Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə24/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   20   21   22   23   24   25   26   27   ...   73

 Bütün türklərin tərcümanı



 

75



 ~ 

 

Ayxan  Göysan:  «Təhsil  deyildiyi  zaman  Rusiya  türk  və 

müsəlmanlarının yaxından tanıdığı, onların yüksəlməsi üçün çalışıb, 

təzyiqlərə  məruz  qalmış  ülküçü  türk  mütəfəkkiri  və  jurnalisti 

İsmayıl  bəy  Qaspiralını  (1851-1914)  xatırlamamaq  olarmı?» 

(«Qaspiralı  İsmayıl  bəy  və  üsuli  cədidçiliyi»  məqaləsindən,  «Türk 

kültürü», № 18, 1964-cü il). 

«Qaspiralı  türkçü  olduğu  qədər  də  islamçı  idi.  …Qaspiralı-

nın islamlığı fanatizm və kor-koranə inanış deyildir». («İsmayıl bəy 

Qaspiralı» məqaləsindən. «Türk kültürü», № 23, 1964). 

 

 

Nevin  Okay:  «Bəzi  düşüncələr vardır ki,  o bizə  yasaqdır»  - 



İsmayıl bəy Qaspiralının bu cümləsini nə zaman oxusam, gözümün 

önünə  dümdüz,  sonu  görünməyən  dünyalara  açılan  bir  düzənlikdə 

duymaqdan,  düşünməkdən  və  gülməkdən  məhrum  edilmiş  külüng 

vuran insan yığını gəlir. 

…Qaspiralı üçün əsarət problemi mədəniyyət problemidir… 

Qaspiralı üçün Şərq məsələsi maarif məsələsidir. … «Tərcüman» bu 

diyarda azadlığın da ifadəsi olduğunu göstərmişdir» («Əsir millətlər 

və İsmayıl Qaspiralı» məqaləsindən. «Türk kültürü», № 21, 1964). 

 

 

A.Battal-Taymas:  «…Mən  bu  məşhur  türkü  həyatımda  ilk 



dəfə  idi  ki,  görürdüm.  Ustad  bizi  yaşıl  rəngli  bir  Buxara  əbası 

geyinmiş olduğu halda ayaq üstə qarşıladı. Qarşısında durduğumuz 

bu  ulu  şəxs  ortadan  bir  az  uca  boylu,  ağ  üzlü,  çəkmə  burunlu, 

kəskin  baxışlı  idi…».  («Mən  onu  gördüm»  məqaləsindən.  «Türk 

kültürü», № 69, 1968). 

 



 Abid  Tahirli



 

76



 ~ 

 

Altan Dəliorman: «Türk mətbuat tarixinin ən diqqətə dəyər 

simalarından  biri  şübhəsiz,  İsmayıl  bəy  Qaspiralı  və  qəzetlərindən 

də  biri  onun  çıxardığı  «Tərcüman»  qəzetidir.  …  «Tərcüman» 

qəzetinin  təsiri  rusların  «Novoye  vremya»,  ingilislərin  «Taym» 

qəzetinin təsirindən min dəfə böyük olmuşdur» («İsmayıl Qaspiralı 

və «Tərcüman» qəzeti», «Türk kültürü» dərgisi, № 69, 1968). 

 

 



«Türk  ansiklopedisi»:  «İ.Qaspiralı  üçün  tək  şərəfli  vəzifə 

millətdaşlarını  və  dindaşlarını  oyandırmaq  və  tərəqqi  etdirmək 

yolunda mübarizə etmək və çalışmaqdır» («İsmayıl bəy Qaspiralı» 

məqaləsindən, VII cild, Ankara, 1969). 



 

 

İsmayıl  Asanoğlu  Kərim:  «Qasprinski  müəllim  olaraq 

məktəb  və  mədrəsələr  üçün  bir  sıra  gərəkli  dərsliklər  hazırladı. 

Bunların arasında matematikalar («Hesab muxtasar. Amel xamse və 

mesail-i-xesabie»,  «Muxtasar  ilm-i-hesab»),  qrammatikalar  («Sarf-

ı-türk», «İlm-i-sarf») və bir çox digərləri var. Onun özü hazırladığı 

«Rəhbər-i-muallim»  və  bir  neçə  cildlik  «Xoca-i-subyan»  dərsliyi 

30-a  yaxın  dəfə  nəşr  edilmişdir.  Qasprinskinin  nəşr  etdiyi 

dərsliklərin çoxu Avropa standartlarına uyğundur». («Qasprinskinin 

kitabları» məqaləsindən). 

 

 



Yazıçı-publisist 

İlqar 

Qasımov: 

«Türk  xalqlarının 

maariflənməsində  mədəni  inqilab  edən  böyük  mütəfəkkir  İsmayıl 

bəy  Qaspiralı  xalqa  xidməti  əsas  tutub  ömrünün  otuz  ilini  onların 




 Bütün türklərin tərcümanı



 

77



 ~ 

 

savadlanmasına və biliklərə yiyələnməsinə bağışladı». («Uzaqgörən 



maarifçi» məqaləsindən, «Azərbaycan müəllimi», 19 aprel 2001). 

«İsmayıl bəyin təhsildə apardığı islahatlar xalq və cəmiyyət 

tərəfindən  birmənalı  qarşılanmadı.  Bu  yeniliyin  ilkin  mərhələsində 

əleyhdarları  tərəfdaşlarından  qat-qat  çox  oldu.  Dindarlar  və 

fanatiklər  İsmayıl  bəyin  ideyalarına  qarşı  sərt  mövqe  tutub  onu 

islamdan  üz  döndərən  bir  adam  kimi  günahlandırdılar.  Lakin 

cəhalətə  qarşı  mübarizəyə  qalxan  böyük  islahatçı  öz  əqidəsindən 

dönmədi,  bu  istiqamətdə  işlərini  səbrlə  davam  etdirib,  təhsildəki 

islahatlarını  mərhələlərlə  həyata  keçirdi.  Bütün  ömrü  boyu  islam 

dininə  hörmətlə  yanaşan  və  onu  təbliğ  edən  İsmayıl  bəy  Quranın 

müqəddəsliyini  etiraf  edib,  maarifin  xalqa  xidmətindəki  rolunu 

açıqlayıb  yazırdı:  «Quran  bizim  müqəddəs  kitabımızdır.  O  bizi 

oxumağa,  işləməyə  və  doğru  yaşamağa  çağırır.  Maarif  də  insana 

xidmət  edir.  Bəzi  müsəlmanlar  fikirləşir  ki,  Quran  və  maarif  bir-

birinə  mane  olur,  əksinə.  Mənəvi  ruhumuzun  saflığı  üçün  Quran 

lazımdır.  Maarif  isə  bədənimizin  sağlamlığına  xidmət  edir». 

(«Uzaqgörən  maarifçi»  məqaləsindən.  «Azərbaycan  müəllimi»,  19 

aprel 2001). 

«Dildə,  fikirdə,  işdə  birlik»  şüarı  altında  türk  tatarların 

birliyə  səsləyən  böyük  mütəfəkkir  İsmayıl  bəy  Qasprinski,  heç  bir 

mübaliğəsiz  deyə  bilərik  ki,  hələ  sağlığında  nəhəng  Avrasiya 

materikində  yaşayan  bütün  türk  xalqları  arasında  geniş  tanınıb, 

onların,  eləcə  də  Şərq  müsəlmanlarının  dərin  hörmətini  qazanıb. 

Türk dünyasında böyük  nüfuza malik  olan  İsmayıl  bəy  Qasprinski 

sadə  xalqdan  tutmuş  ən  mötəbər  dairələrə  qədər  daima  rəğbətlə 

qarşılanıb və alqışlanıb.  

Krım-tatar  ədəbiyyatşünası,  filologiya  elmləri  doktoru, 

professor  İsmayıl  Həsən  oğlu  Kərim  türk  xalqlarının 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə