
kimi, təzkirənin mənĢəyi təbəqat kitablarına dayanmaqdadır.
Ərəblərin nəsəblərinə olan bağlılıqları səbəbindən yaranıb inkiĢaf
edən təbəqat kitabları bir çox mövzulara həsr olunurdu [105. 225].
R.Vellek və A.Varrenə görə, bioqrafiya çox qədim bir
növdür. Hər Ģeydən əvvəl, xronologiya və məntiq baxımından
tarix elminin bir parçasıdır [115. 52]. Bioqrafik səciyyə daĢıdığı
üçün təzkirənin mənĢəyini də bəlkə daha qədim dövrlərdən
axtarmaq lazımdır. Çünki e.ə.III əsrdə yunan alimi Aristoksenin
yazdığı «ġairlərin həyatı» əsəri bir təzkirə nümunəsidir [80].
Əli Sultanlı Yunanıstanda ədəbi və filoloji fəaliyyət
1
Sozün kökü “zikr”dir.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
19
haqqında geniĢ məlumat verərək yazırdı: «Bizanslı Aristofan
ədəbi tədqiqatı ilə bir sırada dil məsələləri ilə də məĢğul olmuĢ və
dilin mənĢəyi haqqında «analogiya» fərziyyəsini irəli sürmüĢdür.
Ona qarĢı Perqam filoloqu - Kratet «anomaliya» fərziyyəsini
yaradaraq sözlərin əmələ gəlməsində heç bir qanunauyğunluq
görməmiĢdir. Bu filoloqların bəziləri əsatirləri yığıb təsnif
etmiĢlər. «Məhəbbət əsatirləri»ni, «Ġstihalə ilə bitən əsatirlər»i
ayrı-ayrı məcmuə Ģəklində toplamıĢlar. Bu deyilənlər göstərir ki,
Ġskəndəriyyə və Perqam filoloqları kitabxanalarda əyləĢib, yunan
xalqının yaratmıĢ olduğu zəngin ədəbi irsi mühafizə etməklə,
onlara təfsir, izahat və biblioqrafiya yaratmaqda, poeziyanın
cahanĢümül nümunələrini saf-çürük edib yaymaqda böyük zəhmət
çəkmiĢlər. Lakin bu ilk filoloqların əsərləri təsviri səciyyə
daĢıyırdı. Bu cəhət onların sırf nəzəri əsərlərində də hiss olunurdu.
Onlar Ərəstunun «Poetika»sı kimi ciddi və dərin nəzəri əsər
yarada bilməmiĢlər. Öz alimlikləri ilə fəxr edən və dövlətdən külli
miqdarda yardım alan bu filoloqlar öz tədqiqatları ilə daim sarayı
razı salmaq istəmiĢlər. O biri tərəfdən, filologiya elmi yenicə
yaranırdı. Bu yeni elm möhkəm bir ənənəyə malik deyildi. Ġlk
beĢiyində sarayla qidalanan filologiya elmi hələ xalqın yaradıcılıq
qüdrətini düzgün müəyyənləĢdirə bilmirdi. Ona görə filologiya
təzkirəçilik dairəsindən kənara çıxa bilmirdi» [80]. Burada diqqəti
çəkən məsələlərdən biri də odur ki, hələ qədim Yunanıstanda
təzkirəçiliyin bünövrəsi hakim dairələr tərəfindən qoyulmuĢdu.
Azərbaycan təzkirəçiliyinə nəzər saldıqda da bu əsərlərin yuxarı
təbəqədən olan Ģəxslər, saraya yaxın olan ədiblər tərəfindən
yazıldığını görürük. Məhz buna görə də «ilk beĢiyində sarayla
qidalanan filologiya elmi XIX əsrə kimi xalqın malına çevrilə
bilməmiĢdir.
Yaxın və Orta ġərqdə ilk təzkirə nümunələrini ərəb ədəbiy-
yatında görürük. Məhəmməd ibn Səlləm əl Cümahinin (?-865)
«TəbəqətüĢ-Ģüəra» (ġairlər tabaqları
*
) əsəri Ģairlər haqqında ilk
bir budaq üstündə olan gül yarpaqları.
Könül Nəhmətova
20
antoloji toplu kimi diqqəti cəlb edir. Ġbn Güteybənin «Kitab əĢ-Ģer
vəĢĢüəra» (ġeirlər və Ģairlər kitabı) (?-967), «Kitab əl-əğani»
(Nəğmələr kitabı) əsərləri ilk nümunəvi təzkirə örnəkləri sayıla
bilər. Əl-Mərzubaninin «MöcəmüĢ-Ģüəra» (ġairlər ensiklopediya-
sı) əsərində ilk dəfə olaraq Ģairlərin adları əlifba sırasıyla düzülmüĢ-
dür ki, bu da təzkirəyə müəyyən bir elmi nizam vermiĢdir [89. 7].
XIII əsrdən etibarən isə fars ədəbiyyatında təzkirə janrının
nümunəsi görünməyə baĢlamıĢdır. Ġran ədəbiyyatında ilk və ən
mühüm sayılan təzkirə Məhəmməd Övfinin (1177-1233) «Lübab
əl-əlbab» (1221) təzkirəsidir. Bu əsər Ġslamiyyətdən sonra və
xüsusilə, Qəznəvilərlə Səlcuqlular dövründə yetiĢən Ġran alimləri
və Ģairləri haqqında mühüm məlumatlar verən qaynaqdır [107.18].
Fars dilində Ġran Ģairləri haqqında yazılan ikinci mühüm və
məĢhur təzkirə XV əsr alimlərindən olub ƏliĢir Nəvai ilə Hüseyn
Bayqara məclislərində yüksək mövqe qazanan Səmərqəndli
DövlətĢah (1431-1495) tərəfindən yazılmıĢdır. Müəllifin adı ilə
bağlı olaraq «DövlətĢah təzkirəsi» deyə xatırlanan bu əsərin əsl
adı «TəzkirətüĢ-Ģüəra»dır. Ciddi və geniĢ bir tədqiqat məhsulu
olan DövlətĢah təzkirəsi baĢlanğıcdan öz dövrünə qədər 10 ərəb
və 143 Ġran Ģairi haqqında məlumat verən qiymətli əsərdir.
Bəzi mənbələrdə
**
fars-tacik alimi kimi anılan DövlətĢah
ibn Əla əd-Dövlə BəxtiĢah Səmərqəndinin Ģəxsiyyəti və təzkirəsi
haqqında görkəmli türk alimi professor Əhməd AtəĢ qiymətli
məlumatlar verərək yazır: «O, hicri qəməri 830-840 (1427-1436) -
cı illər arasında anadan olmuĢ bir türk bəyzadəsi idi. Uzun müddət
Teymurlu Ģahzadələrin xidmətində və saraylarında qaldıqdan
sonra, ƏliĢir Nəvaiyə görə, öz istəyi ilə bunlardan ayrılmıĢ və
Xorasandakı malikanəsinə çəkilərək guĢəniĢin bir həyat
keçirmiĢdir. 50 yaĢının içində ikən Ġran ədəbiyyatının bütün
dövrlərini əhatə edən «TəzkirətüĢ-Ģüəra»sını yazmağa baĢlamıĢ və
onu hicri qəməri 892 (1487) - ci ildə tamamlamıĢdır. O, bu əsəri
**
Абдуллаев И., Хикматуллаев Х. Самаркандские ученые. Ташкент,
1969.
Dostları ilə paylaş: |