Азярбайъан республикасы


 Yükləmə-boşaltma işləri və yüklərin nəqli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə28/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   24   25   26   27   28   29   30   31   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.14. Yükləmə-boşaltma işləri və yüklərin nəqli

1.14.1. Ümumi tələblər

1.14.1.1. Yükləmə-boşaltma işləri və yüklərin nəqli [215]

uyğun yerinə yetirilməlidir.

64



1.14.1.2. Yükləmə-boşaltma işləri müəssisənin rəhbərliyi

tərəfindən   əmrlə   təyin   edilmiş,   bu   işlərin   təhlükəsizliyinə

cavabdeh şəxsin rəhbərliyi altında yerinə yetirilməlidir.

1.14.1.3. Yükün ağırlığı 50 kq-dan çox olan hallarda yük-

ləmə-boşaltma işləri bir qayda olaraq kranların, yükləyici və

kiçik mexanizasiya vasitələrinin köməyi ilə yerinə yetirilməlidir.

1.14.1.4.   Yüklərin   yüklənib-boşaldılması   zamanı

avtomobil sürücülərini yükləyici kimi işlətmək qadağandır.

1.14.1.5. Qaldırıcı kranın tətbiqi ilə yükləmə-boşaltma iş-

lərinə rəhbərlik edən şəxs elə yerdə olmalıdır ki, krançının onu

yaxşı görməsi təmin olunsun.

1.14.1.6. Iki və daha çox ilməkçi tərəfindən aparılan yük-

ləmə-boşaltma işlərində krançı yalnız təyin olunmuş (baş) il-

məkçinin işarəsindən sonra yükü qaldırıb-endirə və ya yerini

dəyişdirə bilər.

1.14.1.7.   Mexanizm   və   ya   qurğu   ilə   qaldırılmış   yük

altında   və   onun   hərəkəti   istiqamətində   adamların   olması

qadağandır.

1.14.1.8.   Mexanikləşdirilmiş   qurğular   işlədilən   yerlərdə

kənar şəxslərin olması qadağandır.

1.14.1.9. Nasaz mexanizm və qurğulardan istifadə etmək

qadağandır.

1.14.1.10. Yükün yuxarıdan yalnız sıra ilə və yaxud topa

ilə yığılmasına icazə verilir.

1.14.1.11. Yükləmə-boşaltma, ağır yüklərin daşınması və

onların nəql edilməsi işlərini yerinə yetirən fəhlə bədbəxt hadi-

sələr zamanı ilk tibbi yardım göstərilməsi qaydalarını və üsul-

larını mükəmməl bilməli və onları tətbiq etməyi bacarmalıdır.

1.14.1.12.   Yük   daşıyan   bütün   nəqliyyat   vasitələrinin

tüstü boruları qığılcım söndürənlə təchiz olunmalıdır.

1.14.1.13. Yükləmə-boşaltma işləri adətən gündüz vaxtı

aparılmalıdır.   Sutkanın   qaranlıq   vaxtı   (gecə)   yükləmə-

boşaltma   işləri   yerinə   yetirilərsə,   iş   yeri   lazımınca

65



işıqlandırılmalı və bu işlər cavabdeh şəxsin rəhbərliyi altında

aparılmalıdır.

1.14.1.14. Yükləmə-boşaltma meydançaları hamar olmalı

və onların mailliyi 5

0

–dən çox olmamalıdır.



1.14.1.15.   Yükləmə-boşaltma   işləri   ilə   məşğul   olan

işçilərin təhlükəsiz hərəkət etmələri və həmçinin, nəqliyyat və

xüsusi texnikinin sərbəst manevr etməsi və yerləşməsi üçün

meydança müvafiq ölçülərə malik olmalı, döşəməsi isə yerinə

yetirilən işlərin tələblərinə uyğun olmalıdır.

1.14.1.16. Meydança qış vaxtı buzdan, qardan təmizlən-

məli, lazım gələrsə, qum,kül, şlak tökülməlidir.

1.14.1.17.   Yükləmə-boşaltma   meydançalarının   göstərici

işarələrlə təchiz olunmuş giriş, çıxış və dönmək üçün yolları ol-

malıdır.


1.14.1.18.   Eyni   vaxtda   bir   neçə   nəqliyyat   vasitəsi

yüklənib-boşaldılarsa, onların arasındakı məsafə 1 m-dən az

olmamalıdır.

1.14.1.19. Yüklərin nizamsız vəziyyətdə və divara (tikiliyə

və   ya   hər   hansı   bir   qurğuya   və   s.)   söykənmiş   halda

saxlanması (yığılması) qadağandır.

1.14.1.20. Banın (kuzovun) bortlarının hündürlüyündən

artıq çıxan ədədlə daşınan yüklər saz kəndirlə etibarlı bərkidil-

məlidir.  Bu məqsəd üçün metal kanat və məftildən istifadə

etmək qadağandır.

1.14.1.21. Anbarlarda saxlanılan yükləri nəqliyyat vasitə-

sinə   rahat   və   təhlükəsiz   yükləmək   və   ya   boşaltmaq   üçün,

anbarların   qarşısındakı   platformalar   (estakadalar)   nəqliyyat

vasitəsinin banının (kuzov) döşəməsi səviyyəsində olmalıdır.

1.14.1.22. Yüklər avtomobilin kuzovuna aşağıdakı tələb-

lərə riayət edilməklə yığılmalıdır:

-qarışıq yüklər avtomobilin bortları hündürlüyünü aşma-

maqla   kuzovun   bütün   sahəsi   üzrə   bərabər   paylanmaqla

yerləşdirilməlidir;

66



-bortun hündürlüyünü aşan tək-tək yüklər etibarlı bərki-

dilməlidir;

-yığılmış   (yüklənmiş)   yüklərin   hündürlüyü   yol   boyu

qarşıya   çıxan   körpülərin,   tunellərin   və   darvazaların   keçid

hissələrinin qabarit ölçülərini aşmamalıdır.

1.14.1.23. Qabarit ölçülü olmayan yüklərlə, borularla, tir-

lərlə   (şablon),   torşəkilli,   zəhərli   və   yanar   materiallarla

yüklənmiş avtomobilin kuzovunda və qoşqu meydançalarında,

həmçinin   yük   daşıyan   ikitəkərli   arabada   adamların   olması

qadağandır.

1.14.1.24. Zirzəmi və yarımzirzəmi olan yerlərdə hündür-

lüyü   1,5   m-dən   çox   olan   pilləkəndən   yükləri   boşaltmaq

(yükləmək) üçün trap, lyuk, yükü qaldırıb-endirmək üçün isə

qaldırıcı mexanizm olmalıdır.

1.14.1.25. EVX altında yükləmə-boşaltma işlərini görmək

və   ya   hər   hansı   bir   yükü   orada   anbarlaşdırmaq   (hətta

müvəqqəti olsa belə) qadağandır.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə