Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   2   3   4   5   6   7   8   9   ...   37

17
Tarixi təcrübə göstərir ki, publisistika yazıçıların yaradıcılığında
mübariz ədəbi forma kimi geniş yer tutmuşdur. Publisistikaya
vətənpərvərlik, xalqlar dostluğu, qəhrəmanlıq, sədaqət, düşmənə qarşı
amansız olmaq motivləri həmişə qüvvətli olmuşdur.
Xalqın özünüdərkində, dünya miqyasında tanınmasında, milli-bəşəri
dəyərlərin sonrakı nəsillərə çatdırılmasında, xalqın bədii, tarixi dəyərlərə
yiyələnməsində onun ədəbiyyatı, incəsənəti və bunların təbliğində, təhlil və
təqdirində mühüm rol oynayan mətbuat amili faktor kimi vacib yer tutur.
Azərbaycan və təndaş-sənətkarlarının böyük bir nəsli məhz buna görə
məktəbi, maarif sistemini xalqın ictimai şüurunun zənginləşməsində başlıca
faktorlardan saymışlar. Bu baxımdan M.F.Axundzadə, C.Məmmədquluzadə,
Ə.Haqverdiyev,  .S.Axundov, A.Şaiq, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə,
M.S.Pişəvəri, N.Nərimanov kimi ədib, şair və demokrat-publisistlərin
obrazlı-ədəbi qənaətləri, nəticə və mülahizələri arasında ideya yaxınlığı və
tipoloji nöqtələr çoxdur. Tarixilik və varislik prinsipindən yanaşmaya Şeyx
Məhəmməd Xiyabaninin dövrünün ictimai-siyasi hadisələrinin təhlili, tarixi
problemlərə münasibəti ilə yaxından səsləşir, bir növ onun başqa mühitdə və
tarixi-coğrafi məkanda yenidən ifadəsidir.
Öz odlu qələmi ilə mübariz publisistikanın gözəl nümunələrini
yaratmış Xiyabaninin də bu sahədəki fəaliyyətinin tədqiqi, şübhəsiz ki, çox
faydalıdır. Ş.M.Xiyabaninin publisistik yazıları mövzu genişliyi ilə,
obrazlılığı, çoxmotivliliyi, zəngin epizodluluğu ilə seçilir.
Xiyabaninin publisistikası Azərbaycan ədəbiyyatının mütərəqqi
ənənələrinin bünövrəsi üzərində yüksəlirdi. İctimai həyat həqiqətlərini əks
etdirən, çağdaş həyatın tələbləri səviyyəsində durmaq onun fəaliyyətinin
əsasını təşkil edirdi. Xiyabani publisist əsərlərində humanizm, azadlığın,
demokratiyanın böyük müdafiəçisi kimi çıxış edirdi. İstedadlı publisist xalq
azadlığını, özü də ictimai-siyasi-mənəvi azadlığı yüksək qiymətləndirir,
zülm və istibdad altında yaşayan xalqın məşəqqətli həyatını, onun mənəvi-
əxlaqi paklığını, əqidə saflığını orijinal formalarda ifadə edirdi.


18
Qeyd etdiyimiz kimi, «Tərəddüd» qəzeti 1917-ci il aprelin 9-da nəşrə
başladı. Tədqiqatçı Q.Məmmədlinin göstərdiyi kimi,  «Onun imtiyaz
sahibləri və baş mühərridləri ilk zamanlarda dəyişdirilsə də, siyasi
rəhbərliyi əsas etibarilə Xiyabaninin üzərində qalırdı».
1
Qəzetin 65 nömrəsi,
yəni 137-ci nömrəsindən sonra çıxan 202-ci nömrəyədək rəsmən
Xiyabaninin müdirlik və baş mühərrirliyi ilə çap olunmuşdu. Məzmun və
mündəricəsi ilə İran qəzetlərindən fərqlənirdi.
Xiyabani siyasi mübarizəsinin məqsəd və amalı haqqında
«Təcəddüd»ün səhifələrində dərin və əhəmiyyətli məqallər yazırdı.
«Azərbaycan» (№24) adlı məqalədə Azərbaycan azadlığının, istiqlaliyyət və
milli varlığı problemini qəlbindən gələn atəşli sözlərlə ifadə etmişdi:
«…Azərbaycan bəhanə axtaran özgələr və kin-küdurətli özününküləri
qarşısında vurdu, vuruldu, öldürdü, öldürüldü, həyatın çətinliklər və çək-
çevirləri içərisində inqilab və təkamül yolunu keçib yaşadı…»
Ucdantutma qırğınlar, soyğunlar, zülm və işgəncələr Azərbaycandakı
istiqlaliyyət hərəkatını və azadlıq tələblərini məhv edə bilməyəcəkdir.
Özgələr və «özümüzünkülər» ürəklərində saxladıqları yaramaz
fikirlərini həyata keçirmək məqsədilə bu torpağın yaralı sinəsi üzərində dar
ağacları qurdular. Zülm və vicdansızlığın qara kölgəsini bu qana boyanmış
torpağın üzərinə saldılar.
Lakin bu ölkənin qeyrətli cavanları, qəhrəman qocaları başlarını
rəşadət səmalarında uca tutub, zülm və ədalətsizliyin dünyasını öz ayaqları
altında gördülər.
Öz gənc həyatını həqiqət və azadlıq uğrunda fəda edən Azərbaycan
övladları içərisində elə məsum balalara təsadüf etmək olurdu ki, dar ağacları
belə onların zəif vücudları qarşısında titrəyirdi. Bunların hədəqədən çıxmış
gözləri, göyərmiş dodaqları və sıxılmış boğazları cəlladları qorxudur və
rənglərini qaçırırdı…
1
Г.Мяммядли. Хийабани. Бакы, Азярняшр, 1949, сящ.37.


19
Xiyabani daha sonra yazırdı:  «Hələ də azərbaycanlıların qanı
axıdılmaqdadır. Bu gün Tehranın gözü Azərbaycanın parçalanmış vücuduna
tikilmişdir. Dodaqlardan eşidilən kəlmələrdə, qələmlərin sözlərə təqdir
səsləri və təhsin nəvaları eşidilməkdədir.
Lakin ey qeyrətli Azərbaycan, ey vətən məftunlarının istiqamətli
övladları, ey təriflərə ehtiyacı olmayan Azərbaycan!.. Ey Azərbaycan!
Bütün bu təqdir və təqdislər sənin verdiyin şəhidlərin qanı bahasıdır…
…Ey Azərbaycan, ey demokratik Azərbaycan! Başını qaldır!
…Ey əziz Azərbaycan, sən bir iti görən gözsən ki, İran səninlə…
mədəniyyətə baxır. Sən bir həssas və mütəəssir olan ürəksən ki, bu vətən
dünya işığını səninlə hiss edir…
…Ey ölməz Azərbaycan, bu ümidləri doğrult, başını yuxarı tut, yaşa,
həmişəlik yaşa…»
«Təcəddüd»ün səhifələrində sadalanan bu vətən yanğılı, alovlu sözlər
(ixtisarla təqdim olunur – V.Ə.) Azərbaycan xalqının ürəyindən xəbər verir,
yüzilliklər boyu arzu və amal olaraq qalan düşüncələr dilə gəlirdi.
Xiyabaninin məqalələri soydaşlarımızı partiya ətrafına, azadlıqsevər
qələm adamlarını isə «əcəddüd»ün səhifələrinə toplayırdı.
«Təcəddüd» qəzeti 1917-ci il aprel ayının 9-dan etibarən nəşrə
başlamış və 1920-ci il sentyabr ayının 8-dək davam etmişdir. Qəzetin 202
nömrəsi çıxmışdır.  1-13-cü sayları Ə.Fyuzatın baş redaktorluğu,  14-58-ci
sayları Ə.Fyuzat imtiyazı ilə Əbülfət xan Ələvinin redaktorluğu,  59-86
sayları Mirzə Tağı xan Rəfətin müdir və baş redaktorluğu ilə çıxmış (87-
136-cı saylar haqqında məlumat yoxdur),  137-202 sayları isə Xiyabaninin
rəhbərliyi və redaktorluğu ilə nəşr edilmişdir.
Xiyabaninin rəhbərliyi ilə çıxan saylarda siyasi, ictimai məzmunlu
məqalələr çoxluq təşkil edirdi. Onun müəllifi olduğu «Bizim qadınlarımız»,
«Dünyanın məşhur qaınları»,  «Dünya qadınlarının tərəqqisi»,  «Sabahkı
analarımız» kimi yazılarda qadın problemlərinə xüsusi diqqət yetirilirdi.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə