Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

26
quruluş, aktyor oyunu, rejissuruya dair məziyyətlərini qeyd etməklə
Xiyabani haqqında da dəyərli fikirlər söyləyir:  «Sevimli dramaturqumuzun
bu günlərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram
Teatrının səhnəsində tamaşaya qoyulan yeni əsəri – «Şeyx Xiyabani» pyesi
tarixi mövzudadır, bütövlükdə, Cənub probleminə həsr edilmişdir. Əsərdə
xalqımızın mütəfəkkir oğullarından biri, görkəmli ictimai xadim, alovlu
tribun, qüdrətli publisist Şeyx Məhəmməd Xiyabaninin ölümünü ən gərgin
dövrü – 20-ci ildə Cənubi Azərbaycanda xalqın öz azadlığı və istiqlaliyyəti
uğrunda mübarizəsinə başçılıq etməsi göstərilir. Burada təəssüflə etiraf
edim ki, xalqımızın Şeyx Məhəmməd Xiyabani kimi fədakar oğlu sovet
Azərbaycanında hələ kifayət qədər tanınmır. Geniş kütlələr onun həyat və
fəaliyyətindən lazımınca xəbərdar deyillər. Bu da bizim günahımızdır. Adı
Azərbaycan xalqının zəngin tarixinə qızıl hərflərlə yazılmış Şeyx
Məhəmməd Xiyabani xatirəsini əbədiləşdirməyə, geniş tanıtdırılmağa layiq
bir şəxsiyyətdir. O, bu haqqı öz geniş fəaliyyəti ilə və əsərləri ilə
qazanmışdır. Bu baxımdan İ.Əfəndiyevin Xiyabaninin həyatına müraciət
etməsi və samballı dram əsəri yaratması təqdirəlayiqdir».
1
İ.Əfəndiyev qəhrəmanını – Xiyabanini bitkin bir obraz kimi göstərmək
üçün onu Təbrizin baş müctəhidi ilə milyonçu Hacı Fərhadla qarşılaşdırır.
Xiyabani müctəhidlə görüşündə dinin dövlət işlərinə qarışmasına qəti etiraz
edərkən nə qədər sərtdirsə, milyonçu Hacıya inqilaba maddi kömək
göstərdiyinə görə təşəkkür edəndə nə qədər səmimidirsə, gənclərlə
söhbətində bir o qədər xəyalpərvərdir. Onun hər kəlməsi şüara çevrilib
qiyamçıların dilində dolaşır, məqsədinə dönür.
P.Makulunun «Xiyabani» romanında zəngin obrazlar silsiləsi,
mürəkkəb süjet, hadisələrin vahid məcrada birləşməsi bir romançı kimi
müəllifin sənətkarlığını sübuta yetirir.
«Şeyx Məhəmməd Xiyabaninin ətrafında sədaqətli və sarsılmaz
dostlar kimi vahid cəbhə yaratmış demokrat obrazları ilə yanaşı, romanda
1
Щ.Аббасзадя. «Тарихя мцасир бахыш». «Бакы» гязети, 1986, 26 декабр, № 297 (8873).


27
əks cəbhənin ən müxtəlif mürtəce nümayəndələrinin bədii portreti
verilmişdir. Bunların arasında xarici imperialist dövlətlərin istər rəsmi
qulluqçuları, istərsə də casus, agent və din yaymaq pərdəsi altında
maskalanmış missionerləri ən məkrli obrazlar kimi təqdim olunmuşdur».
1
Xalq şairi Xəlil Rza Ulutürk qeyd etdiyimiz kimi, Şeyx Məhəmmədə
həm şeir həsr etmiş, həm də Xiyabani qəhrəmanlarını tərənnüm edən məqalə
də yazmışdır: «XX əsrdə öz azadlığı və milli mənliyi uğrunda mübarizənin
tamam yeni və çox yüksək mərhələsinə qədəm qoymuş Azərbaycan xalqının
qəhrəmanlıq tarixinin şanlı və canlı səhifələrindən biri böyük Şeyx
Məhəmməd Xiyabaninin adi, möcüzəli həyatı və çarpışmaları ilə bağlıdır».
2
X.R.Ulutürk «Xiyabani yurdunda» şeirində isə əsər bədii sualla
başlayır. Şair həcmcə böyük olan poetik nümunədə Şeyx Məhəmmədə bədii-
poetik sual şəklində müraciət etməklə onun obrazını canldandırır. Doğma
xalqının dililə məhəbbətini ifadə etməklə Azərbaycanın dahilər – Nizami,
Nəsimi, Füzuli, Xətai, Cabbarlı, Vurğun yetirən bir xalqın Xiyabanini də
yetirməsindən qürur duyur:
Mən bilmirəm işçisən,
Həkimsən, ya dilçisən.
Bircə bunu bildiyim:
xalqımın sərvətinin,
fikrimin qüdrətinin,
Əsrlərin ardından
bizim əsrə gətirən
müqəddəs bir elçisən.
Ehtiyac varmı deyim:
sənin ana dilindən
yaşar Şərq əzəməti!
Ehkam cəbhələrini
1
Мащмизяр Мещдибяйова. Ъянуби Азярбайъан мцщаъирят нясри (1947-1990-ъы илляр), Бакы, 2007, сящ.136.
2
Х.Р.Улутцрк. Ядяби тянгид. Бакы, 2003, сящ.807.


28
darmadağın eləmiş,
Al qanını zülmətə
işıq kimi çiləmiş
nəsiminin qüdrəti!
Başının ağ çalması
Aya, ulduza dəyən
Təbrizdəki nitqilə
Tehranı silkələyən
Xiyabani vüsəti!
1
Əsasən əruz vəznində yazıb-yaradan Arif Səfa Xiyabaniyə qəzəl ithaf
etmişdir. Siyasi lirika nümunəsi olan bu qəzəldə Şeyx Məhəmmədin
inqilabi, ictimai fəaliyyəti öz poetik təcəssümünü tapmışdır:
Zəka verdi sənə Allah, bu yurdu payidar etdin,
Azadlıq kəlməsin hər gün dilində bir şüar etdin.
Gecə-gündüz düşündün zülmdən millət xilas olsun,
Azadlıq gördüyün gün sən, bu xalqı bəxtiyar etdin…
* * *
M.C.Pişəvəri Xiyabanini Səttarxanla müqayisə edərək yazırdı:
«Rəşidin nəzəriylə baxsaq, Səttarxan qəhrəman imiş. O, düşmən qarşısında
təslim olmamışdır. Amma fikir, elm və məlumat nöqteyi-nəzəriylə baxsaq,
Şeyxin (Xiyabaninin – V.Ə.) məqamı fövqəladə böyükdür. Şeyx o
xasiyyətlərə malik olduğu halda, bir də onun alimlik məqamı var idi».
Məşrutə inqilabı istər Güney Azərbaycanı, istərsə də İranın ictimai-
siyasi həyatı üçün Səttarxanı, Bağır xanı və nəhayət, Şeyx Məhəmməd
Xiyabanini yetirmişdir. Səttarxan və Xiyabaninin milli azadlıq ideyalarının
daha sonra Pişəvəri daşıyıcısı oldu. Əfsuslar ki, milli hərəkatların sonu
1
Х.Р.Улутцрк. «Ядябиййат вя инъясянят» гязети, 1976, 27 нойабр.


29
süqut və faciələrlə nəticələndi. Artıq doğma Qarabağımızın problemi də
güney Azərbaycan taleyinə gedib çıxır. Allah kömək olsun, İnşallah!
«Şeyx Məhəmməd Xiyabaninin siyasi fəaliyyəti, nəzəri-fəlsəfi
baxışları Azərbaycan xalqının milli azadlıq və demokratiya hərəkatı
tarixində dərin iz buraxmışdır».
1
XX yüzillik güneyli-quzeyli Azərbaycan xalqının azadlıq uğrunda
mübarizə tarixinə bir sıra görkəmli siyasi xadimlər bəxş etmişdir. Onların
hər biri öz ictimai, tarixi və siyasi fəaliyyəti, əməlləri ilə ölməz insanlardır.
Ş.M.Xiyabaninin keçdiyi mübarizə yolu siyasi, elmi, bədii və
jurnalistik irsi zəngin və çoxsahəlidir. Bu irsin geniş tədqiqinə ehtiyac var.
Biz inanırıq ki, bu sahədə boşluq gələcəkdə tarixçi və ədəbiyyatşünaslarımız
tərəfindən doldurulacaq. Ş.M.Xiyabanini əsərləri toplanıb nəşr olunacaq.
Ümumiyyətlə, deyə bilərik ki, Xiyabaninin ictimai, siyasi və fəlsəfi görüşü
layiqincə öyrənilməmiş və tədqiq edilməmişdir. Azərbaycanın fəxri olan bu
böyük şəxsiyyət haqqında əhatəli, geniş və ətraflı kitablar, monoqrafiyalar
yazılmasına ehtiyac var.
* * *
O,  uşaq  olarkən Xamnə qəsəbəsindəki  xanın  rəiyyətə zülm  etdiyinin
şahidi    olur.  O,  anasından    öyrənir  ki,    xan    onun    dayısını    heç    bir    səbəb
olmadan,    ağaca    bağlatdırıb    döydürübmüş.    Qəsəbənin    kişilərinin əksəriyyəti
xanın  zülmündən  qaçıb  başqa  ölkələrə pənah aparıblarmış.  Şübhəsiz ki, bütün
bunlar  balaca  Məhəmməddə zorakı  şah  reıiminə qarşı  nifrət  oyatmışdı. Uşaq
vaxtından  ilahiyyat  elmlərinə maraq  göstərən  Məhəmməddə,  dünyəvi  elmlərə
və maarifçiliyə ilk    maraq,    Mirzə Fətəli    Axundzadənin əsərləri    ilə tanış
olandan  sonra  başlamışdır…
Çox   gənc  ikən, əvvəlcə İstambula,  ordan  Batuma,  ordan da  Tiflisə
səfər    edən    Məhəmməd,    burda ədibin əsərlərinin    tam    külliyatını    mütaliə
1
Ш.Таьыйева, Я.Рящимли, С.Байрамзадя. Ъянуби Азярбайъан. «Хийабани» очерки. Бакы, 2000, сящ.197.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə