Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

45
valiliyini  qəbul  etmədi.  Məhz  bundan  sonra  Güney  Azərbaycanda  yenidən
Milli    azadlıq    hərəkatının    qığılcımları    görünməyə
başladı.    Tehran,
Azərbaycanda  başlamış  Milli  azadlıq  hərəkatının  getdikcə genişləndiyini,  get-
gedə daha  çox  nahiyə və vilayətləri əhatə etdiyini  görüb,  qorxuya  düşdü,
odur ki,  irtica  tədbirləri  görmək  qərarına  gəldi.
Vüsüqiddövlə İngiltərə ilə olan  müqavilənin  Məclis  tərəfindən  təsdiq
olunmasını  gözləmədən,  onun  ayrı-ayrı  maddələrini  həyata  keçirməkdə idi.
Onun    kabinəsinin    xarici    işlər    naziri    Şahzadə Nüsrətüddövlə Firuz    Parisdə
ingilis      maliyyə müstəşarı    İsmət    ilə üç    illik    bir    qərar    imzalamışdı.    Bu
qərarda əsasən  ingilis  zabitlərindən  ibarət  bir  komsiyon  təşkil  edilmişdi  və
İranın  qoşun  işlərini  yenidən  qurmaq  bu  komsiyona  tapşırılmışdı.
Vüsüqüddövlə bununla    kifayətlənməyib  Güney    Azərbaycanda    bir    sıra
kadr    dəyişiklikləri    etməyə başladı.    Azərbaycan    polisinə rəhbərlik    etməyi
isveçrəli  Bierlinq  Flenq  Kioya  tapşırdı.  Bu  dövr ərzində Azərbaycanın  bəzi
bölgələri  yezidi-kürdlərin  hucumlarına  məruz  qaldı.  Şəkkak  tayfasının  başçısı
İsmayıl  Simko,  Azərbaycanın  bəzi  bölgələrində böyük  özbaşnalıqlar  törətdi,  o
cümlədən  bütün  teleqraf  xəttlərini  kəsərək,  rabitə problemi  yaratdı. Şübhəsiz
ki,  bu da  şah  üsul-idarəsinin  Azərbaycana  qarşı  işlədilmiş  iyrənc  bir  siyasəti
idi.    Yezidi-kürdlər  cəsur    azərbaycanlılar    tərəfindən    güclü    müqavimətə rast
gəlib  pərən-pərən  düşdülər  və quldurluqlarından əl  çəkmək  məcburiyyətində
qaldılar.
1919-cu    ilin    fevral    ayında  Bierlinq    Təbrizə gəldi    və xalqla    sərt
davranmağa  başladı.  Polis  ADP  üzvüləri  və din  xadimləri  ilə amansız  rəftar
etdi.  ADP  üzvülərindən  bir  neçəsinin  həbsi  iğtişaşlara  səbəb  oldu.  Şəhər
sakinləri  polis  idarəsinin  önünə topılaşdılar,  Xiyabani  başda  olmaqla  camaat
polis    idarəsinə hucum    edib    həbsdə olanları    azad    etdi.    Lakin    bununla
nümayişlər    səngimədi.    Xalq    “Təcəddüd”    qəzetinin    redaksiyasının    həyətinə
toplaşıb    bir    bəyənat    yaydı.    Bəyənatda    konstutsiyanın    qüvvəyə minməsi,
məşrutiyyətin  bərpası,  ictimai  təhlükəsizlik  və xalqın  rifahının  təmin  edilməsi
tələb  olunurdu.  Xiyabaninin  və Demokrat  Partiyasının  tələbi  daha  radikal  idi.


46
Xiyabani  Azərbaycanda  Tehrandan  asılı  olmayan  bir  dövlət  qurmaq  istəyində
idi.  Bunun  üçün  o,  xalqın  dəstəyi ilə Təbrizə nəzarəti ələ keçirdi. Vüsüqdövlə
qorxuya    düşüb    istefa    verdi.    Yeni    kabinəni  təşkil    etmək    Müşiriddövləyə
tapşırıldı.  Müşiriddövlə iş  başına  gələn  kimi  bir  bəyannamə nəşr  etdirdi.  Bu
bəyannaməyə görə Vüsüqüddövlənin    İngiltərə ilə bağladığı  müqavilənin
dayandırıldığı    bildirilirdi.    Müqavilə Məclis    tərəfindən    təsdiq edilməyincə
qüvvəyə malik  olmamalı  idi.
Müşürüddövlə bununla    gözdən    pərdə asırdı.  O,    bununla    Xiyabaninin
başçılğı  ilə başlanan  qiyamın  qarşısını  almaq  istəyirdi.
Xiyabani Nürşüddövlə ilə apardığı    müzakirə zamanı    qeyd    etmişdi:
“Dövlət   millətin  iradəsinə arxalanmadıqca  uğur  qazana  bilməyəcək.  Bizim
ölkədə isə Dövlət  bir  nəfər  vəzirdən  ibarətdir ki,  o da  istədiyi  5-10  nəfəri
ətrafına  toplamış  və xalqa  hakim  kəsilmişdir.  Bu  hökumətdə kütlənin  iştirakı
yoxdur. Əksinə bir  dəstə xain  şəxslər  bu  vəzirləri  millət  adından  vəzarət
məsxədinə namizəd    etmişdir.    Belə bir    hökumət    heç  də xalqın    dərd    və
ehtiyacına əhəmiyyət  vermir.  Xalq  Dövlət əleyhinə üsyan  və ya mütəşəkkil
çıxış  etdiyi  zaman  ortalığa  belə bir  sual  atır:
-Nə istəyirsiniz?    Xalq
yazıqcasına  öz  arzularını  hökumətə izhar  edir.  Hökumət  isə əsassız  və boş
vədlərlə xalqı  aldadıb,  onu  qiyam  daşını ətəyindən  tökməyə dəvət  edir.  Lakin
bizim  qiyam  bundan  ötrü  deyildir ki, icz  və yalvarışla  Dövlətdən  istirham  və
iltimas    edək.    Bizim    məqsədimiz    budur  ki,    xalq    özü    bilavasitə vəzir    və
hakimlərini  təyin  etsin”.
Əlbəttə Xiyabaninin    bu    təklifləri    Mürşüddövləni    razı    sala    bilməzdi.
Xiyabani    isə öz    tələblərində möhkəm    durmuşdu.    Yuxarıda    qeyd    olunan
danışıqlar    birbaşa    teleqraf    xətti  ilə aparılırdı.    Xiyabani    həmin    danışıqların
nəticələri    haqqında    izahat    verib    deyirdi:  “Bu    gün    Dövlət    heyəti    ilə
apardığımız müzakirə zamanı  belə nəticəyə gəldik;  Dövlət  hər  şeydən əvvəl
Azərbaycana    bir    nəfər    vali    göndərmək    fikrindədir.    Lakin    bizim    valiyə
ehtiyacımız  yoxdur.  Azərbaycanı  idarə etməyə özümüz də layiq  və qadirik.


47
Qoy  Dövlət  hər  şeydən əvvəl  Azərbaycanın  ehtiyaclarını  rəf  etməklə bərabər
azadxahların  tələblərinə müvafiq  tədbirlər görsün”.
Xiyabaninin    yağlı    vədlərə uymayacağını    görən    baş    vəzir    bu    dəfə
mətbuat    vasitəsilə hucuma    keçib,    qiyamı    və onun    rəhbərlərini  məmləkətə
xəyanətdə ittiham  etməyə başladı.  Bu  cəbhədə əsas  vəzifəni  ingilis  cəsusu
Ziyaəddin  Təbabətiyə və onun  “Rəd”  qəzetinə,  habelə Məlikşüara  Baharın
müdirliyi    altında    çıxan    “İran”    qəzetinə tapşırdı.    Ziyaəddin    “Rəd”in
səhifələrində
Xiyabaninin,    eyni    zamanda    azərbaycanlıların    azadlıq
mübarizəsini    ləkələməyə başladı.    O, Əminəlmülk    imzası    ilə çap    etdiyi
məqalədə Azərbaycanda əminiyyət  olmadığını  iddəa  edirdi. “İran”  qəzeti də
onun    səsinə səs    verib,    Xiyabani    hərəkatına    və qiyama    böhtanlar    atırdı.
Xiyabani    düşmən    cəbhəsindən    qalxan    bu    ittihamı    susdurmaq    məqsədiylə
söylədiyi  nitqində demişdi:  “Rəd”  qəzeti Əminəlmülkün  bəyənatını,  “İran”
qəzeti  də Təbriz    qiyamı    haqqında    xüsusi    məqalə dərc    etmişdir.    Tehran
qəzetlərindəki    bu    məqalələrin  bizim    nəzərimizdə əhəmiyyəti    yoxdur  və
olmayacaqdır.  Nəhayət  Təbrizdən  çıxan  bu  günəşin  nuru  yapalaqların  gözünü
kor  edəcəkdir”.
Bundan   sonra   qiyamlar    yenə davam    etdi   və azadxahlarla    irticaçılar
arasında  dəfələrlə qanlı  döyüşlər  baş  verdi.  Təbrizdə başlamış  üsyan  tədricən
Güney  Azərbaycanın  başqa  mahal  və şəhərlərini də-Zəncan,  Marağa, Əhər,
Xoy, Ərdəbil  və s. əhatə etdi.  Təbriz  üsyanı  dövründə Tehranda  və İranın
digər  mühüm    məntəqələrində bu  üsyana  açıqca  hüsn-rəğbət  və həmrəylik
güclü  idi.
Təbrizə hərbi    yardımlar  da  təklif    olunurdu.    Lakin    İranı,    iranlı    azad
etməlidir”-deyən  Xiyabani  İranın daxilindən  və xaricindən  olunan  bir  sıra
hərbi    yardım    təkliflərini    rədd    etdi.  Üsyanın    gedişi    zamanı    baş    vermiş
müəyyən    hadisələr    Xiyabaninin    bu    sərt    mövqeyinə haqq    qazandırırdı.
Xüsusilə həmin    dövrdə Gilandakı    hərəkatın    bəzi    xoşagəlməz  (neqativ)
cəhətləri,  o  sıradan  Sovet  rəhbərlərinin  (Çarizmlə ingilislər  arasında  İranın
bölünməsi  haqqında  1907-ci  və 1915-ci  illər  gizli  sazişlərinin  ləğvini  elan


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə