Азярбайъан республикасы


 Ərazilərə, obyektlərə, binalara (otaqlara)



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə12/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.7. Ərazilərə, obyektlərə, binalara (otaqlara) 

və iş yerlərinə olan tələblər

1.7.1. Müəssisənin ərazisi və orada qurğuların, binaların,

istehsalat   obyektlərinin   yerləşdirilməsi   [41]   –in   tələbləri

nəzərə   alınmaqla   işlənilmiş   layihəyə   uyğun   olmalıdır.

28



Müəssisənin   ərazisi,   ayrı-ayrı   istehsalat   obyektləri   baş   plan

üzrə planlaşdırılmalı, çəpərlənməli (nişanlanmalı), tikilməlidir.

1.7.2. Yeraltı kommunikasiyalar (kabel xətti, neft-qaz kə-

mərləri və s.) olan müəssisələrdə bu kommunikasiyaların müəs-

sisə rəhbərliyi tərəfindən təsdiq edilmiş faktiki yerləşmə sxemi

olmalıdır.   Kommunikasiyaların   faktiki   yerləşməsinin   layihədən

kənara çıxma halları olarsa, belə faktlar bu layihəni işləyən təşki-

latla   razılaşdırılmalıdır.   Yerlərdə   yeraltı   kommunikasiyalar   xətt

boyunca və döngələrdə göstəricilərlə (reperlərlə) işarələnməlidir.

1.7.3. Boru kəmərlərinin avtomobil yolları və keçidlərlə

kəsişdiyi yerlərdə təhlükə haqqında xəbərdaredici nişanlar qo-

yulmalıdır.   Belə   yerlərdə   boru   kəmərləri   müvafiq   örtüklə

(kojux) örtülməlidir.

1.7.4. Bina və otaqların yanğın-partlayış və yanğın təhlü-

kəliliyi   üzrə   kateqoriyası   bu   Qaydaların   5.8.7   bəndinin

tələblərinə   uyğun   olaraq   tikililərin   layihələndirilməsi

mərhələsində layihə təşkilatı tərəfindən müəyyən edilməlidir.

1.7.5.   Obyektlərdə   istehsalat   zərərliyi   inşaat

normalarında   müəyyən   olunmuş   həddən   yüksəkdirsə,   bu

zaman bu zərərliyin işçilərə təsirinin azaldılması üçün təşkilatı-

texniki tədbirlər həyata keçirilməlidir.

1.7.6.   Istehsalat   otaqları   müvafiq   SNiP,   SN   və   yanğın

təhlükəsizliyi qaydalarına cavab verməlidir.

1.7.7. Cihazlar, aparatlar, avadanlıqlar, kommunikasiya-

lar, boru kəmərləri və s. elə yerləşdirilməlidir ki, onlara baxış

keçirmək, xidmət etmək və onları təmir etmək mümkün olsun.

1.7.8. Istehsalat obyektləri (sexlər, sahələr, qurğular və s.)

qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada istisma-

ra verilməlidir. Istehsalat otaqlarının ölçüləri [75]-ə uyğun olma-

lıdır.


1.7.9. Iş yerlərində, habelə zərərli (və ya təhlükəli) isteh-

salat   amillərinin   insana   təsiri   mümkün   olan   yerlərdə

xəbərdaredici   nişanlar   və   yazılar   olmalıdır.   Iş   yerlərində

29



təhlükəsizlik   texnikası   təlimatları,   yanğın   təhlükəsizliyi

təlimatları, həmçinin avadanlıqların, aqreqatların və s. istismar

təlimatları olmalıdır.

1.7.10.   Iş   yerində   iş   prosesinə   və   texnologiyasına

aidiyyatı   olmayan   maşın   və   avadanlıqların   olmasına   icazə

verilmir.

Iş   yerləri,   yollar   və   keçidlər   mütəmadi   olaraq

təmizlənməli və kənar əşyalarla qalaqlanmamalıdır.

1.7.11. Bina və obyektlərin ehtiyat çıxışı olmalıdır. Bütün

giriş və çıxışlar, dəhlizlər işçilərin təcili təxliyə olunması üçün

təmiz və boş olmalıdır. Çıxış qapıları xaricə açılmalıdır və qapı-

ların astanası olmamalıdır.

1.7.12. Bina və obyektlərin ətraf ərazisi abad olmalı və mü-

vafiq sanitar və yanğın təhlükəsizliyi normalarına cavab verməli-

dir.

1.7.13. Obeyktlərdə olan su qüllələrinin, onlara gələn və



çıxan su kəmərlərinin və digər yerüstü su kəmərlərinin qışda

donmaması üçün istilik izolyasiyası olmalıdır.

1.7.14.   Binalarda,   qurğularda   hər   hansı   bir   əşyanın

düşmə ehtimalı varsa, həmin yerlərdə təhlükəsizlik sərhəddi

müəyyən edilməlidir. Elektrik cərəyanı ilə vurma (xəsarətalma)

təhlükəsi   olan   yerlərdə   də   təhlükəsizlik   sərhəddi   müəyyən

edilməlidir.

1.7.15. Daim təhlükəli olan istehsalat ərazilərinə kənar

şəxslərin daxil olmasının qarşısını almaq üçün həmin yerlər çə-

pərlənməlidir.

1.7.16. Maşın və mexanizmlərin hərəkət edən hissələri

üçün təhlükəsizlik zonasının sərhəddi,   əgər istehsalçı zavod

tərəfindən   həmin   avadanlıqların   pasportunda   və   ya

təlimatında   daha   sərt   tələblər   irəli   sürülməyibsə   5,0   metr

müəyyən edilir. 

30



1.7.17.   Istehsal   təyinatlı   iş   yerlərində   havanın

temperaturu, nisbi rütubəti və onun hərəkət sürətinin optimal

normaları [99]-a uyğun olmalıdır.  

1.7.18. Buxarların, qazların və tozların ayrılması mümkün

olan bağlı otaqlarda və həmçinin texnoloji proseslərin dəyişil-

məsi   hallarında   hava   mühitinə   daima   nəzarət   aparılmalıdır.

Hava  mühitinin  vəziyyəti   haqqında   məlumatlar   iş  yerlərində

qeyd edilməli və obyektin işinin əsas texnoloji göstəriciləri ilə

birgə dispetçer məntəqəsinə çatdırılmalıdır.

1.7.19. Binalarda və binalardan kənarda yerləşən iş yerləri,

texnoloji avadanlıqlar, yollar, keçidlər, dəhlizlər, pilləkənlər və s.

sutkanın qaranlıq vaxtı [47, 211]–ə uyğun olaraq işıqlandırılma-

lıdır.

1.7.20. Işçi işıqlandırılması ilə yanaşı obyektlərdə qəza



və   təxliyə   işıqlandırılması   da   olmalıdır.   Qəza   və   təxliyə

işıqlandırma çıraqları müstəqil mənbədən qidalandırılmalıdır. 

Stasionar   qəza   və   təxliyə   işıqlandırma   çıraqlarının

əvəzinə   partayış   mühafizəli   akkumulyatorlu   daşınma   (əl)

çıraqlardan istifadə etməyə icazə verilir.

1.7.21.   Ayrı-ayrı   mexanizmlər   arasındakı   məsafə   1   m-

dən,   işçi   keçidlərin   (proxod)   eni   isə   0,75   m-dən   az

olmamalıdır.  Səyyar və modul-bloklu  qurğular  və aqreqatlar

üçün işçi keçidin eni 0,5 m-dən az olmamalıdır.

1.7.22. Yanğın-partlayış təhlükəli istehsalat sahələrində

(neftin hazırlanması qurğuları, rezervuar parkları və s.) taxta

döşəmələrin tətbiqi qadağandır.

1.7.23. Aparatların, boru kəmərlərinin və s. isti səthləri

ilə   insanların   toxunma   (yanıqalma)   ehtimalı   olan   yerlərdə,

onların səthi izolyasiya edilməli və ya çəpərlənməlidir.

1.7.24. Boru kəmərlərinin və kommunikasiyaların avto-

mobil   və   keçid   yolları   ilə   kəsişdiyi   yerlərdə,   onlar   dayaqlar

üzərində 4,5 m yüksəklikdə quraşdırılmalıdır.

31



Bu sahələrdə boru kəmərlərində və kommunikasiyalarda

olan   izolyasiya   materiallarının   zədələnərək   düşməsinin

qarşısını   alan   talvarlar   və   ya   hər   hansı   başqa   bir   qurğu

quraşdırılmalıdır.

1.7.25.   Sanitar   və   yanğın   təhlükəsizliyi   qaydalarına

uyğun olaraq istehsalat obyektləri məişət və istehsalat zərurəti

üçün su ilə təmin olunmalıdır.

1.7.26. Binalarda və istehsalat obyektlərinin ərazilərində

siqaret çəkmək üçün xüsusi yerlər müəyyən edilməlidir.

1.7.27. Növbə ərzində istehsalat müəssisəsində işləyən

qadınların   sayı   15   nəfərdən   az   olmadıqda   onlar   xüsusi

gigiyena otağı ilə təmin olunmalıdırlar.

1.7.28. Müəssisənin balansında olan bütün maşınların, me-

xanizmlərin, avadanlıqların və qurğuların inventar nömrəsi və pas-

portu olmalı və onlar xüsusi jurnallarda qeydiyyata alınmalıdır.

1.7.29. Yeni tikilən (quraşdırılan), yenidən qurulan, istis-

mara verilən və əsaslı təmir olunmuş obyektlərin istismara ve-

rilməsi Dövlət nəzarət orqanlarının iştirakı ilə keçməli və bu

haqqda onlara əvvəlcədən rəsmi məlumat verilməlidir.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə