Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə7/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   2   3   4   5   6   7   8   9   10   ...   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
21 
dövrünün  hakimi  Sultan  Hüseyn  Bayqaraya  və  ƏliĢir  Nəvaiyə 
ithaf  etmiĢdir.  Ölümü  h.q. 896  (1490-91)  - ci  ildən az  sonra h.q. 
900 (1494-95) - ci ildədir»
*

«TəzkürətüĢ-Ģüəra» əsərinin ilk səhifəsi Allahın və peyğəm-
bərin tərifi ilə baĢlanır. Sonra müəllif özünün Ģeir və poeziya haq-
qında olan fikirlərini, əsərin yazılma səbəbini və təzkirədəki Ģəxs-
lərin fohristini (siyahısını) verir. DövlətĢah təzkirədə özündən əvv-
əl  yaĢamıĢ ġeyx Əttarın «Təzkirətül-övliya» əsərini  yada salaraq 
bildirir ki, «ġeyx Əttar «Təzkirətül-övliya»da çox möcüzələr gös-
tərmiĢdir;  lakin  dünyada  məchul  qalan  tarix  və  Ģeirlər  vardır  ki, 
onların hamısı yazılmamıĢdır. Mən də Ġslamın əvvəlindən bu günə 
qədər  olan  məĢhur  Ģairlərdən  bu  təzkirədə  qələmə  aldım»  [63. 
189]. 
Yeri  gəlmiĢkən,  burada  üzə  çıxan  bir  məsələnin  üzərində 
durmağımız zəruridir. Göründüyü kimi, DövlətĢah özündən əvvəl 
ġeyx  Əttarın  təzkirə  yazması  haqqında  xəbər  vermiĢdir.  Agah 
Sırrı  Ləvənd  də  «ƏliĢir  Nəvai»  əsərində  h.840=m.1436-cı  ildə 
Heratda  BəxĢi    tərəfindən  «Təzkirətül-övliya»  adlı  əsərin  uyğur 
hərfləri ilə türk dilinə tərcümə olunması haqqında danıĢmıĢdır. La-
kin bu əsərin ġeyx Əttara aid olduğunu söyləmək çətindir. Çünki 
Məhəmmədəli Tərbiyət də «DaniĢməndani-Azərbaycan» əsərində 
ġah  Qasım  Ənvarın  «Təzkirətül-övliya»  və  ya  «Məqamatül-ari-
fin» (Ariflər məkanı) adlı əsərinin olmasından danıĢır [2. 62]. ġah 
Qasım  Ənvar  (1356-1434)  DövlətĢah  Səmərqəndidən  bir  qədər 
əvvəl yaĢamıĢdır. Qasım Ənvar, ġah Qasim Ənvar, Qasimi təxəl-
lüsləri  ilə  yazıb-yaradan  Müinəddin  Əli  ibn  Nəsir  ibn  Harun  ibn 
Əbülqasım  Hüseyni  Sərabi  Təbrizidir.  Onun  zəngin  lirik  irsi  və 
«Ənisül-arifin» poeması sufi panteist poeziyanın parlaq nümunə-
lərindən  sayılır.  Uzun  müddət  Herat  və  Səmərqənddə  yaĢadığın-
dan Orta Asiyada sufizmin və sufi poeziyasının inkiĢafına mühüm 
təsir  göstərmiĢ,  ƏliĢir  Nəvai  onun  Ģerləri  ilə  tərbiyələnmiĢdir. 
                                                           
*
 Ahmet AteĢ. Ġstanbul Kütubhanelerinde Farsca Manzum Eserleri. Ġstanbul, 
1958, s.451-452. 


Könül  Nəhmətova   
 
 
22 
Heratda  yaĢadığı  vaxt  Qasım  Ənvar  qeyri-adi  Ģöhrət  və  nüfuza 
malik  idi.  «Yeni  xanəgah»  adlı  xüsusi  xanəgahı  var  idi.  Orta 
Asiyanın bir çox görkəmli Ģəxsləri onun müridləri cərgəsində idi. 
XVI  əsrin  məĢhur  tarixçisi  Xondəmir  «Həbibüssiyər»  də  Qasim 
Ənvar haqqında yazır: «Az müddətdə Xorasanın kübar təbəqəsi və 
zadəganlarının çoxu onun hidayət məqamlı astanasının müridləri 
oldular.  Onlar  Qasım  Ənvarın  Məkkəyə  bənzər  dərgahını 
özlərinin üz tutacağı, xidmət göstərəcəyi bir yer hesab edib, gecə-
gündüz  arzularla  xidmətinə  can  atmaq  arzulayırdılar.  «O  həzrət 
istər Mirzə ġahrux və istərsə də onun əzəmət sahibi övladı ilə çox 
etinasız  bir  halda  görüĢürdü».  1488-ci  ildə  Ə.Nəvai  onun  qəbri 
üzərində  gözəl  bir  məqbərə  tikdirmiĢdir»  [79.173].  Bu  dəlillərə 
əsaslanaraq Agah Sırrı Ləvəndin haqqında məlumat verdiyi əsərin 
ġah Qasım Ənvara aid olmasını da ehtimal edə bilərik. Bu məsələ-
nin  aydınlaĢdırılması  Azərbaycan  təzkirəçilik  tarixini  «Töhfeyi-
Sami»dən daha qədim bir dövrə aparmağa imkan verə bilər. 
 DövlətĢahın  «TəzkirətüĢ-Ģüəra»sı  xronoloji  qaydada  yazıl-
mıĢ  və  giriĢ,  müqəddimə,  yeddi  təbəqə  və  xatimədən  ibarətdir. 
Müəllif hər təbəqəyə 20 Ģair daxil etmiĢdir. Təzkirədəki 7 təbəqə 
əsərin əsasını təĢkil edir ki, burada Rudəki (XI əsr) dövründən Sə-
mərqəndinin  yaĢadığı  XV  əsrə  qədər  yaĢayıb-yaratmıĢ  168  adlı-
sanlı  ərəb,  fars,  Azərbaycan  və  tacik  Ģairlərindən,  əsərin  xatimə-
sində isə təzkirəçinin müasirlərindən məlumat verilir. DövlətĢahın 
verdiyi bilgilər təkcə Ģairlərlə bitmir, o burada XV əsrə qədər baĢ 
vermiĢ  siyasi-ictimai  hadisələr  və  digər  görkəmli  Ģəxsiyyətlərdən 
də  söhbət  açır,  onlar  haqqında  tarixilik  nöqteyi-nəzərindən  qiy-
mətli olan məlumatlar verməyə çalıĢır [58. 225]. 
Mehri  Məmmədova  «TəzkirətüĢ-Ģüəra»nın  ġərq  ədəbiyyat-
Ģünaslığındakı yeri və özündən sonrakı təzkirələrə təsiri haqqında 
yazır:  «Əmir  DövlətĢah  ibn  Əla  əd-Dövlə  BəxtiĢah  Səmərqəndi-
nin  bu  gün  əldə  olmayan  bir  çox  qaynaqlardan  istifadə  edərək 
meydana  gətirmiĢ  olduğu  bu  təzkirəsi  özündən  sonra  bütün  Ġran, 
Azərbaycan və türk təzkirə və ədəbiyyat tarixi yazanlar üçün əhə-
miyyətlidir.  ƏliĢir  Nəvainin  «Məcalisün-Nəfais  (XV  əsr),  Əmir 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
23 
Əhməd  Razinin  «Həlt  iqlim»  (XVII  əsr),  Lütfəli  bəy  Azərin 
«AtəĢkədə»  (XVIII  əsr),  Bəhmən  Mirzənin  «Təzkireyi  Məhəm-
mədĢahi»  (XIX  əsr),  Mir  Möhsün  Nəvvabın  təzkirəsi  (XIX  əsr), 
Firidun  bəy  Köçərlinin  «Azərbaycan  ədəbiyyatı  tarixi  materialla-
rı»  (XX  əsr)  əsərində  «TəzkirətüĢ-Ģüəra»nın  təsiri  aydın  duyul-
maqdadır» [58.188]. 
A.E.Krımski  «Nizami  və  müasirləri»  əsərində  «TəzkirətüĢ-
Ģüəra»nı  Nizamini  öyrənmək  üçün  əsas  mənbələrdən  biri  kimi 
götürmüĢdür.  O,  «TəzkirətüĢ-Ģüəra»nın  ədəbiyyatĢünaslığa  təsiri 
haqqında  yazırdı:  «DövlətĢah  tərəfindən  tərtib  olunmuĢ  təzkirə 
sonrakı  təzkirəçilərin  iĢi  üçün  bir  mənbə  olmuĢdur.  Onlar  da  öz 
növbəsində  çalıĢırdılar  ki, bu  təzkirəyə  ya  yeni  məlumatlar  əlavə 
etsinlər,  ya  da  mümkün  olduqca  onun  nöqsanlarını  düzəltsinlər. 
ġairlərin  bioqrafiyasını  və  əsərlərindən  nümunələri  əhatə  edən 
belə ədəbi qaynaqların sayı XIX əsrə kimi yüzə çatmıĢdır və bəlkə 
də artıq olar» [94.29]. 
Nihad  Sami  Banarlı  isə  DövlətĢah  təzkirəsini  belə 
qiymətləndirirdi:  «Övfinin  təzkirəsi  bir  talesizlik  üzündən  ancaq 
1594-cü ildən bu yana meydana çıxdığı üçün XV əsrdən bəri Ġran 
və türk təzkirələrinin baĢlıca örnəyi DövlətĢah təzkirəsi olmuĢdur» 
[96. 613]. Lakin ədalət naminə qeyd etməliyik ki, əgər belə olma-
saydı,  yenə  də  DövlətĢah  təzkirəsi  daha  mükəmməl  olması səbə-
bindən «Lübab əl-əlbab» təzkirəsinin kölgəsində qalmayacaqdı. 
DövlətĢah  təzkirəsi  Azərbaycan  ədəbiyyatĢünaslığı  üçün 
həm də ilk dəfə  olaraq Həsənoğlu  haqqında xəbər verməsi baxı-
mından qiymətlidir. DövlətĢah Səmərqəndi onun əsfərainli olması, 
farsca  və  türkcə  Ģerlər  yazması,  əsərlərinin  Azərbaycanda  və 
Rumda (yəni Türkiyədə) məĢhur olması haqqında da danıĢmıĢdır  
[79.140]. 
Azərbaycan və Türkiyə təzkirəçiliyi üzərindəki böyük təsiri 
olan təzkirələrdən biri də ƏliĢir xan Nəvainin «Məcalisün-Nəfais» 
əsəridir.  Nəvai  öz  təzkirəsinin  müqəddiməsində  Caminin 
«Baharistan»  adlı  əsərindəki  Ģairlərdən  söz  açan  8  rövzəsi  ilə 
DövlətĢahın  «TəzkirətüĢ-Ģüəra»sını  andıqdan  sonra  bu  mövzuda 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə