1.18. Qadınların və həddi-buluğa çatmayanların
əməyinin mühafizəsi
1.18.1. Əmək şəraiti ağır və zərərli olan iş yerlərində, ha-
belə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın
və həddi-buluğa çatmayanların (16-18 yaş) əməyinin tətbiqi
qadağandır.
1.18.2. Qadınların və həddi-buluğa çatmayanların Əmək
Məcəlləsində müəyyən edilmiş normalardan artıq əşyaların
qaldırılması, boşaldılması və bir yerdən başqa yerə daşınması
işlərinə cəlb olunması qadağandır (bax 1.14.2.1).
1.18.3. Hamilə və üç yaşınadək uşağı olan qadınların və
həmçinin 18 yaşına çatmamış işçilərin gecə vaxtı görülən
işlərə cəlb olunması qadağandır.
1.18.4. Səhhətinə və fizioloji vəziyyətinə (əlillik,
hamiləlik), habelə xroniki xəstəliyinə görə qadının və ya onun
ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək
funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb
edərsə və həmçinin on dörd (14) yaşına çatmamış və yaxud
on altı (16) yaşınadək əlil uşağı olan qadınlara (ərizələri
əsasında) işəgötürən natamam iş vaxtı müəyyən etməlidir.
1.18.5. Qadın əməyinin [212] uyğun olaraq əmək şəraiti
zərərli və ağır olan istehsalatlarda tətbiqi qadağandır.
1.18.6. Qadınların və həddi-buluğa çatmayanların əməyi-
nin mühafizəsinə dair digər məsələlər Əmək Məcəlləsinin
müvafiq bölməsində əks olunmuşdur.
Dostları ilə paylaş: |