Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   2   3   4   5   6   7   8   9   ...   37

7
tərzinin və publisistikasında mövzu-ideya genişliyi məsələlərinə də önəm verir.
Xiyabaninin publisistikasında birinci növbədə onun apardığı mübarizənin –
vətəninin istiqlalına qovuşmaq arzularının təhlili ön plana çəkilir. Və haqlı olaraq
göstərilir ki, millətin gələcək taleyi barədə Xiyabani düşüncələrinin kökündə
Azərbaycan sevgisi və Azərbaycan yanğısı dayanır. Tədqiqatçı fikirlərinin təsdiqi
üçün kifayət qədər misallar gətirir və nümunələrdən yerli- yerində istifadə edir:
«…Ey qeyrətli Azərbaycan!  …Ey azadlığın qorxu bilməyən qəhrəmanı!  …ey
təriflərə ehtiyacı olmayan Azərbaycan! Bütün bu təqdir və təqdislər sənin verdiyin
şəhidlərin qanı bahasınadır. Bunlar sənin həqiqətən ölməmiş cavanlarının,
cavanmərd qocalarının, təsəlli tapmamış qadınlarının və qızlarının səsidir ki, təqdir
və təqdisləri İran səmalarında tərənnüm edir. Bu eşitdiyin onların səsidir. Dinlə və
ayıl! Ey Azərbaycan! Ey demokratik Azərbaycan, başını qaldır!».
Müəllif bu cür misalları gətirməklə Xiyabaninin ədəbi fəaliyyətinin əsas
istiqamətini nəzərə çatdırır və bu fikirlərin Azərbaycan inqilabi-demokratik
düşüncə tərzinin formalaşmasındakı rolunun dərəcəsini müəyyənləşdirir. Prof.
Vüqar Əhməd əsərdə Xiyabanini geniş spektrdə tədqim etməyə çalışır. Hətta
Xiyabani ilə bağlı müəyyən mübahisəli məqamları diqqətə çatdırmaqdan belə
çəkinmir. Xiyabaniyə konkret tarixi zaman və tarixi məkan kontekstində yanaşılma
əsərin uğurlarından biridir. Ona görə də Şeyx Məhəmməd Xiyabani hərəkatının
düzgün olaraq Azərbaycan xalqının milli suverenlik uğrunda mübarizə tarixinin
tərkib hissəsi, İran azadlıq hərəkatının deyil, məhz Azərbaycan istiqlal hərəkatının
böyük hadisəsi kimi vurğulanması mübahisəsiz görünür.
Qeyd etmək istərdik ki, Xiyabaninin dövri mətbuatla əlaqə məsələlərindən
bəhs edən hissədə müəllifin çoxsaylı faktlara istinad etməsi tədqiqat işinin
sanbalını artırmaq baxımından xarakterikdir. Müəllif istər İranda, istərsə də Quzey
Azərbaycanda çap olunan mətbu orqanlarla Xiyabaninin əlaqələrindən bəhs açır,
həllinə çalışdığı problemə uyğun təhlilə önəm verir. Belə ki, monoqrafiyada
Xiyabaninin İranda dərc olunan «Azərbaycan»,  «Əncümən»,  «Maarif»,
«Təməddün»,  «Sübhi-sadiq»,  «Təcəddüd» və Quzey Azərbaycanda nəşr edilən
«Molla Nəsrəddin», «Füyuzat», «Babayi-əmir», «Tərəqqi» və s. qəzet və jurnalları


8
mütaliə etməsi, onların bəziləri ilə əməkdaşlığı ilə əlaqədar məsələlərdən də söhbət
açılır. Bu halda müəllif bir tərəfdən Şeyx Məhəmməd Xiyabaninin İran və Qafqaz
xalqlarının həyatına olan marağını, digər tərəfdən isə regionda xalqlara zidd
idarəçilik sisteminə qarşı onun mətbuatda yer alan fikirlərinin mövcudluğunu
təsdiqləyir.
Təbii ki, kiçik bir yazıda tədqiqat əsərinin məziyyətlərindən geniş bəhs
açmaq mümkün deyil. Mən prof. Vüqar Əhmədin görkəmli azadlıq mücahidi Şeyx
Məhəmməd Xiyabaninin həyatı, dövrü, mühiti, ictimai-siyasi və ədəbi fəaliyyəti ilə
bağlı yazılmış tədqiqatını yüksək qiymətləndirir və bu əsəri Azərbaycanda
Xiyabanişünaslığın layiqli töhfəsi hesab edirəm.
Elman Quliyev
ADPU-nun «Türk araşdırmaları»
elmi-tədqiqat mərkəzinin müdiri,
filologiya elmləri doktoru, professor


9
ŞEYX MƏHƏMMƏD XİYABANİ (1879-1922)
Həyatı və mühiti
Güney Azərbaycanının azadlığı uğrunda imperializmə və despotizmə
qarşı mübarizədə Şeyx Məhəmməd Xiyabani xalqımızın yetirdiyi böyük
şəxsiyyətlərdən biridir. Xiyabani inqilabi fəaliyyəti 1905-1911-ci illər
Səttərxan hərəkatı zamanı başlamışdır.
Azərbaycanın görkəmli alim, siyasətçi və mütəfəkkir oğlu Şeyx
Məhəmməd Xiyabani 1879-cu ildə Təbriz yaxınlığındakı Xamnə
qəsəbəsində anadan olmuşdur. O, Xamnədə məktəbi bitirdikdən sonra
Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına gedir,
bir müddətdən sonra Təbrizə qayıdır və burada ilahiyyatla məşğul olur, dini
elmləri öyrənməyə başlayır. Gənc Məhəmməd Təbrizin tanınmış islamşünas
alimi, ruhani Əngəcinin yanında oxuyur, onun ən sevimli tələbələrindən olur
və müctəhidlik dərəcəsinə yüksəlir, həmçinin o, məşhur astroloq Mirzə
Əbdüləlinin yanında astronomiya və riyaziyyata dair bilgiləri mənimsəyir.
Get-gedə islam fəlsəfəsi, tarixi, o cümlədən ədəbiyyata dair mütaliəsini
genişləndirən Xiyabani məşhur alim kimi yetişir, tanınır və böyük nüfuz
sahibi olur.
Şeyx Məhəmməd Xiyabani bəlağətli nitqi, natiqlik məharəti ilə
təbrizlilərin hörmət və məhəbbətini qazanmış, məşhur ruhani və inqilabçı
Siqqətülislamın məsləhəti ilə «Xiyaban» məhəlləsində,  «Hacı Kərimxan»
məscidində axund, cənublularn təbirincə desək, imamcümə və vaiz
olmuşdur.
Xiyabani çıxışlarında insan haqlarından, azadlıqdan söhbət açaraq
təbrizliləri məlumatlandırır, milli oyanışa səsləyir və dünyagörüşlərini
zənginləşdirirdi. Onun aforizmləşən bir sözü var idi və həmişə çıxışlarında
deyirmiş:  «Haqqı verməzlər, haqqı almaq lazımdır». Qəlbən, ruhən, varlığı


10
ilə uca yaradana bağlı olan Şeyx minbərdən dini moizələrlə bərabər azadlıq
və demokratiyanı yaymaq üçün bir təbliğat tribunası kimi istifadə edirdi.
1908-1909-cu illər Təbriz üsyanı zamanı Xiyabani bir tərəfdən əlinə
silah alır, o biri tərəfdən Azərbaycan Vilayət Əncümənindəki çıxışları ilə
fəaliyyət göstərir, çoxsaylı tədbirlərin təşəbbüskarı olur.  1909-1911-ci
illərdə fəaliyyət göstərən II İran Məclisinə Azərbaycandan seçilən
inqilabçılar və ziyalılar arasında yer alır. 1909-cu ildə Tehranda yaradılmış
Demokrat Partiyasının üzvü kimi bu partiyanı məclisdə də təmsil edirdi.
1911-ci ildə parlament buraxıldıqdan sonra Tehranda keçirilən mitinqdə
hökumət əleyhinə çıxış edir.
İran hökumətinin demokratik qüvvələrə qarşı əsaslı tədbirlər görməyə
başladığı zamanlarda Xiyabani İranı tərk edir, müəyyən müddət Vladiqafqaz
və Peterburqda mühacirətdə yaşayır.
Xiyabani Rusiyada olarkən, rus siyasi düşüncəsi ilə tanış olmuş,
Quzey Azərbaycanında məskunlaşan güneylilərin vəziyyətini yaxından
öyrənmiş, Bakıda rus sosial-demokratları ilə əlaqələr yaratmışdır.
1914-cü ildə Şeyx Məhəmməd doğma şəhəri Təbrizə qayıdır. Bu
dövrdə Təbriz Səməd xanın («Sücaüddövlə» ləqəbli – V.Ə.) əlində idi.
Səməd xan Tehranı saya saymayaraq müstəqil bir üsuli-idarə qurmuşdu.
Qacar şahlarından fərqli olaraq, Əhməd şahın Məsrutəyə münasibəti pis
deyildi. Əhməd şah Güneydə seçkilərə zəmin yaratdı. Demokratlarla
liberallar arasında rəqabət yarandı. Demokrat partiyasının qələbə qazanacağı
labüd olduğu üçün Sücaüddövlə – Səməd xan Güney Azərbaycanında
seçkilərin keçirilməsinə razılıq vermədi, rusların ona dəstək olacağına ümid
edərək Təbrizdə seçkilərə mane oldu. III çağırış məclisdə Güneyin millət
vəkili olmadı.
Xiyabaninin fəaliyyətinin əsas hissəsi 1917-ci ildən başlayır.
Rusiyadakı inqilablar Güney Azərbaycanına da sirayət etdi, burada gizli
təşkilatların sayı çoxaldı. Şeyx Məhəmməd Xiyabani Demokrat partiyasının
Azərbaycan Vilayət Komitəsinə rəhbərlik edərkən İsmayıl Nübari,


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə