Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə11/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
33 
«ĠĢıq»  –  müxtəlif  diyarlara  məxsus  Ģairlər  haqqında 
məlumat verir. 
Ġkinci «Məcmə» müəllifin müasirlərini əhatə edir. Bu fəslin 
quruluĢu isə aĢağıdakı kimidir: 
I Pərtöv – müəllifin müasirləri. 
II Pərtöv – müəllifin özü haqqında məlumat verir. 
Təzkirənin  ikinci  fəsli  daha  sonra  iki  «əxgər»ə  ayrılır. 
I »əxgər» beĢ «Ģərarə»dən ibarətdir. 
I Ģərarə – XVIII əsrin II çərəyinə qədər Azərbaycanın bütün 
ərazisində yaĢayan Ģairlər; 
II Ģərarə – Xorasan Ģairləri; 
III Ģərarə  –  Təbəristan  (indiki  Mazandaran  ölkəsi),  Gürcan 
və sair ölkələrin Ģairi; 
IV Ģərarə  –  2  Ģüaya  bölünür:  I  Ģüa  –  Ġraq və ərəb;  II  Ģüa  – 
Ġraqi-Əcəm Ģairləri; 
V Ģararə – fars vilayəti Ģairləri haqqındadır. 
II «əxgər» üç «Ģərarəyə» bölünür: 
I Ģərara – Bəlx ərazisi və ona tabe sahəyə; 
II Ģərarə – Hindistan Ģairlərinə; 
III Ģərarə – KəĢmir Ģairlərinə həsr edilmiĢdir. 
Əsərin  «Füruğ»  (iĢıq)  adlandırılan  hissəsində  müxtəlif 
zamanlarda  yaĢamıĢ  Əzəmət  Səmərqəndi,  AyiĢə  Səmərqəndi, 
Ġffəti, Lalə xanım, Mütribə, Mehri, Məhsəti, Nurcahan bəyimdən 
ibarət Ģairlərdən məlumat verilir. 
Əsərin əvvəlinə bir föhrüst əlavə olunmuĢdur ki, «oxuyanlar 
üçün asan olsun».  
Təzkirədə Yaxın ġərqdə yaĢayıb-yaratmıĢ 842 Ģair haqqında 
məlumat  verilmiĢdir  ki,  bunlardan  yüzə  qədəri  azərbaycanlıdır. 
«AtəĢkədə»  fars  dilində  yazıldığından  Azərbaycan  Ģairlərinin 
yalnız fars dilindəki Ģeirlərindən nümunələr gətirilmiĢdir. 
Mehri  Məmmədova  «AtəĢkədə»  təzkirəsini  bir  ədəbi  əsər 
kimi  yüksək  qiymətləndirərək  yazır:  «AtəĢkədə»  quruluĢu  və 
məlumatlarının 
dolğunluğu 
cəhətdən 
özündən 
əvvəlki 
təzkirələrdən fərqlənir. Məhz buna görə sonrakı əsrlərdə yazılmıĢ 


Könül  Nəhmətova   
 
 
34 
təzkirələrin bir çoxunda həmin formadan istifadə olunmuĢdu. Lüt-
fəli bəyin əsərinin dili aydın və oxunaqlıdır. Ədəbiyyatı tarixi had-
isələr, tarixi məlumatlarla bağlama bacarığı  yüksəkdir, öz münd-
ərəcəsinə,  tərtib  prinsipinə  görə  təzkirəçiliklə  ədəbiyyatĢünaslıq 
arasında  bir  körpü  təĢkil  edən  qiymətli    mənbədir.  Burada  təkcə 
Ģair və sənətkarlar haqqında deyil, onları yetiĢdirən ictimai mühit, 
yaĢadıqları  Ģəhərin  coğrafi  mövqeyi  və  iqlimi  barədə,  eyni 
zamanda  Ģairin  öz  dövrünün  tarixi,  ədəbiyyatı  haqqında 
əhəmiyyətli  Ģərhlər  verilməsi  «AtəĢkədə»  müəllifinin  hərtərəfli 
biliyə malik olmasını göstərən bir güzgüdür» [59. 71]. 
Nazif Qəhrəmanlı «AtəĢkədə» təzkirəsinin mənfi və müsbət 
cəhətlərini  açıqlayaraq  yazır:  «Bu  təzkirədə  əsas  ədəbi-tarixi 
faktlar  nədən  ibarətdir?  Qətran  Təbrizinin,  Xaqani  ġirvaninin 
Azərbaycan  övladları olduğunun təsdiqi, Xaqani ġirvaninin Əbül 
Ülanın Ģagirdi olması, sarayda mövqe qazanması, sonra saraydan 
uzaqlaĢması, yaradıcılığı, yeni üslub yaratdığı, Sürxab  qəbiristan-
lığında dəfn olunması və s. Lakin Bəydili tayfasından olan Lütfəli 
bəy  Azərin  fasdilli  tendensiyası  özünü  göstərir,  Xaqaniyə  Ģəxsi 
rəğbət bəsləməklə bərabər Nizamini Ġran Ģairi adlandırır, Füzuli və 
Saib Təbriziyə laqeyd münasibət bəsləyir [59. 20]. 
Görkəmli  ədəbiyyatĢünas  Salman  Mümtaz  da  Lütfəli  bəy 
Azərin «AtəĢkədə»sində milli təəssübkeĢliyin görünməməsini hid-
dətlə  qarĢılayırdı:  «Bu  türk  oğlu  türk  olan  Azər  kəndi  «AtəĢ-
kədə»sinə nümunə üçün də olsa bir türk Ģeri yazmadığı kimi, ġah 
Xətaini  də  bir  fars  Ģairi  simasında  meydana  çıxartmıĢdır»  [67. 
302]. 
Türk  alimi  prof.dr.Əbdülqadir  Qaraxan  Lütfəli  bəy  Azərin 
«AtəĢkədə»  təzkirəsini  yazarkən  Əhməd  Razinin  «Həft  iqlim» 
(1593) təzkirəsindən təsirləndiyini qeyd edir [101. 37]. 
Ġran  alimi  Əhməd  Gülçin  Məani  isə  «Təzkirehai-farsi» 
əsərində  belə  bir  fikir  söyləyir  ki,  Azər  Bəydili  iddia  etsədə  ki, 
«AtəĢkədə»ki  nümunələri  özü  Ģəxsən  Ģairlərin  divanlarından 
seçmiĢdir. Lakin görünən budur ki, o keçmiĢ Ģairlər haqqında h.q. 
XI  (m.XVII)  əsrin  əvvəllərinədək  yaĢamıĢ  Ģairlər  haqqında 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
35 
məlumat  verən  «Xülasətül-əĢ’ar  və  zübdətül  əfkar»  adlı  böyük 
təzkirədən müxtəsər  bir xülasəni bizə  «AtəĢkədə»  adı ilə təqdim 
etmiĢdir» [59. 14]. Lakin Mehri Məmmədova Gülçin Məaninin bu 
fikrinə  etiraz  edərək  yazır  ki,  Lütfəli  bəy  Azər  özündən  əvvəlki 
təzkirələrdən  –  Əliquluxan  Ləzginin  «Riyazül-Ģüəra»,  DövlətĢah 
Səmərqəndinin  «TəzkirətüĢ-Ģüəra»,  Məhəmməd  Övfinin  «Lüba-
bül-əlbab»ından istifadə etdiyi kimi, Tağı KaĢaninin də təzkirəsin-
dən faydalanmıĢdır [59. 73]. Mehri Məmmədova daha sonra yazır: 
«Ümumiyyətlə, Lütfəli bəy «AtəĢkədə»nin əvvəlindən sonuna ki-
mi istifadə etdiyi əsərlərini, mənbə və divanların adını qeyd  edir. 
Bu  hal  «AtəĢkədə»  əsərinin  qiymətini  daha  da  artırır  və  Lütfəli 
bəyin  hansı  mötəbər  mənbələrdən  istifadə  etdiyini,  həmin 
mənbələrə münasibətini və s. aydınlaĢdırır [59]. 
«AtəĢkədə»  təzkirəsi  özündən  sonra  böyük  bir  məktəb  ya-
ratmıĢdır.  Bəhmən  Mirzənin  «MəhəmmədĢahi»  təzkirəsi,  Mirzə 
Məhəmməd  Axundov  Lənkəraninin  «Təzkireyi-Ziyai».  Seyid 
Əzim  ġirvaninin  «TəzkirətüĢ-Ģüəra»,  Firudun  bəy  Köçərlinin 
«Azərbaycan ədəbiyyatı tarixi» materialları əsərinin yazılmasında 
«AtəĢkədə»nin təsiri aydın görünür. Əlbəttə ki, epiqonçu bir əsər 
özündən sonra belə böyük bir təsir buraxa bilməzdi. Azərbaycan 
ədəbiyyatĢünaslığı tarixində qazandığı bu Ģöhrətə «AtəĢkədə» təz-
kirəsi  kəsb  elədiyi  əhəmiyyətə,  təzkirəçilik  ənənələrinə  gətirdiyi 
yeniliklərə görə nail olmuĢdur. 
«AtəĢkədə»nin  əhəmiyyətli  yeniliyi  isə  burada  ənənəvi 
regional prinsipə məhəlliçilik prinsipinin əlavə olunmasıdır. Lütfə-
li bəy Azər öz əsərində Herat təzkirəçilik ənənəsi ilə XVII-XVIII 
əsrlər  fars  təzkirəçilərinin  təcrübəsini  birləĢdirərək  Azərbaycan 
təzkirəçiliyinin inkiĢafını yeni bir istiqamətə yönəltmiĢdir.  
Lütfəli  bəy  Azərdən  sonra  Bəhmən  Mirzə  də  «Təzkireyi 
MəhəmmədĢahi» əsərini kataloq prinsipi ilə təltif etmiĢdir. Lakin 
burada XIX əsr Azərbaycan təzkirəçiliyinin səciyyəvi xüsusiyyəti 
-    Ģairlərin  «mütəqədimlər  və  müasirlər»ə  bölünməsi  prinsipi  də 
nəzərə  çarpır.  Bəhmən  Mirzə  təzkirədə  Ģahzadələrə  və  əmirlərə 
ayrıca fəsil ayırmaq ənənəsindən də istifadə etmiĢdir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə