Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə23/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   19   20   21   22   23   24   25   26   ...   73

 Abid  Tahirli



 

72



 ~ 

 

zamanla  «kiçik  şeylərin  böyüyəcəyi,  çətin  işlərin  asanlaşacağı  və 



uzaq  şeylərin  yaxınlaşacağına  dair  sarsılmaz  inancın  sürüklədiyi 

Qaspiralı və «Tərcüman» üçün belə deyildi. 

…Zamanla  «Tərcüman»  modernizmin  simvoluna  çevrildi. 

Bu  etibarla  da  adı  Rusiya  müsəlmanlarına  özləri  və  digər  bir 

çoxlarının keçən yüz il və sonrasında ardınca düşdükləri bu abidəvi 

əməli  xatırladır»  («İsmayıl  bəy  Qaspiralının  «Perevodçik»  - 

«Tərcüman»ı:  modernizmin  bir  tribunası»  məqaləsindən,  çevirəni 

Bülənt Tanatar). 

 

 

Dr.  Brian  G.Villiams: 



«1914-cü  ildə  vəfat  edən 

İ.Qaspiralıya münasibət Sovet dövrünün ilk on ilində müsbət olmuş, 

sovet  nəşrlərində  onun  fəaliyyəti  təqdir  edilmiş,  sovet  qəhrəmanı 

səviyyəsinədək  qaldırılmış,  Baxçasaraydakı  evi  muzey  edilmişdir. 

1930-cu  illərdə  Stalinin  «millətçi  damğası»nın  işə  düşməsi  ilə  bir 

anda  Qaspiralının  «sosialist  ikona»  rolu  sona  çatdı,  adı,  əməlləri 

təzyiqə  məruz  qaldı,  ev  muzeyi  bağlandı,  sümürücü  burjua 

nümayəndəsi  kimi  tənqidlərə məruz qaldı. Sovet  islam  tədqiqatçısı 

Lyutsiyan  Klimoviç  «Çarlıq  Rusiyasında  islam»  adlı  əsərində 

Qaspiralını  burjua  sümürücülərinin  «ən  şaşaalı»  adlandırdığı 

Qaspiralıya qarşı borda atəşini başlatdı… 

…Müsəlman  fanatizminə  qarşı  mücadiləsində  və  milləti 

birləşdirmək və dünyəviləşdirmək istiqamətindəki fəaliyyətinə görə 

gerçəkdən «Krımlı bir Atatürk» adını qazandırmışdır. 

…Qaspiralını  Krım  tatar  millətçilərinin  atası  adlandırmaq 

olar».  («İsmayıl  Qaspiralının  mirasını  yenidən  şərh  etmək:  Krımlı 

Atatürkmü,  rus  işbirlikçisimi,  yoxsa  Rusiya  imperatorluğuna  pan-

türkçü bir təhdit» məqaləsindən. Çevirəni Bülənt Tanatar). 




 Bütün türklərin tərcümanı



 

73



 ~ 

 

İbrahim 



Dilmaç: 

«Modern 


zamanlarda 

türk 


milliyyətçiliyinin  ən  önəmli  düsturunu  İsmayıl  Qaspiralı,  qaynağı 

da onun çıxardığı «Tərcüman» qəzetidir… Qaspiralı ən əvvəl təhsil 

olmaq  üzrə  çeşidli  sahələrdə  gətirdiyi  yeniliklərlə  türk 

modernləşməsinin  önünü  açan  adamdır…  «Tərcüman»  qəzetinin 

şüarı  olan  «Dildə,  fikirdə,  işdə  birlik»  bu  gün  belə  mənasını 

qorumaqda  və  yol  göstəricisi  olmaqdadır.  Bir  Krım  tatarı  olan 

İsmayıl  Qaspiralıdan  sonra  Kazan  tatarlarından  olan  Yusif  Akçura 

modern  türkçülük  cərəyanının  ən  önəmli  ikinci  ideoloqudur». 

(«Modern  türk  düşüncəsinə  «cədidçi»  ənənəsinin  təsiri» 

məqaləsindən). 

 

 

Safter  Nağayev:  «Millət atasının vəfatı haqqında ilk  olaraq 



Azərbaycanın  sevilən  övladı  Nəriman  Nərimanov,  türkistanlı 

cədidçilərin  öndəri  Mahmudxoca  Behbudi,  özbək  ədəbiyyatının 

görkəmli  nümayəndəsi  Həmzə  və  ardınca  digərləri  duyğularını 

bəyan  etdilər.  M.Behbudi  «Ayna»  dərgisinin  1914-cü  il  49-cu 

nömrəsindəki  «İsmayıl  bəy  həzrətləri  ilə  söhbət»  adlı  məqaləsində 

Qaspiralı  ilə  İstanbuldakı  görüşlərindən  bəhs  edərək  onun  xatirəsi 

önündə  baş  əydiyini  yazır  və  qeyd  edirdi:  «Ah,  ustadımızı  itirdik, 

kim bilir, bəlkə də o yuxuya getmişdir, röya dünyasındadır. Bundan 

sonra  ustadımızın  ruhu  ilə  söhbət  edərik».  Həmzənin  «Fərqanə 

sədası» qəzetinin 22 və 28 sentyabr 1914-cü il tarixli nömrələrində 

təziyə və mərsiyəsi dərc olunmuşdur… 

Qaspiralının 

Türkistandakı 

fəaliyyətlərini 

ilk 

dəfə 


araşdıranlardan  özbək  alimləri  Salih  Qasımov,  Bəyalı  Qasımov, 

Şirəli  Turdiyev  və  digərlərinin  adını  hörmətlə  çəkirik».  («Dildə, 




 Abid  Tahirli



 

74



 ~ 

 

fikirdə,  işdə  birlik:  Qaspiralı  və  Türkistan»  məqaləsindən.  «Qardaş 



ədəbiyyatlar» dərgisi, № 26, yanvar-mart 1994). 

 

 



Tarixçi, türkoloq, Başqırd istiqlal  hərəkatının öndəri  Zeki 

Velidi  Toğan:  «O,  bu  əsərdə  («Rusiya  müsəlmanları»  nəzərdə 

tutulur  –  T.A.) rus idarəsi  altındakı türk-tatarların bir soya mənsub 

xalq  olduğu  və  ruslarla  dil  tapmaqla  Qərb  mədəniyyətlərinə 

yiyələnə  biləcəkləri  fikrini  irəli  sürdü.  Türkcə  buraxdığı 

kitabçalarında o, işarət edirdi ki, əgər türk-tatarlar ayrı-ayrı qruplar 

halında  dağınıq  qalarsa,  sonluq  fəlakətli  olacaqdır.  Qurtuluşun  tək 

yolu  yeni  Qərb  mədəniyyətinə  qatılmaq  üçün  birlikdə  hərəkət 

etmələri  gərəkliyini  onlara  öz  dilləri  vasitəsi  ilə  çatdırmağa  cəhd 

göstərdi («Qaspiralı İsmayıl» məqaləsindən. «The encyclopaedia of 

islam»,  New  Edition,  V.II.1965,  Leiden.  «Qardaş  ədəbiyyatlar» 

dərgisi, № 26, 1994. Tərcümə edəni prof.dr. Ə.Y.Akpinar). 

 

 



Krım  Milli  məclisinin  sədri,  qaspiralışünas  alim  Mustafa 

Əbdülcəmil  Kırımoğlu:  «İsmayıl  bəy  Qaspiralı  xalqımızın,  türk 

dünyasının  ən  böyük  insanlarından  biridir.  …O  bizim  xalqımız 

üçün ən mühüm insandır. Onun fikirləri ilə Krımdakı problemləri də 

aşmaq  bizim  üçün  daha  asan  olacaqdır.  Çünki  heç  bir  türk  xalqı 

təkbaşına  problemlərini  həll  edə  bilməz.  Bu  problemlərin  həll 

olunmasının tək yolu bərabər olmaqdır». (M.Ə.Kırımoğlu ilə Kamal 

Çaprazın  müsahibəsindən.  «Tarih  ve  medeniyyet»  dergisi,  ocaq, 

1995). 


 

 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə