Азярбайъан республикасы


 Uzunölçülü yüklərin yüklənməsi, boşaldılması



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə31/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   27   28   29   30   31   32   33   34   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.14.4. Uzunölçülü yüklərin yüklənməsi, boşaldılması

və nəqli

1.14.4.1.   Ağır   çəkili   və   uzunölçülü   yüklərlə   işləyərkən

ancaq yükqaldırıcı mexanizmlərdən istifadə etmək lazımdır.

1.14.4.2. Uzunölçülü yüklərin yüklənməsi və boşaldılması

ilə məşğul olan fəhlələr işin gedişi vaxtı krançı və siqnalçı ilə

vizual   mübadilə   aparmaq   üçün   bütün   şərti   işarələri

bilməlidirlər.

1.14.4.3. Ağır və uzunölçülü yüklərin qaldırılmasında və

yerdəyişdirilməsində inventar vasitələrindən və alətlərdən isti-

71



fadə   edilməlidir.   Bu   işlər   üçün   boru   kəsiyindən,   metal

parçasından, taxta və əşyalardan istifadə etmək qadağandır.

1.14.4.4. Borunu əl ilə daşıdıqda xüsusi tutucu kəlbətin-

lərdən istifadə edilməlidir. Boruların lingin, bel dəstəyinin və s.

üstündə daşınması qadağandır.

1.14.4.5. Fasilələr vaxtı boruların asılmış halda saxlanıl-

ması qadağandır.

1.14.4.6.   Boruların   qaldırılması   və   daşınması   bir   qrup

fəhlənin iştirakı ilə yerinə yetirilirsə, ağırlıq hər adam hesabına

40kq-dan artıq olmamalıdır. Bu zaman xüsusi kəlbətindən isti-

fadə edilməlidir.

1.14.4.7. Uzunluğu 4 m-dən çox olan boru dəstələri, bo-

rular və polad boruların seksiyaları, döndərici dairə ilə təchiz

olunmuş biroxlu yedəkli avtomobillərdə daşınmalıdır. Borular

kuzovun   döşəməsinə   və   avtoqoşqunun   döndərici   dairəsinə

bərkidilmiş xüsusi tirlərin üstünə düzülməlidir.

1.14.4.8.   Borudaşıyıcıların   hərəkəti   zamanı   yüklənən

boru seksiyalarının dağılıb tökülməsinin qarşısını almaq üçün

seksiyalar taxta travers və dayaqlar vasitəsilə bərkidilməlidir.

1.14.4.9.   Uzunölçülü   yüklərin   yığılması   və   səhmana

salınması elə edilməlidir ki, keçidlər və yollar tutulmasın.

Onları aşağı endirib yerə qoyduqda trosun, zəncirin, ka-

natın sıxılmaması üçün onların altına araqat qoyulmalıdır.

1.14.4.10. Yük asılı vəziyyətdə olanda nasazlığı aradan

qaldırmaq   və   ilməyin   vəziyyətini   dəyişmək   qadağandır.

Nasazlıq  aşkar edilən kimi yük aşağı endirilməli  və nasazlıq

yerdə aradan qaldırılmalıdır.

1.14.4.11. Boruların yüklənməsi, boşaldılması, daşınması

və sıra ilə düzülməsi, bu işlərin təhlükəsiz yerinə yetirilməsi

üçün mühəndis-texniki heyətdən xüsusi olaraq ayrılmış şəxsin

nəzarəti altında aparılmalıdır.

1.14.4.12. Müxtəlif diametrli və ölçülü boruların və uzun-

ölçülü yüklərin yüklənməsi, boşaldılması və yerdəyişdirilməsi

72



işlərinin   aparıldığı   yerlərdə   kənar   adamların   olması

qadağandır.

1.14.4.13. Uzunölçülü yükləri daşıyan avtomobilin kuzo-

vunun bortları olmamalıdır. Lakin, kuzov yükləri düşməkdən

qoruyan   qaldırıcı   və   qatlanan   dayaqlarla   təchiz   olunmalıdır.

Kuzovun   və   qoşqunun   dayaqları   yuxarıdan   zəncir   və   ya

burazla mütləq bağlanmalıdır.

1.14.4.14.   Avtomobilə   boruların   yüklənməsi

(boşaldılması)   işlərinə,   avtomobil   tam   dayandıqdan   və

sürücünün işarəsindən sonra başlanılmalıdır.

1.14.4.15. Boruların ilməklənməsi üçün burazın uzunluğu

qaldırıcı mexanizmin qarmağı ilə yükün mümkün qədər aralı

olmasını təmin etməlidir.

1.14.4.16.   Uzunölçülü   yüklər   qaldırılan   və   ya   endirilən

zaman ona  əl ilə istiqamət vermək olmaz. 

1.14.4.17. Uzunölçülü yükün bir ilməklə qaldırılması qa-

dağandır.

1.14.4.18. Yükləri ikibuynuzlu qarmaqdan asarkən buraz

və zəncir  elə bağlanmalıdır  ki, qarmağın hər iki buynuzuna

eyni ağırlıq düşsün.

1.14.4.19.   Qalaq   açılmazdan   əvvəl,   qalaqda   uzunölçülü

yüklərin   dayanıqlığı   və   dayaqlara   etibarlı   dirənməsi   yox-

lanılmalıdır.

1.14.4.20. Uzunluğuna görə nəqliyyat vasitələrinin qaba-

ritindən   2   m   və   daha   artıq   çıxan   yüklər   qoşqulu

avtomobillərdə daşınmalıdır.

Uzunölçülü yüklərin (rels, boru, tir, şalban) daşınması bir

qayda   olaraq   mexanikləşdirilməlidir.   Əl   ilə   boşaltmada

möhkəm   tirlər   tətbiq   olunmalıdır.   Bu   iş   ən   azı   2   nəfər

yükvuran fəhlə tərəfindən yerinə yetirilməlidir.

1.14.4.21. Eyni vaxtda müxtəlif uzunluqlu yüklər daşınar-

sa, nisbətən gödək olan yüklər üstdən yığılmalıdır.

73



1.14.4.22. Mexanikləşdirilmiş borudaşıyan maşınların di-

yirlədiciləri eyni uzunluqda və qalınlıqda olmalıdır və onlar bo-

rudaşıyan maşına etibarlı  bərkidilmək  üçün  qurğu  ilə  təchiz

olunmalıdır.   Yükləmə-boşaltma   zamanı   diyirlədicilərin   maillik

bucağı 30

0

  –dən artıq olmamalıdır. Boşaltma zamanı boruları



(uzunölçülü yükləri) atmaq qadağandır.

Mexanikləşdirilmiş   borudaşıyan   maşınlarda   işləyərkən

[216] –nın tələblərinə əməl olunmalıdır. 

1.14.4.23.   Borudaşıyan   qoşqulara   uzunölçülü   yüklər

(boru, rels, şalban və s.) yüklənərkən avtomobilin kabinəsinin

arxa hissəsi ilə yük arasında müəyyən məsafə saxlanılmalıdır

ki, yedəkçi avtomobilə görə qoşqu sərbəst olaraq hər tərəfə

(90


0

 bucaq altında) dönə bilsin.

1.14.4.24. Yüklər avtomobilə qaldırıcı mexanizm ilə yük-

lənən   zaman,   sürücü   və   yükləyicilər   kabinədə,   banda

(kuzovda) və ya avtomobilin pilləsində olmamalıdır.

1.14.4.25. Müvafiq tutucu və saxlayıcı mexanizm olma-

dıqda, maili yerlərdə yükün yerdəyişdirilməsi qadağandır.

1.14.4.26. Yükün yuxarı və aşağı hərəkəti (yükləmə-bo-

şaltma) zamanı onun altında (önündə) durmaq qadağandır.

1.14.4.27.   Yükün   hərəkəti   (yüklənib-boşaldılması)

zamanı vərdənələrin kənara çıxan ucları arasında durmaq və

onların üstündən keçmək qadağandır.

1.14.4.28. Aşağıdakılar qadağandır:

-ucları avtomobilin yan tərəf qabaritindən çıxan yükləri

daşımaq;

-sürücünün kabinəsinin qapısının qabağını yüklə kəsmək;

-uzunölçülü yükləri dirəklərdən yuxarı yükləmək.

1.14.4.28. Tormozlama və maili hərəkət zamanı yüklərin

yerdəyişməsinin qarşısını almaq üçün yüklər etibarlı bərkidilmə-

lidir.


1.14.4.29. Yükləmə-boşaltma zamanı diyircəklərdən (na-

kat) istifadə edilərkən aşağıdakı tələblərə əməl olunmalıdır:

74



-diyircəklər metaldan hazırlanmalı, yükün çəkisinə uyğun

olmalı və nəqliyyat vasitələrinə və ya qəfəsələrə bərkidilmək

üçün   tərtibata   (quruluşa)   malik   olmalıdır;   hər   bir   diyircəyin

çəkisi iki adama düşən yükdən artıq olmamalıdır;

-quraşdırılmış diyircəklərin meyl bucağı 30

0

-dən artıq ol-



mamalıdır;

-diyircəklər arasındakı məsafə elə olmalıdır ki, boru və ya

tirin   (şalbanın)   ucları   diyircəkdən   kənara   1,5   m-dən   çox

çıxmasın;

-diyircəkdə yükün geriyə yuvarlanmasının qarşısını alan

quruluş nəzərdə tutulmalıdır;

-hər dəfə istifadə olunmazdan əvvəl diyircəklərin sazlığı

və davamlılığı işin rəhbəri tərəfindən yoxlanılmalıdır;

-fəhlələr diyircəklər arasında dayanmamalıdırlar.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə