Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   29   30   31   32   33   34   35   36   37

111
Zaman  keçdikcə məmləkətin  azadlıq  və istiqlalı  uğrunda  mübarizə aparan
azadlıq  yolunun  fədailəri  Xiyabanini  mübarizə siniflərinin  ön  sırasında  görür.
Xalqlarımızın  zülm  və istibdada  qarşı  vuruşlarında  böyük  dahini  daha  yaxından
hiss etməyə başlayırlar. Indi xalq böyük atanın ağıllı məsləhətlərinin mənasını öz
gündəlik həyatında bir daha dərindən dərk edir. O, xalqımızın onunla ucaldığı fikir
bayrağıdır. O, qaranlıq gecələri öz işıqlı düşüncələrilə bizim üçün çıraqban etmiş,
ay kimi yüksələrək cismən batsa da ruhən bizimlədir.
Indi Xiyabani və Pişəvərinin məmləkətin xoşbəxtliyi üçün sərəncam verdikləri
möhtəşəm “Təbriz alaqapısı” binasının qarşısından  keçən hər bir vətəndaşın, hər
bir  vətənpərvərin  qulağında  bu  tarixi  və məşhur  binadan  qoparaq Ərkin,  Göy
məçidin, Eynalının  sinəsinə dəyərək  yüksəlib  aləmə yayılan  vahid  bir  səs
eşidilməkdədir: Ey buradan keçən insan, ayaq saxla və eşit ki, “Müstəqil olmayan
bir  millətin  hörmət  və izzəti  ol-maz”.  (Qonşu  evin  yıxanın  evi  heç  vaxt  abad
olmaz) Xiyabani.
Azərbaycan  zəhmətkeşləri  və bütün  İran  xalqlarının  qarşısında  duran əsas
vəzifə məmləkəti  imperealistlərin  təcavüzündən,  mürtəce  hakim  dairələrin
satqınlığından  qorumaqdan,  ölkədə azad  və müasir  həyat  qurmaqdan  ibarətdir.
Bunun üçün həmişəkindən daha möhkəm vahid birgə mübarizə lazımdır. Xiyabani
bu  birliyi  möhkəmləndirməyi  vahid  bir  bədən  kimi  zülm  və haqsızlığa  qarşı
vuruşmağı,  dönə-dönə bizə tapşırmışdır. Məmləkətin  azadlıq və istiqlalı uğrunda
mübarizə aparanların, azadlıq yolunun fərhad və məcnunlarının zahiri simaları yüz
minlərlə olsa  da  onların  daxili  aləmi  fikir  və düşüncələri  bu  cəhətdən  eyni
varlıqdır. İndi  bütün  millət  Xiyabanidir.  O, həmişə bizimlədir!  Böyük
vətənpərvərin  dediyi  kimi: “Bu  qiyam  təbiət  qanunlarına  uyğun  olaraq əmələ
gəlmiş  və qeyr  adi  hadisələrlə aradan  getməyəcəkdir. Qəfildən  yağan  dolu
qiyamçıların içindən bir neçə adamı həlak etsə də, bu milli hərəkatın qarşısını ala
bilməyəcək və qiyam öz işini davam etdirəcəkdir. O, tərəqqi, təcəddüd təxminən
daima  becərəcək (inkişaf  edəcək)  və gözlənilən  biçinə qədər  onu  inkişaf
etdirəcəkdir”.


112
Ey  millətin  böyük  atası,  səninlə əlimiz  günəşə dəydi!  Sənin  qaldır- dığın
azadlıq bayrağı əlimizdədir.
“Millət yoludur,həqq yoludur tutduğumuz yol,
Ey həqq, yaşa, ey sevgili millət yaşa var ol!”
Azərbaycan və Aəzərbaycanın demokratik qüvvələri
Azərbaycan  son vaxtlarda ölkənin mərkəzinin diqqətini özünə cəlb etdiyinə görə
Tehran  mətbuatında  yeni  bir  cərəyan  vücuda  gəlmişdi.  Bizim  dostlarımız  olan
“İran”, “Carçı  millət”, “Gülşən”  və başqa  mətbuat  görkəmli  məqalələr
yazmış,onların  vətənpərvərlik  hisslərini  isbat  edən  bir  hüsnrəğbət  Azərbaycan
məsələsindən bəhs etmiş və bu barədə öz maraqlı fikirlərini söyləmişlər.
Şübhəsiz  ki,  biz azərbaycanlı  və bu  ölkə ilə bağlı  olduğumuza  görə
mərkəzdəki vətəndaşlarımızın bu hüsn-rəğbğtini tərifə sığmayan bir növ sevinc və
məmnuniyyətlə qarşılayırıq. Onların bu məhəbbətinə həmdərdlik və alicənablıqları
bizim ürəyimizə və ruhuimuza dərin,əbədi  bir təsir göstərir.
Həmin mətbuatın azərbaycana həsr etdikləri bütün məqalələr Azərbaycan və
Azərbaycanlıya  qarşı  böyük hörmət  və minnətdarlıq hissilə,  gerçəklik  və haqdan
müdafiə məqsədilə yazılmışdır.
Şübhə yoxdur ki, məşrutə inqilabından əvvəl yaxud sonrakı Azərbaycanı və
ölməz  Azərbaycan  xalqını  görkəmli  bir  tərzdə dünyaya  tanıtdıran–parlaq
Azərbaycan  hadisələri  və hərəkatı  olmuşdur.  Məhz  buna  gö- rə də həmin
məqalələrin  müəllifləri  Azərbaycan  xalqının  yüksək  hissiyyatına  və ali
mənəviyyatına əhsən demək  məcburiyyətində qalmışdır. Onlar ölkənin bu böyük
hissəsində böyümüş  qəhrəmanların  keçmiş  xidmətlərini  alicənablıq  və ehtiram
hissiylə xatırlayırlar.  Hələ həyacanlı  inqilab  və qanlı  üsyan  dövründən əvvəl,
İranda rejimin dəyişməsi, qaqnun və islahatlar dövrünün başlanmasına səbəb olan
tarixi  hadisələrdən əvvəl  də Azərbaycan İran  üçün  bir  çox  igid əsgərlər,  fədakar
qəhrəmanlar  hazırlamış,  öz  mehriban  qucağında  böyütdüyünü  bu  şərəfli  oğulları


113
müxtəlif  zaman  və şəraitdə ölkənin  cənubunda, şimalında  və qərbindəki  qanlı
döyüşlərdə iştirak etmək üçün göndərmişlər. Beləliklə, Azərbaycan xalqı İranın hər
nöqtəsində və hər guşəsində müəyyən bir xatirə qoymuş, öz sarsılmaz inamları ilə
digər  vətəvdaşların  da  ürəyində inam  yaratmışdır.  Bu  gün  isə onun  nəticələrinin
istərsə mətbuat  səhifələrində, istərsə də səmimiyyət  və məhəbbətlə yazılmış
məktublarda əks olunduğunu böyük bir sevinclə görürük...
Azərbaycan  övladı  keçmişdəki  mərdlik  sınaqlarında  olduğu  kimi  hə-min
döyüş  və inqilab  hərəkatında  da  öz  cəngavərlik  və fədakarlığını, belə bir  qanlı
müqavimət və igidlik qarşısında yenə üstün çıxmışdır.
Azərbaycan  xalqı istərsə xaricdə olan  bədxah düşmənlər, istərsədə daxildə
fürsət  axtaran  kinli  adamlara  qarşı  mübarizədə həm  öldü,  həm  də öldürdü.  Gah
zərbə yedi, gah  da  zərbə endirdi.Lakin buna  baxmayaraq  o,  ölüm-dirim
mübarizəsində öz  döyüşünü  bu  günə qədər  davam  etdirir,  inqilab  və təkamül
yolunda irəliləyir...
Nə kütləvi surətdə edam edilmək, nə çapılıb talanmaq, nə də rəhmsiz zülmə,
qəddarlığa  məruz  qalmaq azərbaycanlıları  öz  istiqlal  və azadlığı  uğrunda
mübarizədə sarsıda bilmədi. Xarici və daxili düşmənlər öz məqsəd və niyyətlərinə
çatmaq üçün bu şanlı ölkənin yaralı sinəsi üzərində dar ağacları qurdular. Zülm və
qəddarlığın təcəssümü olan bu dar ağacları qızıl qana bələnmiş bu torpağın üstünə
uzun kölgələr salmışdı.
Lakin Azərbaycanın möhkəm iradəli gəncləri və qəhrəman qocaları özlərini
igidliyin ən  yüksək  zirvəsinə çatdırdılar, başlarını  qaldıraraq  dünyanı  zülm  və
qəddarlıqla dolu olan bu dəvamsız dünyanı  ayaqları altında gördülər.
Onların bir dəstəsi də hələ gəncliyindən kam almamış, alnı açıq gənclər idi.
Bu dəstə isə yüksəklərə qalxmış,oradan öz aydın, kəskin sözlərilə belə bu cür cəfa
mühitinə lənət və nifrət yağdırmışdır.
Yer ilə göy arasındakı məngənədə beli bükülmüş və yaşı keçmiş, digər dəstə
isə belini  düzəldərək igidlik  nümunələri  göstərmiş  və mərdliklə can  vermişdi.
Həmin ağsaqqal qocaların ölümü, qatillərinin əbədi üzü qaralığına səbəb olmuşdur.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə