qərarına uyğun həyata keçirilməlidir.
şəraitinin dəyişməsindən asılı olaraq müəyyənləşdirilir.
1.17.6. Iş yerlərinin attestasiyası zamanı hər bir iş yeri
üzrə işçilərin müvafiq normalara uyğun fərdi mühafizə
vasitələri ilə təmin edilməsi və onların səmərəliliyi də müəyyən
edilməlidir.
1.17.7. Müəssisənin attestasiya komissiyasının işinin nə-
ticələri əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu ilə
rəsmiləşdirilir.
1.17.8. Iş yerlərinin attestasiyasının nəticələri əsasında
müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırıl-
ması üzrə tədbirlər planı işlənib hazırlanmalıdır. Plan bütün iş
yerlərinin əməyin mühafizəsi üzrə tələblərə
uyğunlaşdırılmasını nəzərdə tutmalıdır.
1.17.9. Plan attestasiya komissiyasının sədri tərəfindən
imzalanır və əmək mühafizəsi üzrə ümumi komitə ilə
(komissiya ilə), müəssisənin Həmkarlar Ittifaqı Komitəsi və
Rayon Gigiyena və Epidemiologiya mərkəzi ilə
razılaşdırıldıqdan sonra müəssisənin rəhbərliyi tərəfindən
təsdiqlənərək kollektiv müqaviləyə daxil edilir.
1.17.10. Istehsalat obyektlərinin təkcə iş yerlərindən
ibarət olmadığını (ərazilər, infrastruktura və s.) və iş yerlərinin
attestasiyası zamanı yalnız iş yerlərinin əmək şəraitinin
yoxlanıldığını nəzərə alaraq, müəssisələrdə obyektlərin
sanitar-texniki pasportlaşdırılması da aparılmalıdır.
1.17.11. Hər bir obyektin, sanitar-texniki pasportlaşdırıl-
masının nəticələrinə əsasən tərtib olunmuş «Sanitar-texniki
pasport»u olmalıdır.
1.17.12. Obyektin sanitar-texniki pasportlaşdırılması beş
ildə bir dəfədən az olmayaraq aparılmalıdır.
1.17.13. Sanitar-texniki pasportlaşdırılmanın aparılması
zamanı əməyin təhlükəsizliyi standartlar sistemi, müvafiq
sanitar normaları və digər aidiyyatlı normativ sənədlər rəhbər
tutulmalıdır.
90