Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə28/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   24   25   26   27   28   29   30   31   ...   73

 Bütün türklərin tərcümanı



 

87



 ~ 

 

vətənində  qadağan  edilmiş,  xatirələrdən  silinməsi  üçün  mümkün 



olan  hər  vasitələrdən  istifadə  olunmuşdur.  Qaspiralının  fikir  və 

səylərinin  təhrif  edildiyi,  xalqının  amansız  siyasi  terrora  və  bitib-

tükənməz  məhrumiyyətlərə  məruz  qaldığı  son  yarım  əsrdə  onun 

həyatı,  mühiti,  şəxsiyyəti,  ictimai-siyasi  fikirləri,  maarifçilik  və 

yazarlıq fəaliyyətləri ilk  əvvəl  Rusiya, daha sonra isə bütün  dünya 

müsəlmanlarını  birləşdirmək  uğrundakı  uzun  mübarizəsi,  tarixi 

yöndən  gerçək  və  obyektiv  olan  elmi  əksini  xarici  alimlərin,  daha 

çox  Türk  araşdırıcıların  incələmələrində  özünü  göstərmişdir.  Bu 

gün  İsmayıl  bəy  Qaspiralı  ilə  əlaqədar  həqiqətlərin  göstərilməsi 

məlum  bir  gerçəkdir.  Bu  böyük  fikir  adamını  və  məslək 

mücahidinin  xalqa,  Sovetlərin  istədiyi  kimi  deyil,  tələb  olunan 

şəkildə  tanıdıldığı  bir  dövrdə  yaşayırıq,  onunla  əlaqədar 

incələmələrin  elmi  nəticələrindən  vaz  keçmək  mümkün  deyil». 

(«Türk  alimlərinin  araşdırmalarına  görə  Qaspiralı  İsmayıl  bəy» 

məqaləsindən). 

 

 

Prof.  Fuad  bəy  Köprülüzadə:  «Tərcüman»  yalnız  Krımda 

deyil, Kazanda, Qafqazda, Türkistanda, Çin Türkistanında, Sibirdə, 

Rumıniyada,  Bolqarıstanda,  Osmanlı  imperiyası  daxilində,  xülasə 

bütün  Türk  ölkələrində  böyük  bir  təsirə  malik  oldu;  Türklərin  və 

xüsusilə Rusiya Türklərinin milli intibahında mühüm bir amil oldu. 

Hər tərəfdə İsmayıl bəyin bir çox təqdirgahları, ardıcılları yetişdi». 

«İsmayıl  bəy  Türk-islam  dünyasında  «qadın»ın  yerini, 

mövqeyini  yüksəltmək  üçün  də  çox  çalışdı.  Onun  bir  məsələsi 

haqqındakı  fikirləri  də  diqqəti  cəlb  edəndir:  «Tərcüman»ın  şüarı 

«Dildə,  fikirdə,  işdə  birlik!»  düsturu  ilə  xülasə  edilirdi.  Osmanlı 

ədəbi ləhcəsinin sadələşdirilmiş bir şəkillə qəzetini çıxaran İsmayıl 



 Abid  Tahirli



 

88



 ~ 

 

bəy  müxtəlif  danışıq  şivələrinə  malik  olan  müxtəlif  türk  şöbələri 



arasında bir «ümumi ədəbi dil olmasını, türklüyün mədəni tərəqqisi 

üçün ən böyük vasitə hesab edirdi. O, bu çox doğru fikrini tamamilə 

qəbul  etdirə  bilmədi,  lakin  bu  fikrin  qələbəsi  üçün  əlindən  gəldiyi 

qədər çalışdı. 

Bütün həyatını Türklüyün yüksəlməsinə sərf edən bu böyük 

adam  Türk  xalqının  əbədi  şükranına  layiqdir».  («İsmayıl  bəy 

Qasprinski» məqaləsindən. «Cümhuriyyət» qəzeti, 7 mart, 1928, № 

1377). 


 

 

Ayaz bəy İshaki: «Bəli, İsmayıl bəy böyükdü, onun işləri də, 

etdiyi  xidmətləri  də  böyükdür.  Onun  əkdiyi  toxumlardan  yetişəcək 

yemişlər də əhəmiyyətlidir. Onun əkdiyi güllərdən çıxacaq çiçəklər 

də dilbərdir, gözəldir. Onun təməlini qurduğu bina da sağlamdır. 

Artıq İsmayıl bəy aramızda yoxdur. 

O,  darürrahata  getdi.  Lakin  onun  əkdiyi  toxumlar,  çiçəklər, 

peyvənd  etdiyi  ağaclar  bütün  Rusiya  boyunca  dağıldı.  Milyonlarla 

tələbələri onun başlatdığı  işi alıb götürməyə, onun götürdüyü işləri 

böyütməyə  başladılar.  Belə  ulu  bir  ataları  olduğuna  sevinərək  işin 

sonuna götürülə biləcəyinə iman edərək işə girişdilər. Bu qəhrəman 

atalarının  nümunə  və  misal  edərək  canlı  imandan  təcəssüm  edən 

atalarının  cızdığı  yoldan  ayrılmamağa  əzm  edərək  işə  tutuşdular». 

(«Böyük ustad İsmayıl bəy» məqaləsindən. «İl» qəzeti, 1914,  № 40). 

 

 



Səlimə  xanım  Yaqub:  «İsmayıl  bəy  müsəlman  qadın-

qızlarının  mənsub  olduqları  milləti  minillik  uzaq  yuxusundan 

oyatdı. Kişilərin qalın qafalarına qadın-qızların hicabdan, əsarətdən 



 Bütün türklərin tərcümanı



 

89



 ~ 

 

xilas olmaları,  onların  da oxumaları lazım  gəldiyi, qadın-qızın  əsir 



dözümsüz  bir  şey  o  cahil  hüququ  insaniyyəti  etiraf  edilməmiş,  o 

mədəniləşməmiş  qaldıqca  müsəlmanların  tərəqqiləri  haqqında  ağız 

açmanın belə doğru olmadığına dair fikir verdi. 

Xalqın  mədəni,  iqtisadi  və  ictimai  cəhətdən  irəliyə  gedə 

bilməsi  qadın-qızın  əsirlikdən  qurtulması  ilə  təhəqqüq  edə  bilir. 

İsmayıl  bəy  bunu  özünün  yüksək  səsi  ilə  hər  yerdə  sarsılmadan, 

səbatla  elan  etdi.  Bu  həqiqət  ona  əfsanəvi  Baxçasaraydakı  günəşli 

açıq gün qədər məlumdur. Qadın-qız özünə aid məsələni anladı və 

onu təhəqqüq etdirmək üçün məşğul olmağa başladı. 

Müsəlman  qadın-qızları  İsmayıl  bəyin  məqsədini  meydana 

çıxararaq  qiymətli  yolbaşçısını  unudulmayacaq  qədri  üzərinə  ən 

gözəl  və  ən  mətin  heykəli  quracaqdırlar».  («Müsəlman  qadın  və 

qızlarının hamisi İsmayıl bəy Qaspiralı» məqaləsindən. «İl» qəzeti, 

№ 101, 1914). 

 

 

Osman  bəy  Akçoqraqlı:  «1917-ci  il  inqilabından  sonra 



Krımda  qurulmuş  Müsəlman  Mərkəzi  İcraiyyə  Komitəsinin 

«Müəllimlər  İnstitutunun  Təsis  Heyəti»  tərəfindən  nəşr  olunan 

bəyannamədən: 

«Bizi  bu  mühüm  saatlarda  milli  ideal  ətrafında  kafi  bir 

imanla, yüksək bir fədakarlıqla, sarsılmaz bir əzmlə toplayan nədir? 

Bunun  tarixi  ictimai  səbəbləri  də  buna  hər  şeydən  çox  bizim 

cahilliyimizin ən böyük amil olduğunu hamımız təsdiq edirik. 

Krım müsəlmanları İcraiyyə Komitəsi elmdən, nurdan yetim 

qaldırılan zavalı tatar atalarını  əsaslı məlumatla, həqiqi tərbiyə ilə, 

incə  hisslərlə  yüksəldəcək  müəllimlər  yetişdirə  bilmək  üçün  böyük 

millət  xadimi  ölməz  İsmayıl  bəy  adına  layiq  bir  müəllimlər 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə