Азярбайъан республикасы


 Aqressiv maddələrin (turşu, qələvi, kalsium-



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə34/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.14.7. Aqressiv maddələrin (turşu, qələvi, kalsium-

karbid 

və s.) yüklənməsi, boşaldılması və nəqli

80



1.14.7.1. Aqressiv maddələrin – turşu, qələvi, kalsium-

karbid   və   s.   (bundan   sonra   aqressiv   maddələr)   boşaldılan

yerdən   anbara   və   anbardan   yüklənmə   yerinə   nəqli   xüsusi

düzəldilmiş   xərəyin,   əl   arabasının   vasitəsilə   yerinə

yetirilməlidir.

1.14.7.2. Içərisində aqressiv maddələr olan şüşə qablar

toxunma səbətlərin  və taxta yeşiklərin  içində  olmalıdır.  Əks

təqdirdə onları bir yerdən başqa yerə daşımaq qadağandır.

1.14.7.3. Böyük şüşə butulkanı boğazından tutub qaldır-

maq   və   kürəyə   alıb   bir   yerdən   başqa   yerə   aparmaq

qadağandır.

1.14.7.4.   Butulkanın   tıxacının   sazlığına,   möhkəmliyinə,

yaxşı   bağlanmasına,   yeşiyə   və   ya   səbətə   düz   qoyulmasına

xüsusi fikir vermək lazımdır.

1.14.7.5. Içərisində şüşə butulka olan yeşik və ya səbəti

götürməzdən əvvəl, əl tutan yerlərinin sazlığına əmin olmaq

lazımdır.

1.14.7.6.   Yeşik   və   ya   səbəti   iki   nəfər   yükləyib-

boşaltmalıdır (aparmalıdır).

1.14.7.7. Boş butulkaların nəqli, boşaldılması və yüklən-

məsi zamanı onların boğazı yuxarı vəziyyətdə olmalıdır. 

1.14.7.8.   Aqressiv   maddələrin   boşaldılması   və

yüklənməsi   zamanı   rezin   önlük,   əlcək   və   boğazlı   qaloşdan

istifadə etmək lazımdır.

1.14.7.9. Əgər işçininin bədəninin hər hansı bir yerinə

turşu və ya qələvi düşərsə, güclü su axını ilə yuyub sonra isə

həkim məntəqəsinə müraciət etmək lazımdır.

1.14.7.10. Aqressiv maddələr avtomobilin banına (kuzo-

vuna) aşağıdakı qayda ilə yığılmalıdır:

-yük avtomobilin banına (kuzova) etibarlı bərkidilməlidir; 

-şüşə   qabda   olan   yüklər   bir-birinin   üstünə   və   ya

yanbayan müvafiq altlıqsız (araqatsız) qoyulmamalıdır;

81



-maye   ilə   dolu   şüşə   qablar   dik,   boğazı   yuxarı

qoyulmalıdır (yığılmalıdır).

1.14.7.11.   Aqressiv   maddə   daşınan   avtomobilin

kuzovunda işçilərin olması qadağandır.

1.14.7.12. Aqressiv maddələr olan qabların mexaniki qal-

dırıcı ilə yüklənməsi və boşaldılması qadağandır.

1.14.7.13.   Kalsium-karbid   olan   barabanın   yüklənməsi,

boşaldılması və nəqli zamanı taranın zədələnməməsinə, bara-

bana suyun düşməməsinə xüsusi fikir vermək lazımdır.

1.14.7.14.   Kalsium-karbid   olan   barabanın   nəm   yerdə

saxlanılması qadağandır.

1.14.7.15. Kalsium-karbid germetik metal barabanlarda,

döşəmədən 0,3 m hündürdə olan rəflərdə saxlanılmalıdır.

1.14.7.16.   Kalsium-karbid   saxlanılan   taranın   üstündə

«Karbid» sözü yazılmalıdır.

1.14.7.17. Xlorlu əhəng çəlləklərini yükləyərkən, boşal-

darkən və daşıyarkən kalsium-karbid üçün nəzərdə tutulduğu

kimi   ehtiyat   tədbirləri   yerinə   yetirilməlidir.   Yadda   saxlamaq

lazımdır   ki,   çəlləyin   kipliyi   pozulduqda   xlorlu   əhəngin

parçalanması ilə zəhərli xlor ayrıla bilər.

82




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə