Азярбайъан республикасы


 Tutumlarda, çənlərdə (rezervuarlarda)



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə26/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   22   23   24   25   26   27   28   29   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.12. Tutumlarda, çənlərdə (rezervuarlarda) 

və aparatlarda işlər

1.12.1. Qurğuların və avadanlıqların normal işləməsinin

təmini  məqsədi  ilə  texnoloji  avadanlıqların  planlı-xəbərdarlıq

təmirinin illik qrafiki tərtib edilməli və təsdiq olunmalıdır.

1.12.2.   Təmir   işlərinə   başlamazdan   qabaq,   aparatlar,

çənlər, avadanlıqlar mövcud qaydalara riayət edilməklə hazır-

lanmalı və təmizlənməlidir.

54



1.12.3.   Tutumlarda,   çənlərdə   və   aparatlarda   təmir

işlərinin  (təsdiq  olunmuş  və  planda   nəzərdə  tutulmuş  işlər)

yerinə yetirilməsinə cavabdeh olan şəxs idarənin əmri ilə təyin

olunur.


1.12.4.   Tutumlarda,   çənlərdə   və   aparatlarda   təmir

işlərinin   aparılmasına   yalnız   bu   işlərin   hazırlanmasına   və

aparılmasına   cavabdeh   şəxs   göstərilməklə   «Tapşırıq-icazə»

tərtib edildikdən sonra başlamaq olar.

1.12.5. Qurğuda təmir işlərinin aparılmasına hazırlıq aktı

olduqdan sonra icazə verilir.

Neft və qazın hazırlanması qurğularının ayrı-ayrı avadan-

lıqlarının və ya texnoloji bloklarının akt üzrə təmirə verilməsinə

icazə verilir.

1.12.6. Təmir işləri aparılan yerlərdə təhlükəsizlik plakat-

ları və xəbərdaredici yazılar asılmalıdır.

1.12.7.   Təmir   işləri   aparılarkən   işçilər   qoruyucu

dəbilqədən istifadə etməlidirlər.

1.12.8.   Hündürlükdə   təmir   işlərinin   aparılması   üçün

ayaqaltılar və taxtabəndlər (lesa) quraşdırmalıdır (bax bölmə

1.13).


1.12.9.   Təmizlənmiş   və   təmirə   hazırlanmış   çən,

avadanlıq   və   ya   aparatdan   götürülmüş   hava   nümunəsinin

tərkibində   buxar   və   qaz   qarışığının   miqdarı   buraxıla   bilən

sanitar   normalarından   yüksək   deyilsə,   oksigenin   həcmi

miqdarı   19%-dən   aşağı   deyilsə   və   çən,   avadanlıq,   aparata

kənardan   zərərli   buxar   və   qazın   daxil   olması   ehtimalı

yoxdursa,   təmir   işlərinin   əleyhqazdan   istifadə   etmədən

aparılmasına icazə verilir.

Bu işlərin aparılmasına sahə, qurğu rəisi yazılı icazə ver-

məlidir.


1.12.10. Qaz təzahürü olarsa, həmçinin qonşu qurğuda

və   ya   obyektdə   qəza   baş   verərsə,   təmir   işləri   dərhal

55



dayandırılmalı   və   işçilər   təhlükə   zonasından

kənarlaşdırılmalıdırlar.

Işə yenidən, yalnız hava nümunəsinin təkrar analizindən

sonra,   qaz   qarışığının   buraxıla   bilən   sanitar   normalarından

yüksək olmadığı hallarda başlamaq olar.

1.12.11.   Avadanlığın   sökülməsi   və   təmiri   zamanı

hissələrin yuyulması üçün yanğın - partlayış təhlükəsi olmayan

xüsusi yuyucu məhlullardan istifadə edilməlidir. Bu məqsədlə

benzin   və   digər   asan   alışan   mayelərdən   istifadə   etmək

qadağandır.

1.12.12. Partlayış təhlükəli otaqlarda təmir işləri daima

işləyən sorucu ventilyasiya altında aparılmalıdır.

1.12.13. Təmir işləri sutkanın işıqlı vaxtında aparılmalıdır.

Sutkanın qaranlıq vaxtı bu işlər yalnız qurğu rəisinin yazılı ica-

zəsi ilə aparıla bilər. Təmir işləri sutkanın qaranlıq vaxtı apa-

rıldıqda işçi zona lazımi səviyyədə işıqlandırılmalıdır.

1.12.14. Aparatların, tutumların, boru kəmərlərinin qay-

naq tikişlərindəki qüsur və zədələrin döyülüb pərçimləmə ilə

aradan qaldırılmasına icazə verilmir.

1.12.15. Kolon tipli aparatların təmirində boşqabların sö-

külməsi   yuxarıdan   aşağıya   doğru   aparılmalıdır.   Boşqabların

hissələri kolondan kənarda yığılmalıdır.

1.12.16.   Hər   bir   elektrik   avadanlığının   və   işıqlandırıcı

qurğunun   açılması   və   təmiri   yalnız   elektrotexniki   heyət

tərəfindən yerinə yetirilməlidir.

1.12.17. Təmirdən sonra bütün aparatlar, tutumlar, boru

xətləri təzyiqə sınanmalıdır. Təzyiqlə sınanma bütün sızmalar

aradan qaldırılanadək davam etdirilməlidir.

1.12.18.   Aparılmış   təmir   işləri   barəsində   qurğunun

pasportunda qeydiyyat aparılmalıdır.

1.12.19. Aparatların, çənlərin və s. bu kimi avadanlıqların

qapalı   fəzasında   işləməsi   nəzərdə   tutulan   bütün   şəxslər

mümkün   təhlükələr,   təhlükəsizlik   tədbirləri,   ilk   tibbi   yardım

56



göstərilmə   və   qəza   şəraitində   hərəkət   etmə   qaydaları   üzrə

təlimatlandırılmalıdırlar.

1.12.20. Qapalı fəzanın daxilində işlərin aparılmasına ha-

zırlıq işləri, texnoloji heyət tərəfindən mümkün təhlükələr haq-

qında mükəmməl məlumatı olan mühəndis-texniki işçinin rəh-

bərliyi altında yerinə yetirilməlidir.

1.12.21. Qapalı fəzada işlər, bir qayda olaraq, sutkanın

işıqlı vaxtında aparılmalıdır. Qəza zamanı işlər sutkanın qaran-

lıq vaxtı aparıla bilər. Hər bir qurğuda qapalı fəzada işlərin sut-

kanın   qaranlıq   vaxtı   aparılması   tələb   olunan   mümkün   qəza

hallarının təşkilatın rəhbərləri tərəfindən təsdiq edilmiş siyahısı

olmalıdır.

1.12.22. Qapalı fəzada işlərin yerinə yetirilməsindən əvvəl,

bu işlərin aparılmasına Tapşırıq-icazə tərtib olunmalıdır (Əlavə

12).

1.12.23. Tapşırıq-icazəni  verməyə hüququ olan şəxslər



təşkilatın   rəhbərliyi   tərəfindən   təsdiq   olunurlar.   Bu   şəxslər

rəhbər işçilərdən təyin edilir.

1.12.24. Qapalı fəzaya girişə və bu fəzada iş zamanı təh-

lükəsizliyə görə məsuliyyəti Tapşırıq-icazəni verən şəxs daşıyır.

Mümkün   təhlükələrin   qarşısını   almaq   üzrə   tədbirlər   onun

vəzifə borcuna daxildir.

1.12.25.   Statik   elektrik   yükünün   yığılmasına   yol

verməmək üçün avadanlıqlar və tutumlar yerləbirləşdirməlidir.

1.12.26. Şlam və işlədilmiş yuyucu mayelər onlar üçün

nəzərdə tutulmuş xüsusi yerə yığılmalıdır.

1.12.27.   Qapısı  və  ya  lyuku  olan  qapalı   fəza   (tutum),

üfürüldükdən sonra açıq saxlanılmalı, fəzanın havası isə böyük

həcmli   təmiz   havanın   vurulmasına   hesablanmış   mexaniki

sistemli məcburi ventilyasiyanın köməyi ilə dəyişdirilməlidir.

1.12.28. Qapalı fəza təmizləndikdən və havası dəyişdiril-

dikdən sonra belə, yerinə yetiriləcək işin (məsələn: qaynaq və

kəsmə,   rəngləmə,   üz   çəkmə   və   s.)   nəticəsində   zərərli

57



qarışıqların  təsadüfən bu fəzaya düşməsinin qarşısını almaq

məqsədi ilə, həmçinin çirkləndirici maddələrin və ya yaranmış

istinin kənarlaşdırılması üçün mexaniki ventilyasiya sisteminin

işi davam etdirilməlidir.

1.12.29. Qapalı fəzaya işçiləri buraxmazdan qabaq, bu

fəzanın hava mühitinin analizi aparılmalıdır.

1.12.30. Qapalı fəzadan hava nümunəsinin götürülməsi

(yanar qazların qatılığını, oksigenin çatışmamazlığını, təhlükəli

kimyəvi   qatışıqların   fiziki   mövcudluğunu   təyin   etmək   üçün)

buna   icazəsi   olan   heyət   tərəfindən   yerinə   yetirilməlidir.   Bu

məqsədlə işlədilən cihazlar partlayışdan mühafizə icralı olmalı

və yoxlanılmalıdırlar.

1.12.31. Qapalı fəzaya hava nümunəsi götürmək üçün

daxil olan işçi avtonom tənəffüs aparatlarından və ya şlanqlı

əleyhqazdan istifadə etməlidir. Tənəffüs aparatlarının növünü

Tapşırıq-icazə   verən   şəxs   müəyyənləşdirir.   Təcridedici

əleyhqazdan istifadə etmək qadağandır.

1.12.32. Hava mühitinin nümunəsinin götürülmə qaydası

və qapalı fəzada hava mühitinin tərkibinin analizinin nəticələri

Tapşırıq-icazədə qeyd edilməli, analizi aparan şəxsin imzası ilə

təsdiq edilməlidir.

1.12.33.   Qapalı   fəzada   işləyən   bütün   avadanlıqların

intiqalı (məsələn: qarışdırıcı qurğular) və qidalanma mənbəyi

dayandırılmalı,   paylayıcı   şitdə   yerləşən   müvafiq   elektrik

açarları   bloklanmalı   və   xəbərdaredici   nişanlarla   təchiz

edilməlidirlər.

1.12.34.   Işlərin   aparılmasına   məsul   şəxs   işçilərin

bilavasitə  qapalı  fəzaya daxil  olmasından qabaq,  sual-cavab

etməklə, onların əhval-ruhiyyəsini yoxlamalı, briqadanın bütün

heyətini   təhlükəsiz   iş   üsulları   ilə   təkrar   təlimatlandırmalı,

alətlərin,   FMV-in   keyfiyyətinin   iş   şəraitinə   uyğunluğunu

yoxlamalı,   hər   bir   işçinin   öz   funksiya   və   vəzifə   borclarını

bilmələrinə əmin olmalıdır.

58



1.12.35. Qapalı fəzada bir işçinin işləməsinə icazə verilir.

Işin xüsusiyyətlərindən asılı olaraq qapalı fəzada bilavasitə iki

və ya bir neçə işçinin olması tələb olunarsa, əlavə təhlükəsizlik

tədbirləri işlənib-hazırlanmalı və onlar Tapşırıq-icazədə göstə-

rilməlidir.

1.12.36. Işçi qapalı fəzaya daxil olduqdan sonra, o, me-

xanizmlərin təsadüfən işə düşməsinin qarşısını alan tədbirlər

görməlidir.

1.12.37.  Qapalı  fəzada  işlər  aparılarkən  mümkün qəza

vəziyyətindən   sığorta   məqsədi   ilə   girişdə   və   ya   çıxışda   iki

nəfərdən az olmamaqla müşahidəçilər qoyulmalıdır.

1.12.38.   Müşahidəçilər   qapalı   fəzada   işləyən   işçilərlə

daima əlaqə saxlamalı, şlanqlı əleyhqazın şlanqı və qəbuledici

qolborusunun   düzgün   vəziyyətdə   saxlanılmasını   izləməli,

tənəffüs aparatlarını hazır vəziyyətdə saxlamalıdırlar.

1.12.39. Qapalı fəzaya daxil olan şəxslər qayışlı qoruyucu

kəmər taxmalıdırlar.

1.12.40.   Qoruyucu   vasitələrdə   hər   hansı   bir   nasazlıq

aşkar olunarsa və ya işçi özünü pis hiss edərsə, qapalı fəzada

işlər dayandırılmalı, işçi dərhal oradan çıxarılmalıdır.

1.12.41.   Qapalı   fəzada   tez   alışan   mayelərin   və   ya

qazların   mövcudluğu   aşkar   olunarsa,   işlər   dərhal

dayandırılmalıdır.

1.12.42. Hər bir  qurğu və ya obyekt üzrə  aparatların,

çənlərin və avadanlıqların işə hazırlıq qaydası, məhsullardan,

zərərli   maddələrdən   boşaldılması,   onların   buxara   verilməsi,

yuyulması,   havasının   dəyişdirilməsi   sxemləri   və   işçilərin

təhlükəsizliyini   təmin   edən   digər   tədbirlər   işlənib

hazırlanmalıdır.

1.12.43. Daxili baxış və təmizləmə üçün açılan aparatlar,

çənlər   və   avadanlıqların   işi   dayandırılmalı,   onlar   məhsuldan

boşaldılmalı,   işləyən   aparatlardan   ayrılmalı,   buxara   verilməli

və havası dəyişdirilməlidir.

59



Buxara   verilmənin,   üfürülmənin   davam   etdirilmə

müddəti,  su ilə  yuyulmanın zəruriliyi,  havanın  dəyişdirilməsi

hər bir konkret hal üçün ayrılıqda müəyyən edilir.

1.12.44. Açılmalı  aparatlarla,  çənlərlə  və avadanlıqlarla

əlaqəli bütün boru xətləri qapayıcıların və siyirtmələrin köməyi

ilə bağlanmalıdır.

1.12.45. Hazırlıq işləri zamanı aparatlardan, çənlərdən və

avadanlıqlardan neftin və neft məhsullarının istehsalat kanali-

zasiyasına   axıdılması   qadağandır.   Bu   məhsullar   xüsusi

tutumlara yığılmalıdır.

1.12.46.   Çənin   (rezervuarın)   buxara   verilməsi   yuxarı

lyuklardan birinin açıq vəziyyətində aparılmalıdır.

1.12.47. Buxar aşağı lyukdan rezin boru vasitəsilə ucluğu

çənin mərkəzinə istiqamətləndirilməklə, çənin diametrinin 1/4

nisbəti məsafəsində yerləşdirilməklə verilməlidir.

1.12.48. Buxara vermə zamanı çənin (rezervuarın) daxi-

lində   temperatur   60

0

C-dən   yuxarı   olmamalıdır.   Üzən   metal



ponton olduqda çənin yuxarı və aşağı hissələri (pontonun üstü

və altı) ayrı-ayrılıqda buxara verilməlidir.

Sintetik pontonu olan çənin daxilindən buxarın sıxışdırıl-

ması   üçün   çən   su   ilə   doldurulmalıdır.   Çəndən   suyu

boşaltdıqdan  sonra çənin havasının dəyişdirilməsi    üçün yan

lyuklar açılmalıdır.

1.12.49. Rezin şlanqların metal ucluqları və buxar xətləri

yerlə birləşdirilməlidir. Şlanqların ucluqları qığılcım verməyən

metaldan olmalıdır.

1.12.50. Açıq lyukların qapaqları lyuklara iki boltla bağla-

naraq qaykalarla bərkidilməlidir.

1.12.51.   Hazırlıq   tədbirləri   qurtardıqdan   sonra   (buxara

vermə,   yuma   və   havasının   dəyişdirilməsi)   çənlərdə   və   ya

apparatlarda   havanın   analizini   aparmaqla   yanar   buxarların,

qazların   və  oksigenin  miqdarı  müəyyənləşdirilir   və  Tapşırıq-

icazədə qeyd edilir.

60



1.12.52.   Üzən   qapaqlı   və   ya   pontonlu   çənlərdən   analiz

üçün   hava   nümunəsi   çənin   aşağı   hissəsindən   qapağın

(pontonun) altından və yuxarı hissəsindən-qapağın (pontonun)

üstündən götürülür.

1.12.53. Çənlərin və aparatların çirklərdən və çöküntülər-

dən təmizlənməsi üzrə aparılan işlər mexanikləşdirilməlidir. Bu

işləri apararkən işçilər şlanqlı əleyhqazdan istifadə etməlidirlər.

1.12.54. Çənlərin, aparatların və avadanlıqların daxili ba-

xışı   və   təmizlənməsi   üçün   açılmasına   ancaq   bu   işlərin

hazırlığına və aparılmasına cavabdeh şəxsin iştirakı ilə icazə

verilir.

1.12.55. Aparatların, çənlərin, tutumların, boru xətlərinin

və armaturun lyuklarının flans birləşmələrində yerləşən qayka-

larının   açılması   və   bağlanması   pnevmatik   və   ya   hidravlik

intiqallı qaykabağlayıcı ilə aparılmalıdır.

1.12.56. Kolon tipli aparatlardan hava axımına yol ver-

məmək   üçün,   onlarda   lyukların   açılması   bir   qayda   olaraq

yuxarıdan aşağı aparılmalıdır.

1.12.57.   Hazırlıq   işlərinin   aparılması   zamanı   qızdırılmış

çənlərin   və   aparatların   daxilinə   işçiləri   buraxmazdan   qabaq

çənlər   və   aparatlar   30

0

C–dək   soyudulmalıdır.   Işlərin   daha



yüksək   temperaturda   aparılması   tələb   olunan   hallar   üçün

əlavə təhlükəsizlik tədbirləri (təmiz havanın fasiləsiz verilməsi,

asbest   kostyumlardan   və   istilik   izolyasiyalı   ayaqqabılardan

istifadə edilməsi, işdə fasilələrin tez-tez verilməsi və s.) işlənib

hazırlanmalıdır. 

1.12.58. Çənlərin və aparatların təmizləməsi zamanı on-

lardan çıxarılmış çirklərin və bərk çöküntülərin yuxarıdan aşağı

atılması qadağandır. Bu məqsədlə mexanikləşdirilmiş  qurğu-

lardan istifadə edilməlidir.

1.12.59.   Aparatın   alt   lyukdan   təmizlənməsi   zamanı

xüsusi meydançadan istifadə edilməlidir.

61



1.12.60. Hündürlükdə işlərin aparılması zamanı detalların

və   alətlərin   aşağıda   işləyən   işçilərin   üstünə   düşməsinin

qarşısını almaq üçün çənlər və aparatlar xüsusi üst örtükləri ilə

təchiz olmalıdırlar.

1.12.61.   Çənlərin   və   aparatların   təmizlənməsi   zamanı

bilavasitə   qığılcım   verməyən   materialdan   hazırlanmış

alətlərdən (təmizləmə vasitələri) istifadə edilməlidir.

1.12.62. Aparatların və çənlərin daxilinin işıqlandırılması

üçün gərginlikliyi 12 V-dan yuxarı olmayan partlayışdan müha-

fizəli daşınma çiraqlardan istifadə edilməlidir.

1.12.63.   Çən,   dibində   qalmış   məhsuldan   təmizlənmək

üçün, su ilə doldurulmalı və üzə çıxan məhsul boşaldılmalıdır.

1.12.64.   Bloklu   üfqi-silindrik   aparatların   və

çökdürücülərin   (çökdürücü   çən)   çöküntülərdən   təmizləmə

işləri,   işçilərin   təmizləmə   işləri   zamanı   aparatın   içərisində

olmalarının   qarşısını   almaq   məqsədi   ilə,   kiçik   ölçülü

hidromonitorlardan   istifadə   edilməklə   hidromexaniki   üsulla

aparılmalıdır. Təmizləmə işlərindən sonra aparatlar və çənlər

su ilə yuyulmalıdırlar.

1.12.65. Çənin və ya aparatın daxilində işlər tamamlan-

dıqdan sonra, işçi orada kənar əşyaların olmamasını yoxlamalı,

alətləri,   çırağı   müşahidəçiyə   verməli   və   bundan   sonra

aparatdan kənara çıxmalıdır.

1.12.66. Istilik mübadiləedicilərin və ya kondensatorların

mexaniki üsulla təmizlənməsi zamanı qarşı tərəf çəpərlənməli

və «Təhlükəli zona» xəbərdaredici yazısı olan nişan asılmalıdır.

1.12.67. Hidravlik və ya kimyəvi üsulla təmizləmə işlərin-

dən   əvvəl   işçilər   əməyin   təhlükəsizliyi   üzrə   xüsusi   təlimat

keçməli   və   müvafiq   mühafizə   vasitələri   ilə   təmin

olunmalıdırlar.

1.12.68.   Kimyəvi   təmizləmə   işləri  aparan   işçilər  xüsusi

geyimdə, rezin əlcəklər və qoruyucu eynəklər tətbiq etməklə

işləməlidirlər.

62



1.12.69. Dalma kondensator - soyuducunun yeşiyindən

benzin buxarlarının təmizlənməsi üçün, lyuk açılmalı və yeşiyin

havası dəyişdirilməlidir.

Boruların üz səthinin və yeşiyin divarlarının lil və çirkdən tə-

mizlənməsi təzyiq altında olan su şırnağı ilə yerinə yetirilməlidir.

1.12.70. Kondensator-soyuducunun çirkli yeşiyinə şlanqlı

əleyhqazsız düşmək qadağandır.

1.12.71.


 

Kondensator-soyuducunun

 

yeşiyinin



təmizlənməsi   işləri   müşahidəçilərin   (iki   nəfərdən   az

olmayaraq) iştirakı ilə aparılmalıdır.

1.12.72.   Kondensator-soyuducunun   yeşiyinə   düşərkən

yeşiyin   daxilində   olan   nərdivandan   istifadə   etmək   lazımdır.

Yeşiyin   daxilinə   ilanvari   borular   vasitəsi   ilə   düşmək

qadağandır.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə