Азярбайъан республикасы


Traktor-qaldırıcılar, dartıcılar, xüsusi təyinatlı



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə10/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

Traktor-qaldırıcılar, dartıcılar, xüsusi təyinatlı

traktorlar, 

ekskavatorlar və buldozerlər 

1.5.60.   Quyuların   mənimsənilməsi,   əsaslı   və   cari   təmiri

üçün qurğular və traktor-qaldırıcılar təhlükəsiz şpil makarası (şpi-

levaya katuşka) ilə təchiz olunmalıdırlar. Makara olmadıqda valın

ucu örtüklə bağlanmalıdır. Traktor-qaldırıcı səs siqnalı ilə, sürü-

cünün   arxa   tərəfindəki   pəncərə   şəbəkə   və   dayaqlarla   təchiz

olunmalıdır.

23



1.5.61.   Traktorlarda   gecə   vaxtı   işləmək   üçün   arxa   və

qabaq işıqlandırıcı fənərlər olmalıdır.

1.5.62. Traktorçu traktor-qaldırıcını yerindən hərəkət et-

dirməyə başlamazdan əvvəl, onun hərəkət yolunda adamların

olmamasına   və   kənar   əşyalara   ilişmədiyinə   əmin   olmalıdır.

Traktor–qaldırıcı  hərəkətə gətirilməzdən əvvəl səs siqnalı ilə

ətrafdakılar xəbərdar edilməlidir.

1.5.63. Qış vaxtı traktorun yana sürüşməsinin qarşısını

almaq üçün onun tırtıllarında xüsusi tərtibatlar qoyulmalıdır.

1.5.64. Traktorların kabinəsinin baxış pəncərələri traktor-

çunu   yaxşı   görünmə   ilə   təmin   etməli   və   şüşətəmizləyəni

olmalıdır.   Traktor-   qaldırıcıların   kabinəsində   qabaq,   yan   və

arxa   pəncərələrdən   savayı   üstündə   də   baxış   pəncərəsi

olmalıdır.   Traktor-   dartıcının   kabinəsinin   arxa   pəncərəsi,

həmçinin traktor- qaldırıcının  arxa və yuxarı pəncərələri dəmir

barmaqlıqlarla mühafizə olunmalıdır.

1.5.65.   Traktor-   qaldırıcı   işə   başlamazdan   əvvəl

mühərrikin və qaldırıcı bucurqadın işi yoxlanılmalıdır.

Bu zaman əsas diqqət əyləc sisteminin və traktorun işlək

hissəsinin sazlığına yetirilməlidir.

1.5.66. Yanacaq-sürtgü materiallarının ehtiyat tutumları

traktor-   qaldırıcının   dayandığı   yerdən   20m-dən   az   olmayan

məsafədə yerləşdirilməlidir.

1.5.67.  Traktor  -qaldırıcının  işlənmiş qazlar  borusu  səs

boğucu və   qığılcımsöndürücü ilə təchiz edilməli və yuxarıya

elə qaldırılmalıdır ki, işlənmiş qazlar kabinəyə daxil olmasın.

1.5.68.   Ekskavator   dağın   döşü   ilə   (yamacla)   hərəkət

edən   zaman   onun   aşmasının   qarşısını   almaq   üçün   hərəkət

marşrutu düzlənməlidir.

Qazmağa başlamazdan əvvəl ekskavator əvvəlcədən ha-

zırlanmış   hamar   meydançaya   qoyulmalı   və   onun   tırtılları

(çarxları) əyləclənməlidir.

24



1.5.69.   Iş   vaxtı,   çalov   (kovş)   qruntdan   çıxarılmayana

qədər platformanın döndərilməsi, həmçinin ilməklərin köməyi

ilə yanda yerləşmiş yükün dartılması qadağandır.

1.5.70. Əgər ekskavatorun idarəetmə banının arxa divarı

ilə xəndəyin yanı və ya tikili arasındakı məsafə qolun istənilən

vəziyyətində 1 m-dən az olarsa, ekskavatorda işlər dayandırıl-

malıdır.

1.5.71. Ekskavator işləyən zaman qazıntı aparılan tərəfdə

hər hansı başqa işlərin yerinə yetirilməsinə və ekskavatorun hə-

rəkət radiusu üstəgəl 5 m məsafədə adamların olmasına icazə

verilmir.

1.5.72.   Ekskavatorla   qrunt   yük   avtomaşınına   yüklənən

zaman qrunt sürücünün kabinəsinin üstündən deyil, yalnız yan

və arxa tərəfdən verilməlidir.

Ekskavator işləyən zaman adamların (sürücünün) yük av-

tomaşınının   kabinəsində,   yaxud   avtomaşınla   ekskavatorun

arasında olmaları qadağandır.

1.5.73.   Ekskavator   dayandırılan   zaman   qolu

ekskavatorun oxu boyunca yerləşdirilməli, çalovu (kovşu) isə

yerə endirilməlidir. Ekskavatorçu qruntla dolu çalov (kovşun)

yuxarı   qaldırılmış   vəziyyətdə   olduqda   ekskavatordan

düşməməlidir.

1.5.74. Tikinti meydançası hüdudları daxilində, ekskava-

torun   hərəkət   etdiyi   yol   əvvəlcədən   düzləndirilməli,   zəif

qruntlarda isə inventar sipərlərlə möhkəmləndirilməlidir.

1.5.75.   Birçalovlu   ekskavatorun   hərəkəti   zamanı   onun

qolunu   mütləq   hərəkət   istiqamətində   qoymalı,   çalovu   isə

yerdən 0,5-0,7 m qaldırmalı.

1.5.76. Ekskavatorun yüklənmiş çalovla hərəkət etməsi

qadağandır.

1.5.77.  Tırtıllı  ekskavatorun  körpülərin,  kəsişən yolların

üstündən salınan körpülərin və s. üzəri ilə hərəkət etməsinə

yalnız müvafiq təşkilatlardan icazə alındıqdan sonra yol verilir.

25



1.5.78. Ekskavatorun kiçik çayların dayaz yerlərində hə-

rəkət etdirilməsi məsul iş rəhbərinin hərəkət yolunu yoxlama-

sından sonra, onun icazəsi ilə yerinə yetirilməlidir.

1.5.79.   Ekskavator   işləyən   zaman   aşağıdakılara   əməl

edilməlidir:

-xəndəyin kənarında çalovlu qolun təhlükəli hərəkət zo-

nasında olmamalı;

-ekskavatorçunun siqnalını izləməli;

-ekskavator   qruntun   dağılma   (uçma)   prizması   hüdud-

larında işləyən zaman xəndəyin kənarına yaxınlaşmamalı.

1.5.80. Xəndəyin qazılması üzrə işlərin müvəqqəti dayan-

dırılması və ya ekskavatorun təmiri zamanı, çalov qaldırılmalı,

ekskavator isə xəndəyin qırağından 2 m-dən az olmayaraq,

dağılma prizması zonası hüdudlarından kənarda dayandırılma-

lıdır. Bu zaman ekskavator əyləclənməli, tırtılların (çarxların)

altına dayaq (altlıq) qoyulmalıdır.

1.5.81. Buldozeri dayandıran zaman, onun laydırını yerə

endirmədən buldozerçinin buldozeri tərk etməsi qadağandır.

1.5.82.   Xəndəyin   doldurulması   zamanı,   buldozerin

xəndəyə   sürüşüb   düşməsinin   qarşısını   almaq   üçün   laydırın

xəndəyin kənarı ilə hərəkətinə yol verilməməlidir.

1.5.83.   Buldozerin   sürüşməsinə   və   maşının   aşmasına

imkan   verməmək   üçün   onun   yağışlı   havada   gilli   qruntlarda

işləməsinə icazə verilmir.

26




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə