Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   2   3   4   5   6   7   8   9   ...   37

20
Şeyx Məhəmməd qəzetin 137-ci sayında «Təcəddüd»ün məramını
bəyan edərək yazırdı: «Tərəddüd» ruznaməsi (qəzeti – V.Ə.) ibtida qüdrətli
bir dövlətin vücuda gəlməsinə müvafiq və bu yolda var qüvvəsi ilə mübarizə
edəcəkdir. Lakin bunu qeyd etməliyik ki, bu dövlət demokrat müxalifi olan
hər dövlətə müxalif olub, hər bir qüvvə ilə müxalifətdən əl
götürməyəcəkdir.
Xiyabani qəzetin bir neçə sayında partiya məsələləri, məramnaməsi ilə
bağlı məqalələr də qələmə almışdır.
152-155-ci saylarda İranda mətbuat tarixinə aid verilmiş məqalələr də
Şeyx Məhəmməd Xiyabani qələminin məhsullarıdır.
Xiyabani nitqlərində və «Təcəddüd» qəzeti səhifələrində yazdığı
məqalələrdə Təbriz üsyanı, qiyamın məqsəd və mahiyyəti barədə izahat
verib xalqı məlumatlandırır və demokratik hərəkatın amalını açıqlayırdı.
Şeyx Məhəmməd öz elmi məqalələri, ictimai məzmunlu çıxışları, nitq və
müsahibələri ilə güneyliləri milli hərəkatın ideyası, istiqaməti və tərəqqisi
ilə tanış edirdi.
«Şeyx Məhəmməd Xiyabaninin qiyamında azərbaycanlılıq ruhu daha
artıq özünü göstərirdi. Səttar xan inqilabından sonra güclənən irtica və
təzyiq, hakim fars dairələri və istibdadın artan zülmü Azərbaycanı
mütiləşdirmir, yatırdıb sakit etmir, əksinə, daha artıq oyadır və hərəkətə
gətirirdi. Getdikcə Azərbaycandakı xalq hərəkatları, daha artıq milli
xasiyyət kəsb etməyə başlayırdı. Şeyx Məhəmməd, Teran hakimlərinin
Azərbaycanda yaratdığı zorakılıq və səfalət mənzərəsini xalqın nəzərində
canlandırırdı».
1
Ş.M.Xiyabani
demokratik
prinsipləri,
demokratiyanın
əsas
mahiyyətini oxuculara çatdırmaq üçün müəyyən bir problemi götürür, onu
ətraflı təhlil edərək məqalə şəklində dərc etdirirdi. Bu publisistik yazılarında
əxlaq, təşkilat, vəzifə, istiqlal, hökumət, inqilab, təhsil, iqtisadiyyat,
1
Мирзя Ибращимов. «Ъянуби Азярбайъанда милли-демократик щярякат щаггында». «Ингилаб вя мядяниййят». 1947,
№4, Бакы.


21
ədəbiyyat və başqa məsələlər haqqında söhbət açmaqla xalqın hansı amal
uğrunda mübarizə etdiyini başa salmağa çalışırdı. Xiyabani qiyamın məqsəd
və məramının izahına məqalələrində xüsusi diqqət yetirirdi:  «Biz nə üçün
qiyam etmirik?
Əgər qiyamdan əvvəlki vəziyyəti nəzərdən keçirəriksə, əgər bu
ölkənin acınacaqlı həyatını, maliyyə işlərindəki hədsiz-hesabsız oğurluqları,
nəzmiyyənin namussuz və cinayətkar hərəkətlərini göz önünə gətirdikdə
qiyamın nə qdər zəruri olduğunu hiss edərik. Son vaxtlarda Azərbaycanın
müxtəlif əyalətlərində bir sıra nizami işlər baş vermişdir ki, bunlar yalnız
rüsvayçılıq olaraq qalmır…»
Xiyabaninin «Təcəddüd» qəzetində dərc edilmiş məqalləri özünün
ideyası, aydın məqsədi, səlis dili, bədiiliyi ilə seçilirdi.
Xiyabaninin publisistikasından söhbət açarkən bir cəhəti qeyd
etməliyik ki, biz burada adi qəzet məqalələrindən deyil, öz bədiiliyi, janrın
mənbələrinə uyğunluğu ilə sənət əsəri nümunəsi səviyyəsinə yüksəlmiş
publisistikanı nəzərdə tuturuq. Bu xüsusiyyət onun nitqlərinə də aiddir:
«Şəhidlərimizin qəbri üzərində kimsə ağlamadı, kimsə yazıqcasına nalə və
fəryad etmədi. Biz hörmətli həşidlərimizin qəbirləri üzərində açıq üz və
şadlıqla diz çökdük. Onlara baxdıq və bu şəhidləri özümüz kimi diri hiss
etdik. Bu o deməkdir ki, biz tərəddüd etmədən öz haqqımızı onların ölməz
ruhu ilə əvəz etməyə hazır idik, həmişə şad və şənliklə çalışmalıyıq»       (5
may, 1920-ci il, Təbriz, «Təcəddüd» səhnəsi).
Ümumiyyətlə, Pişəvərinin publisist yaradıcılıq fəaliyyəti haqqında
onu demək lazımdır ki, bu janrda onun əsərlərində Azərbaycan xalqının
milli azadlıq və istiqlaliyyət mübarizəsi daha geniş və ətraflı yer tutur.
Göründüyü kimi, Xiyabani mühərrirlik peşəsinə də dərindən
yiyələnmişdi. Həm redaktor, həm də müəllim kimi «Təcəddüd» qəzetində
ciddi məqallərə üstünlük verirdi. Çap olunan məqalələrdə soydaşlarımızın
düşdüyü bəlaları təsvir etmiş, özünün mühərrirlik borcuna sadiq qalaraq
xalqın hüququnu, haqqını müdafiəyə qalxmışdır. Alovlu və cəsarətli


22
publisistin məqalələrinin, nitqlərinin xarakterik cəhəti budur ki, müəllif
müxtəlif səciyyəli informasiyaları, problemləri eyni üslubda, bəzən eyni
başlıqla oxucuya çatdırsa da başlıca ideya birdir. Motiv müxtəlif olsa da,
xalqın sosial bəlaları ümumiləşdirməklə qruplaşdırılaraq təqdim edilir.
Xiyabani öz publisistikasında zəhmətkeşlərin hüquqlarını ardıcıllıqla
müdafiə edirdi. Əlbəttə, bu da, hər şeydən əvvəl, onun demokratik və zəngin
bir dünyagörüşə dərindən yiyələnməsilə izah olunmalıdır.
Xiyabani yaradıcılığında onun ən böyük əsəri «Azərbaycan və
Azərbaycanın demokratik qüvvələri»dir. Fars dilində yazılan bu əsər 1961-
ci ildə İsmayıl Şəms tərəfindən dilimiz çevrilərək Balaş Azəroğlunun
redaktorluğu ilə Bakıda «Azərbaycan» ruznaməsinin nəşriyyəsi kimi kitabça
şəklində çap olunmuşdur. Kitaba mərhum filologiya elmləri doktoru Qafar
Kəndli geniş «Müqəddimə» yazmışdır. Naşirlər Xiyabaninin bu əsərinə öz
sözlərini epiqraf seçmişlər: «And olsun şərəfimizə, nə qədər ki, biz diriyik,
heç bir xəbər, təhlükə, qorxutma, hədələmə bu qiyamın əsasını sarsıda
bilməyəcəkdir. Rəhmsizcəsinə oda yandırılıb, nəzəriyyəsindən dönməyən,
zəhər bardağını başına çəkərək haqqın isbat edən haqq tərəfdarlarının səbat
və mərdliyini biz qarşımızda qoyduğumuz məqsədi icra etməklə başqalarına
isbat edəcəyik. Biz bir çox səmimiyyətli, sədaqətli yoldaşlarımızla birlikdə
bu cür ölməyə, şəhid olmağa özümüzü hazırlamışıq».
Filologiya elmləri doktoru,ış ədəbiyyatşünas alim Rəhim Əliyevin
Xiyabaninin publisistikası haqda fikirlərini onun bütün məqalələri, eləcə də
«Azərbaycan və Azərbaycanın demokratik qüvvələri» əsərinə də şamil
etmək olar:  «…Xiyabaninin siyasi publisistikası Azərbaycan xalqının milli
suverenlik uğrunda mübarizələri tarixində mühüm yer tutdu. O, vahid İran
azadlıq hərəkatının deyil, məhz Azərbaycan istiqlalı hrəkatının böyük
hissəsi oldu, özündən sonra məhz bu yöndə ciddi əhəmiyyət kəsb etdi.
Təsadüfi deyil ki, sonrakı demokratik hərəkatlarda onun adı məhz
azərbaycanlı bir lider kimi, Azərbaycan xalqının milli şüurunun güclü


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə