Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   2   3   4   5   6   7   8   9   ...   37

14
Qeyd etmək lazımdır ki, Xiyabaninin ictimai, siyasi fəaliyyəti, fəlsəfi
görüşləri, publisistikası, ümumiyyətlə, yaradıcılığı layiqincə öyrənilməmiş,
ətraflı tədqiq və təhlil edilməmişdir. Doğrudur, onun həyatı, siyasi fəaliyyəti
haqqında müəyyən araşdırmalar aparılmışdır. Bu sahədə ilk əsər Qulam
Məmmədlinin
1949-cu
ildə
çap
olunmuş
«Xiyabani»
kitabıdır.
Q.Məmmədlinin
«Xiyabani»
kitabında
1917-1920-ci
illərdə
İran
Azərbaycanının milli azadlıq hərəkatından geniş söhbət açılır. Tədqiqatçı
mövzu ilə bağlı zəngin materiallara istinad etmişdir. Əsər haqqında onu
deyə bilərik ki, tədqiqatçının kitab boyu Xiyabani şəxsiyyətinə dərin
məhəbbətini görürük. Q.Məmmədlidən əvvəl rus sovet mətbuatında
Xiyabaninin siyasi fəaliyyətini əks etdirən A.A.Vinoqradovun «Fars
Azərbaycanında inqilabi hərəkat»,
1
Q.Q.İlyinskinin «Şeyx Məhəmməd
Xiyabani»
2
adlı məqalələri mövcuddur. Lakin ilk dəfə Xiyabaninin keçdiyi
mübarizə yolu, siyasi fəaliyyəti, nitqlərini əks etdirən tədqiqat müəllifliyi
Q.Məmmədliyə nəsib olmuşdur. Bu əsər Xiyabaninin həyatı və şəxsiyyəti,
siyasi fəaliyyəti haqqında yazılmış ilk tədqiqat işi kimi dəyərlidir.
Xiyabaninin tədqiqatçıları sıpasında filologiya elmləri doktoru Qafar
Kəndlinin adını çəkməmək günah olar.  1961-ci ildə «Azərbaycan»
ruznaməsinin nəşriyyəsi kimi çap olunan Xiyabaninin «Azərbaycan və
Azərbaycanın demokratik qüvvələri» adlı kitabına mərhum alim Qafar
Kəndli Herisçi Şeyx Məhəmmədin həyatı və ictimai fəaliyyətini əks etdirən
«Ön söz» yazmışdır. Deyərdik ki, bu yazı Xiyabani haqqında qələmə alınan
ən tutarlı, ən səviyyəli, əhatəli məqalələrdən biridir.
Xiyabaninin həyatı onun ictimai fəaliyyəti ilə daha çox əlaqəlidir.
Həmin fəaliyyət isə Azərbaycan xalqının müstəqillik qazanmaq uğrunda
mübarizə salnaməsi ilə sıx bağlıdır. Tarix elmləri doktoru Şövkət Tağıyeva
1956-cı ildə rus dilində çap olunan «1917-1920-ci illərdə İran
1
Ящурп. «Новый Восток». №2, 1922.
2
Ящурп. «
Революцонный Восток», №6 (28), 1934.


15
Azərbaycanında
milli azadlıq hərəkatı» monoqrafiyasında Güney
Azərbaycanında ingilis imperialistlərinə və İran irticaçılarına qarşı aparılan
mübarizənin sosial-iqtisadi köklərini araşdırmış və milli azadlıq hərəkatı və
onun məğlubiyyətinin səbəblərini göstərməyə çalışmışdır. Tədqiqatçı sovet
dövrünün ideoloji çərçivəsindən çıxa bilməsə də, əsər gərgin axtarışların
bəhrəsidir. İdeoloji qüsurlarına baxmayaraq, Ş.Tağıyeva keçmiş SSRİ
arxivlərindən materiallar toplayaraq, bu məxəzlərə istinadən fundamental
bir monoqrafiya ərsəyə gətirmişdir. Burada Xiyabaninin ictimai-siyasi
fəaliyyəti geniş şəkildə əks olunmuşdur. Professor Ş.Tağıyeva 1990-cı ildə
«Təbriz üsyanı» adlı kitab nəşr etdirmişdir. Məlum olduğu kimi, bu əsərdə
də Xiyabaninin inqilabi, ictimai-siyasi fəaliyyəti işıqlandırılmışdır.
Fars dilində yazılmış İran tarixçilərinin əsərlərində 1917-1920-ci illər
hərəkatı, o cümlədən Xiyabaninin fəaliyyəti yer tutur, çox az və qısa
məlumat verilir. Məsələn: Həbibulla Möhtəri «İranın oyanışı haqqında»
əsərində İran Azərbaycanında 1917-1920-ci illərdə baş verən milli azadlıq
hərəkatı barədə heç bir məlumat verilmir. Lakin farsdilli ədəbiyyatlarda
obyektiv mövqe tutan müəlliflər də var. Xiyabaninin silahdaşı olmuş
Badamçı «Xiyabaninin həyatı və yaradıcılığı», Əli Azərin Ş.M.Xiyabaninin
«Təbriz üsyanı» kitablarını göstərə bilərik. Badamçı hərəkat zamanı maliyyə
işlərinə baxsa da, o, bu hərəkatın istiqamətini, xarakterini və Xiyabaninin
ictimai fəaliyyətini düzgün qiymətləndirmiş, Əli Azəri isə faktların
zənginliyi dolğun əks etdirilmişdir. Əli Azəri Xiyabanini bir şəxsiyyət kimi
ideallaşdırır, onun inqilabi, ictimai-siyasi fəaliyyəti barədə orijinal fikirlər
söyləyir.
Son illərdə fars dilində çap olunan iki kitabı qeyd etmək istəyirik.
Birinci,  1998-ci ildə Təbrizdə nəşr olunmuş «Namavaran Azərbaycan»
(Azərbaycanın məşhurları – V.Ə.) adlı ensiklopedik xarakterli məlumat
kitabında Xiyabaninin bir səhifəlik tərcümeyi-halı verilmişdir.
İkincisi isə Xiyabaninin keçmiş silahdaşı, sonra ona naxələf çıxmış,
əslən azərbaycanlı, lakin farslara xidmət etmiş məşhur alim, tarixçi Əhməd


16
Kəsrəvinin «Fiyali Şeyx Məhəmməd Xiyabani» kitabıdır. Tehran «Nəşri-
Mərkəz» nəşriyyatında 1998-ci ildə çap olunan kitabın müqəddiməsi və
naşiri Məhəmmədəli Humayun Katuzyandır. Xatirələrlə tanış olduqda
görürük ki, Ə.Kəsrəvi Xiyabani haqda, onun dərin zəkası, böyük nüfuzu,
nurlu siması, savadı barədə ürəkaçan, xoh sözlər də söyləyir, onun inqilabi
fəaliyyətinə düzgün qiymət verir. Bəlkə də bu əsərdə Ə.Kəsrəvi bağışlanmaz
günahlarını,
tarixi
suçlarını
yumaq
istəyirmiş.
Ə.Kəsrəvi
yazır:
«Xiyabaninin iti yaddaşı, bacarığı var idi. Buna görə də gündən-günə onun
nüfuzu artır və çoxlarını öz təsiri altına alırdı. Onlar da onu özlərinə rəhbər
seçir və onun sözündən və göstərişlərindən boyun qaçırmazdılar» (tərcümə –
V.Ə.).
Haqqında
bəhs
etdiyimiz
bu
araşdırmaların
əksəriyyəti
Ş.M.Xiyabaninin ictimai-siyasi fəaliyyətinin şərhi və təhlilinə həsr
olunmuşdur. Lakin bu görkəmli tarixi şəxsiyyətin həyatı, mühiti və
yaradıcılığı bütövlükdə geniş miqyasda tədqiq olunmamışdır. Həmin
tədqiqatlarda Xiyabaninin həyatı və mühiti ilə bağlı problemlər sistemli
şəkildə qələmə alınmamış, yaradıcılığı, xüsusilə, publisistikası, məqalələri,
çıxışları, dil və üslubu haqqında elmi-nəzəri fikir söylənilməmişdir.
* * *
Ədəbiyyatımızda
publisistikanın
özünəməxsus
salnaməsi
var.
Publisistika tarixinin araşdırılması göstərir ki, onun inkişafında tənqidçi,
filosof, tarixçi və ədəbiyyatşünasların xidmətləri böyük olmuşdur.
Ədəbiyyatımızda publisistikanın ilk nümunələrinə hələ M.F.Axundzadə,
H.B.Zərdabi və N.B.Vəzirovda rast gəlirik. 1905-ci il inqilabı dövründə və
sonra C.Məmmədquluzadə, N.Nərimanov, F.B.Köçərli, Oktyabr çevrilişi
ərəfəsində M.S.Ordubadi, M.S.Pişəvəri, T.Şahbazi və başqaları siyasi
publisistikanın dəyərli nümunələrini yaratmışdılar.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə