Könül Nəhmətova
24
daha baĢqa kitabların da olduğunu, ancaq bunlarda qədim Ģairlərin
yer aldığını, o isə «Sultani-Sahibqıran» zamanında Ģeirin hər
janrında dəyərli Ģeirlər yazanları, bunları da o birilərə qatmaq
məqsədiylə əsərini meydana gətirdiyini söyləyir [109. 120].
ƏliĢir Nəvai öz təzkirəsini ömrünün son illərində, əsərinin
ikinci məclisinin əvvəlində göstərdiyi kimi, 1490-1491-ci illərdə
yazmasına baxmayaraq, 1498-ci ildə onun üzərində yenidən
iĢləmiĢ, əsəri təkmilləĢdirmiĢ və beləliklə, «Məcalisün-nəfais»in
iki variantı yaranmıĢdır [70].
«Məcalisün-nəfais» quruluĢuna görə özündən əvvəlki təzki-
rələrdən fərqlənir. Cənnət Nağıyeva əsəri DövlətĢahın təzkirəsi ilə
müqayisə edərək göstərir ki, «TəzkirətüĢ-Ģüəra»da Ģairlər göy qur-
Ģağına oxĢadılaraq yeddi qrupa bölünmüĢ, onlar haqqında məlu-
mat verərkən əlifba sırasına riayət edilməmiĢdir. «Məcalisün-nə-
fais» də həmin üslubda tərtib olunmuĢdur. Lakin bu təzkirə
birincidən fərqli olaraq 8 məclisdə dörd yüz əllidən artıq (iki
dəfədən çox) Ģairi əhatə edir. DövlətĢah ümumən məĢhur ġərq
Ģairlərindən danıĢırsa, Nəvai bütün Orta Asiya Ģairləri haqqında
məlumat verir ki, bu da daha dəqiqlik və çox zəhmət tələb edir
[70.63].
DövlətĢah və Nəvai təzkirəsinin qazandığı Ģöhrət XVI
əsrdən baĢlayaraq bu klassik örnəklərin təsiri altında Azərbaycan
və Anadolu təzkirələrinin yazılması ilə nəticələnmiĢdir.
Azərbaycan təzkirəçiliyi tarixində ilk əsər Sami Sam Mirzə-
nin 1550-ci ildə yazdığı «Töhfeyi-Sami» hesab olunur. ġah Ġsma-
yılın oğlu Sam Mirzə (1517-1576) atasının ədəbi məclislərində iĢ-
tirak edən Ģairlərlə tanıĢ olmuĢ və qardaĢı ġah Təhmasibin (1524-
1576) sarayında yaĢayan Ģairlərlə yaxınlıq edərək dövrünün bütün
görkəmli sənətkarlarını tanımıĢdır. Bu dövrün elm və sənət adam-
larından mükəmməl təhsil alan Sam Mirzə özü də Ģair olmuĢ, Ģer-
lərində Sami təxəllüsünü iĢlətmiĢdir. Lakin onun ən mühüm əsəri
fars dilində yazdığı «Töhfeyi-Sami» təzkirəsidir. Bu əsər XVI
əsrin birinci yarısındakı mədəni və ədəbi həyatı, 664 sayda
Azərbaycan, fars Ģairləri və baĢqa sənətkarlar haqqında məlumat
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
25
əldə etmək üçün faydalı qaynaqlardandır.
Əbdürrəhman Caminin «Baharistan»ı və ƏliĢir Nəvainin
«Məcalisün-Nəfais» təzkirələri səpgisində yazılan və onların
davamı kimi diqqəti çəkən «Töhfeyi-Sami» bir müqəddimə və
yeddi fəsildən ibarətdir. I fəsil - ġah Ġsmayıl Xətai və onun
nəslindən, müasiri olan hökmdarlardan, II fəsil - alimlərdən, III
fəsil - ġah Ġsmayıl sarayına yaxın olan vəzifəli Ģairlərdən, IV fəsil
- əsl Ģairlərdən; V fəsil - türk dilində yazan Ģairlərdən; VI və VII
fəsillər - el Ģairlərindən bəhs edir [56. 32].
ġah Ġsmayıl Xətai yaradıcılığının tədqiqatçısı Əzizağa
Məmmədov Sam Mirzənin atasından və qardaĢından fərqli olaraq
fars mədəniyyətinin təsiri altında qaldığını, türkcə yazan Ģairlərə
həqarətlə baxdığını, onlara öz həqiqi qiymətini verə bilmədiyini
yazır [66. 33]. Sam Mirzə öz təzkirəsində göstərdiyi nümunələri
də, əsasən, farsca Ģeirlərdən almıĢdır. Lakin Həbibi, Füzuli,
Susəni, Tüfeyli, Yusif bəy kimi müasirlərinin ana dilində
yazdıqları Ģeirlərindən örnəklər vermiĢdir.
Tarixi-xronoloji cəhətdən ikinci təzkirə Əhdi Bağdadinin
«GülĢənüĢ-Ģüəra»sıdır. Yazıldığı mühitə görə bir sıra cəhətləri ilə
Sam Mirzənin «Töhfeyi-Sami» və Sadıq bəy Sadiqinin
«Məcməül-xəvas» təzkirələrindən fərqlənir. «GülĢənüĢ-Ģüəra»
Anadolu təzkirəçiliyinin təsiri altında yazılmıĢdır. Lakin onun
Azərbaycan ərazisində yazılan təzkirələrlə birləĢdirən ortaq
cəhətlər də mövcuddur. Bu oxĢarlıq isə Azərbaycan və Anadolu
təzkirəçiliyinə Nəvai yaradıcılığının təsiri ilə bağlıdır. «GülĢənüĢ-
Ģüəra» təzkirəsi Azərbaycan ədəbiyyatı tarixçiliyində iki mühüm
cəhəti - Azərbaycan dilində yazılmıĢ ilk təzkirə olması və Bağdad
ədəbi mühiti haqqında məlumat verməsi ilə də maraqlıdır.
Əhməd Əhdi Bağdadi dövrünün nüfuzlu ədəbi Ģəxsiyyəti
kimi Bağdadda boya-baĢa çatmıĢ Azərbaycan Ģairidir. «GülĢənüĢ-
Ģüəra» təzkirəsində atası ġəmsi Bağdadi, qardaĢları və yaxın
qohumları haqqında verdiyi kiçik məlumatlar Əhdinin nüfuzlu
ziyalı ailəsindən çıxdığını göstərir [27. 198].
«GülĢənüĢ-Ģüəra» təzkirəsinin yazıldığı tarix, müəllifin
Könül Nəhmətova
26
qeydinə əsasən, əlyazmalarında hicri qəməri 971 (1563) - ci ildir.
Əlifba sırası ilə tərtib olunmuĢ təzkirə dörd rövzədən və adlar
göstəricisindən ibarətdir [63. 16]. Təzkirə 1552-1563-cü illər
arasında yaĢamıĢ Osmanlı və Azərbaycan türkcəsində yazıb
yaradan 375 Ģairin həyat və yaradıcılığını əhatə edir [27. 199].
Əhdi təzkirəsində Ģairlər əsasən təxəllüsləri ilə yad edilir.
Təxəllüslər həm də müəllif haqqında yazının sərlövhəsidir. Çox
nadir hallarda mətnin içərisində Ģair adlarına rast gəlinir.
Təzkirədə Ģairlərin Ģəxsiyyəti, məzhəbi və bir sənətkar kimi
yetiĢib püxtələĢməsində mühüm amillərin roluna xüsusi yer
verilmiĢdir [27. 202].
Əhdi Bağdadi Sam Mirzə və Sadıq bəy Sadiqidən fərqli ola-
raq öz təzkirəsinin kataloq prinsipi əsasında tərtib etmiĢdir. Əhdi
Bağdadidən əvvəl Anadolu təzkirəçilərindən Pir Məhməd AĢiq
Çələbi (1520-1571) «MəĢahirüĢ-Ģüəra» (ġairlərin məĢhurları)
(1568) və Qəstəmonulu Lətifi (?-1582) «TəzkirətüĢ-Ģüəra və
təbsirai-nüzəma» (1540) əsərində bu prinsipdən istifadə
etmiĢdilər. Tərtib prinsiplərində yenilik yaratmaq istəyən Əhdi öz
təzkirəsini «rövzə»lərə, yəni «bağça»lara bölmüĢdür.
«GülĢənüĢ-Ģüəra» təzkirəsində XVI əsr Bağdad mühitində
yazıb-yaratmıĢ Azərbaycanlı Ģairlər içərisində ġəmsi, ġahi, Fəzli,
Ruhi, Nəvai, Zehni, Zayli, Elmi, Mirqədri, Həsiri, Zəmiri,
Xürrəmi, Nəsiri ġirvani, Ali və bir çox Ģairlərə yer ayrılmıĢ,
Ģeirlərindən nümunələr verilmiĢ, az da olsa, həmin Ģairlərin
yaradıcılıq yolu iĢıqlandırılmıĢdır. Əhdi Bağdadi təzkirəsində
sadalanan Ģairlər içərisində adı böyük məhəbbətlə çəkilən, yüksək
qiymət alan Məhəmməd Füzulidir [63.18].
Orta əsr təzkirələri içərisində Füzuli haqqında ilk əhatəli
məlumatı Əhdi təzkirəsindən alırıq. Məhz buna görədir ki,
Füzulinin Qərb və ġərq tədqiqatçıları ilk əhəmiyyətli mənbə kimi
Əhdi Bağdadi təzkirəsinə müraciət etmiĢlər.
Füzuli yaradıcılığının türk tədqiqatçısı prof. dr. Əbdülqadir
Qaraxan «GülĢənüĢ-Ģüəra»nın Ģairə münasibəti haqqında yazır:
«HəmĢəhərlisini ən yaxĢı anlayanlardan biri olmaq məziyyət və
Dostları ilə paylaş: |