Азярбайъан республикасы


D. 1.21. Yükləmə-boşaltma işləri və yüklərin nəqli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə42/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   38   39   40   41   42   43   44   45   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

D. 1.21. Yükləmə-boşaltma işləri və yüklərin nəqli

94



1.21.1.   Yükləmə-boşaltma   işlərinə   və   yüklərin   nəqlinə

dəniz şəraitində bu işlərin üsul və qaydalarını mükəmməl bilən

şəxslər buraxılır.

1.21.2.   Metal   konstruksiyaların   (bloklar,   iri   seksiyalar,

fermalar və s.) gəmilərə yüklənməsi və onlardan boşaldılması

müvafiq   yükqaldırma   qabiliyyətinə   malik   kranlar   vasitəsilə

yerinə yetirilməlidir. Bu zaman həm gəmi, həm də DNQT-nin

(DDÖ, ÜQQ) yükqaldırıcı kranlarından istifadə oluna bilər.

1.21.3. Iri ölçülü avadanlıqların (borular, qazma avadan-

lığı, fontan armaturası və s.) kirjimlərə, kran gəmilərinə, DDÖ-

yə   (ÜQQ)   və   estakadayanı   meydançalara   yüklənib-

boşaldılmasına   küləyin   gücü   4   baldan   (7   m/san),   dənizin

dalğalanması isə 2 baldan çox olduqda icazə verilmir.

1.21.4. DNQT-də (DDÖ, ÜQQ) yüklərin yüklənib-boşaldıl-

ması ilə bağlı bütün ağır əmək tələb edən işlər mexanikləşdiril-

məlidir.


1.21.5. Hər bir qazma və istismar quyusunun özülündə

(əsasında)   müvafiq   yükgötürmə   qabiliyyətinə   malik   dönən

qaldırıcı kran olmalıdır.

1.21.6. Bütün qaldırıcı qurğuların (kran, bucurqad, tal və

s.) pasportu olmalıdır. Bu qurğuların yükgötürmə həddi göstə-

rilmiş lövhələri olmalı və onlar qurğunun gözəçarpan yerində

quraşdırılmalıdır.

1.21.7.   Dəniz   qurğularının   metal   konstruksiyaları   dənizin

dalğalanması zamanı yüklərin yerdəyişməsini istisna edən, gö-

yərtə boyu metal  konstruksiyaları  yığmaq  və bərkitmək üçün

müvafiq   vasitələri   olan   xüsusi   təchiz   olunmuş   gəmilərlə   nəql

olunmalıdır.

1.21.8.   Sementləyici   və   digər   hərəkət   edən   aqreqatlar

gəmi ilə nəql edildikdə təkərlərinin altına təsbitləyici altlıqlar

(başmak) qoyulmaqla kəndirlə etibarlı bərkidilməlidir.

1.21.9. Səpələnən yüklərin gəmilərlə nəqli və gəmilərdən

DNQT-yə  (DDÖ, ÜQQ, estakadayanı meydança) boşaldılması,

95



boşaltma zamanı təhlükəsizliyi təmin edən xüsusi vasitələrlə

təchiz olunmuş konteynerlərdə yerinə yetirilməlidir.

Kran gəmisinin kabinəsi DNQT-nin yük boşaldılan mey-

dançasından   aşağıda   yerləşdikdə,   konteynerləri   boşaldarkən

həmin meydançada, krançıya siqnal vermək üçün işçi (fəhlə)

olmalıdır. Həmin işçi təhlükəsiz yerdə dayanmalı, krançını və

konteynerin (yükün) boşaldılmasını görməlidir.

1.21.10.   Təhlükəli   yüklər   (yanan   və   partlayış   təhlükəli

maddələr, zəhərli və aşındırıcı maddələr və s.) saz və germetik

bağlı   tutumlarda   (qablarda)   daşınmalı   və   yüklənib-

boşaldılmalıdır.

Belə təhlükəli  yüklər bu məqsədlər  üçün xüsusi olaraq

təchiz olunmuş gəmilərlə daşınmalıdır.

1.21.11. Estakadada daşınan yüklər,  estakadanın keçid

ölçülərindən (avtomobilin enindən) kənara çıxmamalıdır.

1.21.12. Yuyucu məhlul DNQT-yə bağlı çənlərdə və ya

məhlulötürücü borularla nəql edilməlidir.

1.21.13. Estakadada yükdaşıyan avtomobillə işçiləri daşı-

yan avtomobil qarşılaşdıqda, yol (keçid) işçiləri daşıyan avto-

mobilə verilməlidir.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə