1.23. Dəniz hidrotexniki qurğuları
1.23.1. Bu Qaydalar qüvvəyə mindikdən sonra istismarda
olan obyektlər Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmış
müddətdə bu Qaydaların tələblərinə uyğunlaşdırılmalıdır.
1.23.2. Layihə təşkilatı ilə razılaşdırılmadan DNQT-dən öz
təyinatına uyğun olmayaraq istifadə etmək qadağandır.
1.23.3. Estakadada hərəkət edən nəqliyyatdan, eləcə də
EYM-də yığılmış yüklərdən yaranan yüklənmə, layihədə nəzər-
də tutulmuş yüklənmədən artıq olmamalıdır. Uzun müddət (20
ildən çox) istismarda olmuş DNQT-də buraxıla bilən yüklən-
məni təyin etmək üçün layihə təşkilatı tərəfindən qurğunun
vəziyyəti haqqında ekspertiza keçirilməlidir.
1.23.4. Estakadada daşınan yüklər estakadanın hərəkət
yolu sərhəddini keçməməlidir.
1.23.5. Estakada üzərində nəqliyyatın hərəkət sürətini
məhdudlaşdıran, eləcə də buraxıla bilən yüklənməni göstərən
yol nişanı qoyulmalıdır. Təcili yardım, qəza və
yanğınsöndürmə maşınlarının sürətinə məhdudiyyət qoyulmur
və bu avtomobillərin sürücüləri ehtiyat tədbirlərinə riayət
etməlidirlər.
1.23.6. Sutkanın qaranlıq vaxtında estakada (DNQT)
işıqlandırılmalıdır.
1.23.7. DNQT-nin metal konstruksiyalarına baxış vaxtı
aşkar olunmuş qüsurlar (baxış jurnalına yazılmaqla) tez bir za-
manda aradan qaldırılmalıdır. Baxış jurnalında qüsurun yeri və
görülən işin xarakteri, eləcə də iş icraçılarının və işi qəbul
edən məsul şəxsin soyadları və imzaları olmalıdır. Baxış jurnalı
NQÇI-nin istismar xidmətində saxlanılmalıdır. DNQT-nin minik
meydançası qəza vəziyyətində olarsa, gəmi kapitanları bu
haqda vaxtında xəbərdar edilməlidirlər.
1.23.8. DDÖ-də (ÜQQ) keçidlərin, göyərtələrin, işçi mey-
dançaların və s. tutulması qadağandır. Istifadə olunmayan
98
materiallar, tutumlar, boş qablar (tara) və s. sahilə
göndərilməlidir.
1.23.9. DNQT-nın inşa edilməsi və ÜQQ-nin şelfdə yerləş-
dirilməsi üçün yer, qurğunun və ya quyunun layihələndirilməsi
mərhələsində Xəzər Gəmiçilik Idarəsinin və
Xəzərdənizneftdonanma Idarəsinin Hidroqrafik xidmətləri ilə
razılaşdırılmalıdır.
1.23.10. Müəssisədə sualtı və suüstü kommunikasiyaların
miqyaslı sxemi olmalıdır. Sxemdən Xəzər Gəmiçilik Idarəsinin
və Xəzərdənizneftdonanma Idarəsinin Hidroqrafik
xidmətlərinin hər birinə 1 nüsxə göndərilməlidir.
1.23.11. Hidrotexniki qurğuların təhlükəsizliyinə dair
digər məsələlər
5
-in tələbləri ilə tənzimlənir.
Dostları ilə paylaş: |