Азярбайъан республикасы


PARTLAYIŞ-YANĞIN TƏHLÜKƏLI OBYEKTLƏRDƏ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə231/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   227   228   229   230   231   232   233   234   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

PARTLAYIŞ-YANĞIN TƏHLÜKƏLI OBYEKTLƏRDƏ

QƏZALARIN LƏĞVI PLANININ  TƏRTIB OLUNMA

QAYDASI

1. Hər bir partlayış-yanğın təhlükəli obyekt və ya onun

partlayış-yanğın   təhlükəli   sahəsi,   sexi   və   s.   üçün   qəzaların

ləğvi planı (QLP) tərtib olunmalıdır.

513



2. QLP-da nəzərdə tutulmalıdır:

2.1. Insan həyatı  üçün təhlükəli  olan baş verə biləcək

qəzalar, onların baş verəcəyi yerlər və şəraiti;

2.2.   Qəza   ilə   üzləşən   adamların   xilas   edilməsi   üzrə

tədbirlər;

2.3. Qəzaların baş verdiyi ilkin mərhələdə onların ləğvi

üzrə   tədbirlər,   həmçinin   qəza   zamanı   işçi   heyətin

təxirəsalınmaz (ilkin) hərəkətləri;

2.4. Adamların xilas edilməsi və qəzaların ləğv edilməsi

üçün istifadə olunan vasitələrin yerləşdiyi yerlər;

2.5. Qazdan xilasetmə, yanğın və fontana qarşı dəstələr

arasında qarşılıqlı (birgə) hərəkət qaydaları.

3.   QLP   müəssisə   üzrə   əmrlə   təyin   edilmiş

mütəxəssislərdən   ibarət   komissiya   tərəfindən   işlənib

hazırlanmalıdır. QLP-na hər il yenidən baxılmalıdır. 

Texnologiyada,   iş   şəraitində,   təhlükəsizlik   qaydalarında

dəyişikliklər   aparıldıqda   QLP-na   3   gün   müddətinə   müvafiq

dəyişikliklər və əlavələr edilməlidir.

4. QLP 5 nüsxədən ibarət olmalı və aşağıda göstərilən

yoxlama   aktları   olduqda   müəssisənin   texniki   rəhbəri

tərəfindən təsdiqlənməlidir:

-texnoloji prosesin nəzarət sisteminin vəziyyəti haqqında;

-ventilyasiya qurğularının vəziyyəti haqqında;

-adamların xilas edilməsi üçün vasitələrin, qəzaların ilkin

mərhələsində   ləğvi   üçün   yanğına   qarşı   avadanlıqların   və

texniki   vasitələrin   mövcudluğu   və   saz   vəziyyətdə   olması

haqqında;

Əlavə 19-un davamı

-qəza siqnalizasiyasının, rabitənin və qəza işıqlandırılma-

sının yararlı vəziyyətdə olması haqqında.

5. QLP-nın tərkibinə daxildir:

514



5.1. Operativ hissədə – obyektdə baş verə biləcək bütün

mümkün qəzalar nəzərə alınmalı, qəzaların ləğvi və insanların

xilas   edilməsi   üzrə   tədbirlər,   həmçinin   tədbirlərin   yerinə

yetirilməsinə cavabdeh şəxslər və onların icraçıları, qəzaların

ləğvi   və   insanların   xilası   üçün   nəzərdə   tutulmuş   vasitələrin

yerləşdikləri   yerlər,   qazdan   xilasetmə,   yanğın   və   digər

bölmələrin hərəkət qaydaları müəyyən edilməlidir;

5.2.   Qəzaların   ləğvində   iştirak   edən   ayrı-ayrı   şəxslər

arasında vəzifə bölgüsünün aparılması;

5.3.   Qəza   barəsində   məlumatlandırılan   məsul   şəxslərin

və təşkilatların siyahısı;

5.4. Əsas kommunikasiyaların (texnoloji sxem) yerləşmə

sxemi;

5.5.   Qəza   şkaflarında   (otaqlarda)   miqdarı   və   əsas



xüsusiyyətləri göstərilməklə saxlanılan alətlərin, fərdi mühafizə

vasitələrinin, materialların siyahısı.

6. QLP-nın operativ hissəsində nəzərdə tutulmalıdır:

6.1.   Qəza   barəsində   xəbərdarlıq   üsulları   (sirena,   işıq

siqnalizasiyası, ucadan danışıq vasitəsi, telefon və s.), qəzanın

xarakterindən   asılı   olaraq   təhlükəli   yerlərdən   və   sahələrdən

adamların təxliyə yolları;

6.2.   Adamların   təxliyəsinə   və   nəzərdə   tutulmuş

tədbirlərin   həyata   keçirilməsinə   texniki   heyətdən   olan

cavabdeh şəxsin hərəkəti;

6.3.   Qəza   baş   verərkən   ventilyasiyanın   iş   rejimi,   o

cümlədən   qəza   ventilyasiyasının   (əgər   mövcuddursa)   işə

salınması;

6.4. Ardıcıl olaraq elektrik enerjisinin kəsilməsi, avadanlıq

və   apartların   dayandırılması,   zərərli   və   təhlükəli   maddələrin

daxil olduğu mənbələrin təcrid olunması (kəsilməsi);

515



Əlavə 19-un davamı

6.5.  Qazlaşmış və  təhlükəli  zonalara  buraxılışa  nəzarət

etmək   üçün   həmin   təhlükəli   yerlərin   girişinə   postların

qoyulması;

6.6.   Qəzaların   ilkin   mərhələdə   ləğvi   üsulları.   Qəzaların

(yanğınların) ləğvi üzrə texniki heyətin ilk növbədə hərəkəti,

qəzaların   genişlənməsinin   və   təsirinin   qarşısının   alınması.

Qəzaların ağır fəsadlarının qarşısının alınması üzrə tədbirlərin

həyata keçirilməsi. Qazdan xilasetmə və digər ixtisaslaşdırılmış

dəstələrin qarşılıqlı hərəkət qaydaları.

7.   Istehsalat   –texniki   heyətin   QLP   ilə   tanışlığı   imza

atmaqla müvafiq şəkildə sənədləşdirilir.

8.   QLP   (və   ya   onun   operativ   hissəsi)   obyekt   (sahə)

rəhbərinin  müəyyən  etdiyi  görünən  (nəzərə  çarpan)  yerdən

asılmalıdır.   QLP-nın   tam   nüsxələri   müəssisənin   texniki

rəhbərində,   dispetçerdə,   qazdan   xilasetmə   dəstəsində,

təhlükəsizlik texnikası şöbəsində və iş yerlərində olmalıdır.

9. QLP-nın vaxtında və düzgün tərtibinə və onun müəssi-

sənin   Bu   vəziyyətinə   uyğun   gəlməsinə   görə   məsuliyyəti

obyektin rəhbəri və müəssisənin texniki rəhbəri daşıyır.

516



Əlavə 20 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə