Азярбайъан республикасы


  Işçilərin daşınması və təxliyəsi



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə36/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   32   33   34   35   36   37   38   39   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.15.  Işçilərin daşınması və təxliyəsi

Işçilərin daşınması

1.15.1. Işçilərin daşınması avtobuslarla həyata keçirilmə-

lidir. Bu məqsəd üçün yük avtomobillərindən istifadə etdikdə

onlar (banı) tentlə, işçilərin  avtomobilin banına (kuzov) rahat

və təhlükəsiz minib-düşməsini təmin edən etibarlı bərkidilmiş

83



nərdivanla,   oturacaq   yerləri   ilə,   banının   içərisi   isə

işıqlandırılma ilə təchiz olunmalıdır.

1.15.2.   Işçilərin   daşınması   «Yol   hərəkəti   qaydaları»na

uyğun yerinə yetirilməlidir.

1.15.3. Nəqliyyat vasitələrinin sürücüsü azı üç il fasiləsiz

iş stajına malik olmalıdır.

1.15.4.   Avtomobilin   hərəkəti   zamanı   banda   ayaqüstə

dayanmaq və ya bortun üstündə oturmaq qadağandır.

1.15.5.   Avtomobilin   hərəkəti   zamanı   avtomobilə   atılıb

minmək və ya ondan düşmək qadağandır.

1.15.6.   Işçilərin   daşınması   üçün   nəzərdə   tutulmuş

nəqliyyat vasitələri daim saz vəziyyətdə olmalı və hər gün işə

başlamazdan əvvəl texniki baxışdan keçməlidir.

1.15.7. Işçilər avtomobilin banında daşındıqda onlardan

bir nəfər rəhbər seçilməli və onun göstərişlərinə qeyd-şərtsiz

əməl olunmalıdır.

 1.15.8. Işçilərin daşınması üçün nəzərdə tutulmuş və ya

bu məqsəd üçün təchiz olunmuş yük avtomobillərinin banında

rahat   çıxarılan,   həcmi   iki   litrdən   az   olmayan   iki   ədəd

yanğınsöndürmə balonu olmalıdır.

1.15.9. Daşınan işçilərin sayı avtobusda (yük avtomobi-

lində) olan oturacaqların sayından çox olmamalıdır.

1.15.10. Işçiləri daşıyan yük avtomobilləri işçilərə ilk tibbi

yardım göstərmək üçün dərman və sarğı materialları olan dər-

man qutusu ilə təchiz olunmalıdır.

1.15.11.   Dayanmış   avtobusun   qapısının   açılması   digər

nəqliyyat   vasitələrinə   təhlükə   yaradırsa   və   ya   onların

hərəkətinə   maneçilik   törədirsə,   onda   adamların   düşüb-

minməsinə icazə verilmir.

1.15.12. Işçiləri daşıyan yük avtomobilinin arxa bortu bo-

yunca oturacaqların quraşdırılması qadağandır.

84



1.15.13.   Işçiləri   daşıyan   avtomobilin   banı   daşınan

işçilərlə sürücü arasında əlaqə yaradan səs siqnalı ilə təchiz

olunmalıdır.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə