Abid Tahirli
~
66
~
şad olması üçün bütün türklərin görəcəyi tək bir iş qalmışdır. O da,
türklüyün keçirdiyi təcrübələrdən faydalanaraq, latın əlifbası
təməlində bir əlifba hazırlamaqdır». («Qaspiralının türk dünyasında
verdiyi dil və kültür mücadiləsi» məqaləsindən).
Sabri Osmanoviç İzidinoviç: «Az qala yarım əsr boyunca
övladından – Krım tatar xalqından ayrılan Krım adası (bu səbəbdən
də bəzi şirinlikləri qeyb olsa da) gözəl, əfsanəvi, dünya hüzurunda
başqa bir diyara bənzəməyən vətənimiz Allahın hikməti ilə, bizim
milli qürurumuz, muazzam mütəfəkkir, ictimai və maarif ərbabı,
məşhur təzimatçı, müsəlmanların tərəqqisini, onların heysiyyətini
və mədəniyyətini yüksəldən… böyük insanın – İsmayıl Mirzə
Mustafaoğlu Qaspiralının da Vətənidir.
…İsmayıl Mirzə babamızın həqiqi nəvələri sayıla bilməmiz
üçün bizlər evdə olsun, işdə olsun, camaatçılıqda olsun, rahat
dönəmlərdə belə hər addımımızı, hərəkətimizi, niyyətimizi,
üsullarımızı xalqımızın şan və etibarını itirməməsi nöqteyi-
nəzərindən etməliyik («İsmayıl Qaspiralı və Krım türkləri»
məqaləsindən).
Polşadakı Krım tatarlarının lideri, prof.Selim Hazbiyeviç:
«Yusif Akçura və Ziya Göyalp kimi «Pantürkizm» nəzəriy-
yəçilərindən və müdafiəçilərindən biri olan İsmayıl Qaspiralının bir
çox tələbəsi vardı. Çələbixan və Cəfər Seyd Əhmədin də olduğu
tələbələri arasında eyni zamanda Polşa, Litva və tatar türklərindən
də çox sayda insan vardı. …Rusiyada əsir edilmiş müsəlman-türk
xalqının hürriyyət və istiqlal mücadiləsində iştirak etmiş bir çox
Bütün türklərin tərcümanı
~
67
~
Polşa, Litva tatar türklərindən bəzilərini xatırlayıram. Məsələn,
Krım hökuməti bürosu idarəçisi və Azərbaycan hökuməti bürosu
idarəçisi olan Arslan Nayman Mirzə Kırğın, onun qardaşı və
Azərbaycan hökuməti ədalət naziri Nayman Mirzə Kırğın, Krım
Demokratik Cümhuriyyəti ədalət naziri İsgəndər Əhmədoğlu, Krım
tatar hökumətinin mətbu orqanı olan «Krım» qəzetinin baş
redaktoru Əliəsgər Miharoğlu, Krım tatar hökuməti Başkanı, eyni
zamanda Azərbaycan Ordusu Komutanı və Müsavat Partiyasının
üzvü Marsey Süleyman Sulkeoğlu» («İsmayıl bəy Qaspiralı:
Pantürkizm və Polşa ilə münasibəti» məqaləsindən).
Volkan Ekiz: «Adına istər post-modern, istər bilgi çağı
deyin, istərsə başqa ifadə tapın, amma modernlikdən sonrakı
dönəmin giriş ərəfəsində olduğumuz və keçid dönəmini yaşadığımız
mütləqdir. Bu şəraitə İsmayıl Qaspiralı ideyaları ilə adaptasiya
olunan türkçülük öz strategiyası və hədəfini müəyyənləşdirməlidir.
Bu yeni dövr üçün bəlkə Qaspiralının irəli sürdüyü simvol kifayət
etməyəcək, bəlkə də başqa bir simvol yetərli olacaq, lakin o simvol
tapılmalıdır. Türkçülük modern dönəmdə çağdaş olduğu kimi
modern sonrası da çağdaş qalmalıdır» («Alternativ bir «Dildə,
fikirdə, işdə birlik» axtarışı» məqaləsindən).
Qaspiralının qızı, Azərbaycan Xalq Cümhuriyyətinin
qurucularından, liderlərindən Nəsib bəy Yusifbəylinin həyat
yoldaşı, «Aləmi-nisvan» jurnalının redaktoru Şəfiqə xanım
Qaspiralı: «Rəhmətlik atam biz övladlarını daim oxumağa təşviq
edərdi. Oxuyacağımız kitabları seçərək satın alar, xüsusi ilə klassik
Abid Tahirli
~
68
~
əsərlərə üstünlük verər və dərgilərə də abunə olardı. Seçdiyi
əsərlərin hamısı mənalı, millətsevərlik duyğusu təlqin edən olardı»
(Atamdan xatirələr. «Əməl» jurnalı, № 12, sentyabr 1962).
Ədib mühərrir, böyük xalq xadimi Məhəmməd Fatih
Kərimi: «Yuxarıda bəyan edilmiş vəziyyətdə olan bir millət (ətalət,
cəhalət, mövhumat içində boğulan millət nəzərdə tutulur – T.A.)
üçün qəzet təsis etməkdə məqsəd mal toplamaq, şöhrət qazanmaq
və sairə kimi şəxsi və nəfsi arzular olmadığını, millət, vətən
sevgisinə, …ümumiyyətlə insaniyyətə xidmət və cəhalət vərəminə
mübtəla olan çarəsizlərə şəfa verə bilmək üçün fövqəladə bir qeyrət
göstərdiyini insaf sahibi olan hər kəs təsdiq etməlidir. Çünki o vaxt
millət qarşısında yeni mətbuat ərbabının ölüyuyan bir molla, yaxud
məscid süpürücü, bir müəzzin qədər də hörmət və etibarı yox idi.
Həm də qəzet buraxmağa və müxtəlif ləhcələrdə yazılmış risalələrə
görə pul sərf edib günaha batmaqdan (!) fövqəladə dərəcədə
qorxurdular. O halda «Tərcüman» qəzetinin sahibi nə üçün təsis
etdi? Heç şübhəsiz, cəhalət qaranlığında məhv olan milləti maarif
nuru ilə aydınlatmaq və çürüməyə başlayan əzalarını mədəniyyət
ziyası ilə sağaltmaq üçün. Buna əsla şübhə yoxdur. Qəlbi qeyrət,
həmiyyət və mətanət dolu İ.Qaspiralı bütün çətinliklərə sinə gələrək
işə təşəbbüs etdi.
…Xəstənin təbiətini bilib dərman verən təbib kimi millətin
idrak dərəcəsinə və ehtiyacına görə ona xitab edərək böyük səbirlə
onu yavaş-yavaş salamat sahilinə, yəni maarif və mədəniyyətə sövq
etməsi «Tərcüman»ın ən böyük xidməti və təqdirəlayiq məharətidir.
…Millət özünün cahil, elm və maarifə möhtac olduğunu,
maarif və mədəniyyətdən kənar həyatın mümkün olmadığını
Dostları ilə paylaş: |