Азярбайъан республикасы


 Yüklərin əllə yüklənməsi və boşaldılması



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə29/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   25   26   27   28   29   30   31   32   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.14.2. Yüklərin əllə yüklənməsi və boşaldılması, 

ağır yüklərin əl arabası ilə daşınması

1.14.2.1.   Əllə   yüklərin   yüklənib-boşaldılmasında   və

daşınmasında   (qısa   məsafəyə)   hər   bir   fəhləyə   düşən   yük

norması aşağıda göstərilən həddən çox olmamalıdır:

-kişilər üçün – 50 kq;

-qadınlar üçün – 15 kq;

-həddi-buluğa   çatmayan   (yaşı   16-dan   18-ə   qədər)

oğlanlar üçün – 15 kq;

-həddi-buluğa çatmayan qızlar üçün – 10 kq.

1.14.2.2. Qadınlar və həddi – buluğa çatmayanlara yalnız

aşağıdakı yüklərin yüklənib—boşaldılmasına icazə verilir:

-səpələnən yüklərin;

67



-yüngül   çəkili   yüklərin   –   (1.14.2.1   uyğun   olaraq),   boş

qabların;

-taxta materiallarının (nazik taxta və tirlər).

1.14.2.3. Əl ilə yüklərin daşınmasına yalnız məsafəsi 60

m-dən,   yüksəkliyə   qaldırmaq   üçün   isə   yük   qaldırılan

meydança   pilləkənlə   təchiz   olunduqda   və   meydançanın

hündürlüyü 3 m-dən çox olmadıqda icazə verilir.

1.14.2.4. Yük daşınan pilləkənlərin və trapların eni 1 m-

dən   az   olmamalı   və   onların   hər   iki   tərəfdən   məhəccəri

olmalıdır.

1.14.2.5.   Iş   bir   neçə   fəhlənin   köməyi   ilə   yerinə

yetirilərsə,   işin   təhlükəsiz   aparılmasının   qanun   –qaydasını

bilən təcrübəli şəxsdən briqadir seçilməlidir.

1.14.2.6.   Işə   başlamazdan   əvvəl   briqadir   briqada

üzvlərinə işin təhlükəsiz aparılması barədə təlimat verməlidir.

1.14.2.7. Briqadir işin düzgün və təhlükəsiz aparılmasına

cavabdehdir.

1.14.2.8. Müəyyən bir ağırlıq qaldırılan, aparılan və endi-

rilən   zaman,   briqadir   elə   yerdə   dayanmalıdır   ki,   göstəriş

verəndə bütün briqada üzvlərini, briqada üzvləri isə onu görə

bilsin.

1.14.2.9. Göstəriş  uca və aydın  səslə  verilməlidir.  Yük

qaldırılan, aparılan və endirilən zaman diqqətli olmaq lazımdır

ki, yaxınlıqda kənar şəxslər olmasın.

1.14.2.10.   Yük   əl   arabasında   daşınarkən   aşağıdakı

şərtlərə riayət edilməlidir:

-əl arabasına yığılan yük taraz yığılmalıdır;

-əl arabası yükqaldırma qabiliyyətindən artıq yüklənmə-

məlidir.

1.14.2.11. Əl arabasının döşəməsi saz taxtadan və ya

dəmir lövhədən olmalıdır.

68



1.14.2.12. Əl arabası ilə tək (bir) qırılmayan yükü boşal-

darkən,   işi   ehtiyatla   görmək   lazımdır   ki,   özünə   və   ya

yaxınlıqda olan şəxsə xətər gəlməsin.

1.14.2.13. Əl arabasından boşaldılmış yük qabaqcadan

ayrılmış yerə səliqə ilə yığılmalıdır.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə