Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

69
M.F.Axundzadə həm    qədim,    həm    müasir    elmlərə yiyələnmiş, nitq    və
mübahisədə böyük    bacarıq    sahibi    olmuşdur.    O,    müsəlman    xalqlarının
vəziyyəti  ilə dərindən  tanış  olmaq  və onların  geriqalma  səbəblərini  öyrənib
tədqiq    etmək    üçün    bütün    qüvvəsini    sərf    etmiş,    müasir    Qərb    xalqlarının
mədəniyyətini    Şərq   xalqlarına    aşılamaq,    onların    inkişafına    şərait   yaratmaq
yolunda  böyük  səy  göstərmişdir.  Ümumiyyətlə,  onun əsərlərinin  özəyini  bu
mövzu  təşkil  olmuşdur.  O,  bəlkə də öz  zəmanəsində misilsiz  bir  maarifçi
kimi    türk,    fars    və ərəb    dillərində yazdığı    bütün əsərlərini    müsəlman
xalqlarına,    onların    adət, ənənə, əxlaq,    mədəniyyət, ədəbiyyat,    qanun    və
dövlət  rejimlərinin  tənqidinə həsr  etmişdir.
Şeyx    Məhəmməd    Xiyabani    Mirzə Fətəlinin ədəbi    irsindən,    eyni
zamanda  onun  yeni əlifba  uğrunda  apardığı  mübarizədən  bəhrələnmişdi  və öz
ədəbi  fəaliyyətində buna  xüsusi  diqqət  vermişdi.   Xiyabani  M.F.Axundzadənin
yaradacılığını  dərindən  bilirdi.  O, ədibin  başçılıq  etdiyi  cəbhəyə də maraq
göstərirdi.    Xiyabani ədəbi    fəaliyyətində yurdsevərlik,    humanizm,    xəlqilik,
ədalətsevərlik  və maarifçilik  ideyaları,  həyata  tənqidi  münasibəti,  real  həyata
bağlılığı,  ictimai-mədəni  həyatda  yenilikləri  öyrənib  yaymaq  meylləri,  elmi
düşüncələrini    ardıcıl    olaraq    hucumlardan    qorumağı  və ictimai    həyatın
sahələrindəki    fəaliyyətində M.F.Axundzadəyə və C.Məmmədquluzadəyə çox
yaxındı. Xiyabani  tədqiqatçalarına  məlumdur ki,  o  gənc  yaşlarında  Ağa  Mirzə
Əliağa  ibn  Musa  ibn  Məhəmməd  ibn  Şəfi  Siqətülislamın  məsləhəti  ilə Təbriz
məscidlərində bir    neçə il    imamlıq    etmişdir.    Güney    Azərbaycan    və İran
tarixindən  məlumdur ki,  Siqətülislam  türk  və fars dillərində yüksək  səviyyədə
şeir  və nəsr  nümünələri  yaratmaqla  yanaşı,  bir  sıra  risalələr  və məqalkələr
yazmışdır.    “Rəsail    bəssiş-şəkva”  (“Şikayəti    araşdırmaq    üçün    risalələr”),
“İzahül-ənba”  (“Xəbərlərin  izahı”),  “Risaleyi-lalan” (“Lallar  haqqında  risalə”).
Bu    risalələr    Təbrizdə çap    edilmişdir.    Siqətülislamın ən    məhşur əsəri
“Miratül-kütüb”    (“Kitabların    güzgüsü”) əsəridir  ki,  o,    “Kəşfüz-zunun” əsəri
həcmində və şiə təriqətinə aid  olan  şəxsiyyətlər  və kitablar haqqında  geniş
məlumat  verən  bir əsərdir.  Siqətülislamın  geniş  tərcümeyi-halı  “Risalə izahil-


70
ənba    və məqtəli    seyyidişşühəda”  (“Həzrəti    Muhəmməd əleyhəssalatu
vəssəlləmin  doğulduğu  məkan  və Həzrəti  Hüseyn əleyhəssalamın şəhid  olduğu
yeri  müəyyənləşdirmək  haqqında  məlumat  verən əsər”) kitabında  vardır və bu
əsər  Təbrizdə çap  edilmişdir.
Şübhəsiz    ki,    Siqətülislamın  da    dəsti-xəttinin    Xiyabaninin ədəbi
fəaliyyətindəki    rolu əvəzsizdir.    Bəzi    mənbələr    göstərir  ki,    Xiyabani
Abasquluağa  Bakıxanovun da  bədii  irsi  ilə yaxından  tanış  imiş  və onun  on
dörd  məsum (Başda  sevgili  peyqəmbərimiz  Həzrəti  Muhəmməd  olmaqla,  qızı
Xanım    Fatiməyi-Zəhra ə.    və on  iki    imam nəzərdə tutulur)    haqqında    türk
dilində yazdığı  “Riyazül-qüds” əsərini,  eləcə də fars  dili  qramatikası  haqqında
yazdığı  “Qanuni-Qüdsi” əsərini,  “Təzhibül-əxlaq” əsərini,  məntiq  və mübahisə
qaydaları  haqqında ərəb  dilində olan  “Eynül-mizan”  adlı əsərini,  qədim  və
müasir  nücum  elmi  haqqında  “Əsrarül-məlaküt” əsərini,  “Mişkatül-ənvar”  və
“Miratül-cəmal”    mənzum əsərlərini,    “Gülüstani-irəm” əsərini,    o    cümlədən
şeirlər  divanını  mütaliə etmişdir.
* * *
Xiyabaninin
ədəbi    fəaliyyətinin
əsas    fəaliyyətini    təşkil    edən
publisistikasında    vətənpərvər    insanlara,    şəhidlərə və qazilərə,    demokratik
qüvvələrə,    şəhid    analarına  və qohumlarına    dərin    hüsn-rəğbət,    irticaçılara,
işğalçılara,    müstəmləkəçilərə olduqca    böyük    nifrət    duyulmaqdadır.    Onun
bəzən  polemik  təkrarlarla  kini,  nifrəti  ildırım  kimi  çaxır.  Onun  1920-ci  ildəki
nitqlərinə nəzər  yetirərkən ən  çox  istifadə olunan  üslubi  fiqurlardan  bədii
ifadə vasitəsi  kimi  istifadə elədiyini  görürük.  “Ey  mürtəce”, “Ey  bədbəxt  və
şuursuz    mürtəce”    və yaxud    “Ey    Azərbaycan”,    “Ey    azadxahlar”    kimi
ifadələrdən,  eyni  zamanda ayrı-ayrı leksik  vahidlərin  dərin  fikirlərin  ifadəsinə
necə xidmət  etdiyinin  şahidi  oluruq. Hər  dəfə bir  mənzərə,  hər  dəfə bir
publisist    dünya,    publisist    aləm,    dinləyicini    həyəcana        gətirən    ehtiraslı
ziddiyyətlərin  təsviri  ilə dolu  ifadələrlə qarşılaşmalı  oluruq.  Böyük  idrakla


71
elmi  və fəlsəfi  fəhmin  vəhdətindən  yaranan  ecazkar  lövhələri  aydın  görürük.
Hissin,    düşüncənin,    təxəyyülün  və şəxsi    mülahizənin    tarixi    reallıqlarla
münasibətdə aydın  şəkildə özünü  doğruldan,  bədbinlik  zülmətində ümid  çırağı
kimi  görünən,  eyni  zamanda  romantizm  və realizm  arasında  sintez  yaradan,
subyektivlik    təhlükəsindən    qurtarıb,    tam    obyektivliyə nail    olan,    yalnış
hökmlərin əsassızlığını  aşkar  edən,  fəlsəfi  və etik  təhlil  libasında  təzahür
edən  Xiyabani  publisistikası  zamanının  demək  olar ki,  bütün  problemlərini
əhatə edirdi.    Xiyabani    öz    çıxışlarında    heç    bir    şeyi    nəzərdən    buraxmır,
olduqca  obyektiv  şəkildə hadisələrə öz  münasibətini  göstərir.  Bizə elə gəlir
ki,  onun  çıxışlarını  olduqca  ibrətli  tövsiyələr  toplusu kimi də dəyərləndirmək
olar.  Buna  misal  olraq  Xiyabaninin  xalq  qarşısında  söylədiyi  nitqlərdən  bir
neçəsini  oxuculara  çatdırmağı  özümüzə borc  bilrik...
24 aprel 1920
“Biz  azadxahlar  xalq  adına,  xalqın  huququnu  müdafiə adına  səsimizi
yüksəldirik.  Biz  heç dı  diplomatiya  dilini  bilmirik  və bilmək də istəmirik.  Öz
yeganə məqsədimizi    gizlətmək    üçün    siyasətçilərin    işlətdikləri    yalanlardan
istifadə etmək  fikrində deyilik.  Biz  sözümüzü  doğru  və açıq  deyirik.  Elə
düşmənləri    daha    çox    qorxuya    salan  da    bizim    düzlüyümüz    və
qorxmağlığımızdır.    Biz    aldanmayacağıq.    İstibad    və xəyanət    zamanlarında
Qanuni-əsasiyə
müxalif    və
azadlığa    düşmən    olanlar    bizi    aldada
bilməyəcəklər.    Biz    çox    imtahanlardan    keçmişik.    On    beş    illik    inqilabımız
həddibuluğa  çatmış  və yaşa  dolmuşdur.  Artıq  pisi  yaxşıdan  ayırd  edə bilir
və bir  dəfə təcrübədən  çıxmış  işi,  daha  təcrübə etmək  istəmirik.  Qanuni-
əsasinin ən  sadiq  keşikçiləri  inqılabı  yaradanlardır.  Azadxahlar  bu  müqəddəs
keşiyi    özlərinin ən    mühüm    vəzifələri    saymalıdırlar.    Bu    elə bir    ləyaqətli
vəzifədir ki,   insan    onun    yolunda   gözüyumulu    qurban    gedə bilər.    Mühüm
zamanlarda  adi  məsələləri  unutmalı, əsli  vəzifəni  və ictimai  mənafei  nəzərdə
tutmalıdır.  Öz  qeydinə qalmağı  yaddan  çıxarmaq  lazımdır.  Yalnız  ümumin,
cəmiyyətin    fikrini    çəkməlidir.    Bizim    yeganə məqsədimiz    bir    demokratik
hökumət  təsis  etməkdir ki,  bu  məmləkətin  azadlığını   təmin  etsin  və onu


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə