Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə10/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

Könül  Nəhmətova   
 
 
30 
kədə ibadət etməklə və ariflərlə həmsöhbət olmaqla ömrünü keçir-
miĢdir. Mirzə Tahir Nəsrabadinin qeydinə görə, onun təzkirəsin-
dən (h.q. 1081/1670) bir neçə il əvvəl vəfat etmiĢdir [88. 241]. 
«Fərhəngi - İbrahimi» - təzkirəsinin müəllifi Ġbrahim Mir-
zə  Əbülfət  Səfəvilər  sülaləsindən  olan  Zəhirəddin  Bəhram  Mir-
zənin oğludur. O, həddi-buluğa çatdıqdan sonra  I  ġah  Təhmasib 
öz qızı Gövhər Sultan xanımı Əbülfətə  ərə vermiĢ və Xorasanın 
hökmdarlığını  ona  tapĢırmıĢdır.  Əbülfət  orada    on  iki  il 
(h.q.979/1571-ci  ilədək)  hökmdarlıq  etmiĢdir.  Ġbrahim  Mirzənin 
məclisləri həmiĢə elm və ədəbiyyat xadimlərinin yığıncağı olmuĢ, 
Hindistana səfər edən hər söz ustası Xorasandan keçdikdə Ġbrahim 
Mirzə  onu  bir  müddət  öz  yanında  qonaq  saxlayar  və  ona  böyük 
hörmət göstərərdi. 
II  ġah  Ġsmayıl  taxta  çıxdıqdan  sonra  ġamxal  Sultan  h.q. 
984-cü il zilhiccə ayının 5-də, Ģənbə günü (1576, 24 fevral) onun 
əmri ilə bu gənc alimi öldürmüĢdür. 
M.Tərbiyət Ġbrahim Mirzədən bəhs edən mənbələr haqqında 
xəbər verərək yazırdı: «Əbülfət əruz və qafiyə elmlərini yaxĢı bi-
lirdi, onun fars və türk dillərində Ģeirləri vardır. Təxəllüsü «Cahi» 
olmuĢdur.  Mir  MünĢinin  oğlu  Hacı  Əhməd  Qumlu  yazdığı  altı 
cildli  «Xülasətül-təvarix»  əsərində,  eləcə  də  «TəzkirətüĢ-Səlatin 
vəl-ü məmra»  və  «Gülüstani-hünər»  əsərlərində  Əbülfət  Ġbrahim 
Mirzənin tərcümeyi-halını geniĢ vermiĢ, onun üç min beytdən iba-
rət divanını tərtib edib, giriĢ yazmıĢdır. «Xülasətül-əĢ’ar» əsərinin 
müəllifi  (Tağı KaĢani – K.M.) də onun haqqında geniĢ məlumat 
verərək  Ģeirlərindən  82  beyt  nağıl  etmiĢdir.  Digər  təzkirələrdə  də 
bu  Ģahzadə  barəsində  müfəssəl  və  ya  müxtəsər  məlumat  vardır 
[88. 162]. 
«DaniĢməndani  –  Azərbaycan»  təzkirəsindən  bizə  məlum 
olur ki, Ġbrahim Mirzənin görkəmli söz ustalarının tərcümeyi-halı 
və  yaradıcılığı  haqqında  «Fərhəngi-İbrahimi»  (Ġbrahimin  lüğət 
kitabı)  adlı  sanballı  bir  təzkirəsi  olmuĢdur.  Bu  əsər  «Səfineyi-
XoĢgu»  müəllifinin  istifadə  etdiyi  mənbələrdən  olmuĢdur  [88. 
163]. 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
31 
«DaniĢməndani–Azərbaycan»da Tövfi adlı bir Ģair və onun 
təzkirəsi haqqında xəbər verilir. ġairin yaĢadığı dövr göstərilməsə 
də, mətndən məlum olur ki, o, XVIII əsr Ģəxsiyyətlərindən olmuĢ-
dur. «O, rəvan dildə bir təzkirə iərtib etmiĢ, orada öz dövründəki 
bir  çox  görkəmli  Ģairlər  haqqında  məlumat  vermiĢdir.  O  dövrdə 
yaĢayan Ģairlərin  çoxu,  o cümlədən,  Əczi,  Səburi və Həkim  Əbu 
Talib  onun  Ģagirdlərindən  olmuĢlar»  [88.337].  Tövfi  haqqında 
məlumat  «Xülasətül-əĢar”»  və  «ġühufi-Ġbrahim»  təzkirələrinə 
əsasən verilmiĢdir. 
«Təzkirətül-əfkar»ın müəllifi Ağa Səid Saleh Hacı Molla 
Məhəmməd Səid oğlu Xalxalinin oğludur. Hacı Molla Saleh h.q. 
1175 (1761)-ci ildə Xalxalda səksən yaĢında vəfat etmiĢdir. 
«Bəhrül-ülum»  (1794)  və  «Riyazül-cənnə»  (1801)  Fani 
Mirzə Həsən Zünuzinin əsərləridir. Mirzə Həsən h.q. 1172-ci il sə-
fər ayının 17-də (1758, 20 oktyabr) Xoy Ģəhərində doğulmuĢdur. 
O, gəncliyində Təbrizdə Mövlana Məhəmməd ġəfi Tufarqanlının 
yanında, sonra isə beĢ il Mövlana Əbdünnəbi ġərəfəddin Məhəm-
məd oğlu Təsucinin yanında ədəbiyyat elmini oxumuĢdur. O, h.q. 
1195  (1780)-ci  ildə  Ətəbata  getmiĢ  və  orada  Ağa  Məhəmməd 
Behbahainin,  Mirzə  Mehdi  ġəhristaninin  və  Ağa  Seyidəlinin  ya-
nında  biliyini  təkmilləĢdirmiĢdir.  Fani  h.q.1203  (1788)-ci  ildə 
MəĢhədə gedib iki il orada yaĢamıĢ və Xoy Ģəhərinə qayıtmıĢdır. 
O, Xoyda Hüseynquluxan Dünbülinin tapĢırığı ilə «Bəhrül-ülum» 
(Elmlər  dənizi)  və  «Riyazül-cənnə»  əsərlərini  yazmıĢdır.  Faninin 
bu iki kitabı öz zamanının ensiklopediyası sayılır. «Bəhrül-ülum» 
əsəri  yeddi  bəhrdə  yazılmıĢdır.  «Riyazül-cənnə»  əsəri  isə 
müqəddimə,  səkkiz  rövzə  və  xatimədən  ibarətdir.  Dördüncü, 
beĢinci və yeddinci fəsilləri alimlər, filosoflar, Ģairlər və vəzirlərin 
tərcümeyi-halları,  əsərləri,  Ģeirləri  və  yaradıcılıqları  haqqındadır 
[88. 345]. 
Səhab  təxəllüslü  Seyid  Məhəmməd  Seyid  Əhməd  Hafiz 
oğlunun sona çatmamıĢ bir təzkirəsi qalmıĢdır. Bu Ģəxs Ordudad-
dan olmuĢ, h.q. 1222 (1807)-ci ildə vəfat etmiĢdir. Tərbiyət onun 
haqqındakı  məlumatı  «Nigaristani-Dara»  təzkirəsindən  almıĢdır 


Könül  Nəhmətova   
 
 
32 
[88. 316]. 
«DaniĢməndani–Azərbaycan»da  az  tanınmıĢ  və  yaxud  heç 
məlum olmayan təzkirələr haqqında məlumat verilsə də, XVIII əs-
rin ən məĢhur təzkirəsi – «Atəşkədə»nin üzərindən sükutla keçil-
miĢdir. 
«AtəĢkədə»  təzkirəsinin  müəllifi  Lütfəli  bəy  Azər  (1711-
1781) Eldəgizlərdən olan məĢhur Bəydil xanın nəslindəndir. Bəy-
dili  tayfası  iki  qismə  bölünür.  ġah  ölkəsindən  Ġrana  mühacirət 
edənlər  Bəydili-ġamlı,  Türküstan  və  Ġranda  qalanlar  isə  Bəydili 
adlanırlar.  Azər  Lütfəli  bəyin  atası  Ġsfahanda  məĢhur  olan  Ġma-
müddövlə  Məhəmməd  Mömin  xanın  oğlu  Ağa  xan  da  Bəydili 
ġamlı hesab olunur [59. 11]. 
Lütfəli bəy Azərin fars dilində yazdığı “AtəĢkədə»” təzkirə-
si 19  ilə  (1760-1779)  yazılmıĢdır.  Təzkirəyə verilən  bu ad  müxt-
əlif cür izah olunur. Lütfəli bəy Azər özü bu barədə yazır: «Bu ki-
taba  «AtəĢkədə»  adı  verirəm  və  bundan  əvvəlki  təzkirəçilərin 
dəftərlərini qısqanclıq oduna atdım» [57. 25]. 
Ruqiyyə Qənbərqızına görə, «AtəĢkədə» təzkirəsində Ģairlər 
xronoloji  və  yaxud  adlarının  əlifba  sırası  üzrə  deyil,  coğrafi 
prinsip,  yəni  bölgələr  üzrə  (məsələn,  Gəncə  Ģairləri,  ġirvan 
Ģairləri,  Ġsfahan  Ģairləri  və  s.)  təsnif  edilmiĢdir  [99.  34].  Lakin 
müəllif  özü  əsərinin  quruluĢu  haqqında  belə  yazır:  «Tarix 
kitablarına  müraciət  edib  Ģairlərin  anadan  olma  illəri  və  mənsub 
olduqları  yerləri  təyin  etdim.  Hər  hansı  ölkənin  və  Ģəhərin  Ģairi 
haqqında  məlumatı  həmin  Ģair  üçün  ayrılmıĢ  səhifədə  qələmə 
aldım. ġairlərin  adlarını  çəkərkən, kimin sonra  yaĢadığını,  kimin 
qələminin qüvvətli və kiminin zəif olmasını nəzərdə tutmadım və 
əsəri əlifba sırası ilə yazdım [59. 69]. 
Lütfəli bəy «AtəĢkədə»ni iki «məcmə»yə bölmüĢdür. Birin-
ci  məcmədə  qədim  Ģairlər  haqqında  məlumat  verilmiĢdir.  «Məc-
mə» də öz növbəsində «Ģöbə», «üç qığılcım» və «iĢıq» hissələrinə 
ayrılır. 
«ġöbə» – Ģeir yazmıĢ əmir və Ģahzadələr; 
«Üç qığılcım» – Ġran, Turan və Hindistan; 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə