Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə3/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   2   3   4   5   6   7   8   9   ...   73

 Bütün türklərin tərcümanı



 

9



 ~ 

 

mühitinin  formalaşmasında  əvəzsiz  rol  oynamış  N.Tolstoyun, 



B.Belinskinin,  N.Çernışevskinin,  N.Dobrolyubovun  fikir  və 

ideyalarının əhatəsində  yetişirdi. O, qabaqcıl rus ziyalılarına mehr-

məhəbbət saldığı qədər, şovinist, anti-türk xarakterli rus ziyalılarını 

təmsil  edən  təbəqəyə  qarşı  barışmaz  mövqedə  dururdu.  Bir  sözlə, 

obrazlı ifadə ilə  desək, qaynayan rus mühiti  İ.Qaspiralının  gələcək 

taleyini müəyyənləşdirirdi. 

Pedaqoji  fəaliyyətlə  iddialarını  və  ideyalarını  gerçəkləşdirə 

bilməyəcəyi  qənaətinə  gələn  İsmayıl  Qaspiralı  əvvəlcə  Avropaya, 

sonra  Şərq  ölkələrinə  üz  tutur  (1872).  İstanbul,  Vyana,  Münhen, 

Şturtqarddan  keçərək  Fransaya  gələn  İ.Qaspiralının  təzadlar, 

tərəddüdlərlə  dolu  dünyagörüşündə,  həyatında  yeni  dövr  başlayır. 

Hələ  Moskvada  təhsil  aldığı  illərdə  əxz  etdiyi,  meyl  saldığı 

maarifçilik duyğuları Paris mühitində onda milli intibah ideyalarını 

alovlandırır.  Uzaqdan  –Parisdən  Rus  imperiyasının  əsarəti  altında 

inləyən  əsir  türk  xalqlarının  acı  mənzərəsi,  qaranlıq  dünyası  daha 

aydın  görünürdü.  İ.Qaspiralının  qəlbində  bütün  türk  dünyasını 

nurlandıracaq ideyalar cücərirdi. 

İki  il  –  1874-cü  ilədək  Parisdə  yaşayan  və  tanınmış  rus 

yazıçısı  İvan  Turgenevin  yanında  çalışan  İ.Qaspiralının  Osmanlı 

zabiti  olmaq  arzusu  onu  İstanbula  gətirir.  Lakin  23  yaşlı  gənc  bu 

arzusuna yetişmir: Rusiyanın Osmanlıdakı səfiri İqnatyev ona mane 

olur və İsmayıl yenidən Krıma qayıdır (1875). 

İsmayıl  bəy  doğma  diyarda  fəaliyyət  dairəsini  genişləndirir 

və  həmşəhərlilərinin  etimadını  qazanaraq,  Baxçasaray  bələdiy-

yəsinin  sədri  seçilir  (1875-1884).  Lakin  xəyallarındakıları  gerçək-

ləşdirmək üçün bu post kifayət etmirdi. O, bir qəzet çıxarmaq üçün 

çar  hökumətinə  müraciət  edir  (1877),  cavab  müsbət  olmur.  Rədd 

cavabı  İ.Qaspiralını  məyus  etsə  də,  o,  yolundan  dönmür. 




 Abid  Tahirli



 

10



 ~ 

 

Simferopolda  rus  dilində  buraxılan  «Tavrida»  adlı  qəzetlə  sıx 



əməkdaşlıq  etməyə  başlayır,  Simferopolda  «Tonğuç»,  Tiflisdə 

Ünsizadə  qardaşlarının  mətbəəsində  «Şəfəq  və  Lətaif»,  «Ay», 

«Ulduz»  və  «Günəş»  adlı  kitabçalar  nəşr  etdirir.  1882-ci  ildə 

«Tavrida»  qəzetinin  bir  neçə  nömrəsində  dərc  olunan  məqalələrini 

toplayaraq  «Rusiya  müsəlmanları»  adı  ilə  54  səhifəlik  kitab 

şəklində  türk  dilində  buraxır.  Əsərdə  müəllif  özünü  Rusiyanın 

sədaqətli  təbəəsi  kimi  təqdim  etsə  də,  türk-tatar  toplumunu  açıq-

aşkar  birliyə,  Avropa  mədəniyyətinə  yiyələnməyə  çağırırdı.  Rus 

hökumətinə  xitabən  yazılan  bu  əsərdə  İ.Qaspiralı  eyni  zamanda 

rusların  da  müsəlmanların  maariflənməsinə  əngəl  olmamaları 

fikrini, Rusiyanın həm də, bir müsəlman dövləti sayılması ideyasını 

irəli sürürdü. 

Müəllif  həyəcanla  bəyan  edirdi  ki,  Krımdakı  türklər  də 

daxil  olmaqla,  Rusiya  müsəlmanlarının  milli  kimliklərinin 

itirilməsi  təhlükəsi  vardır.  İ.Qaspiralıya  görə,  ən  əvvəl,  Rusiya 

müsəlmanları,  türk  dilində  danışan  toplumlar  cəhalət  və  iqtisadi 

tənəzzül  bəlasından  xilas  edilməli,  etno-dini  əsaslara  dayanaraq 

bütöv  və  müasir  millət  kimi  formalaşmalıdırlar.  Bu  çətin,  tarixi 

vəzifənin 

öhdəsindən 

yalnız 

bir 


yolla 

gəlmək 


olar: 

maariflənməklə.  Türk  təhsil  sistemi  bu  dildə  danışan  xalqları 

yaxınlaşdırmalı,  nəticə  etibarı  ilə  ortaq  türk  ədəbi  dilinin 

təşəkkülünə  təkan  verməli  idi.  Türk  dilindəki  mətbu  orqan  isə  bu 

vəzifənin  həyata  keçirilməsində  mühüm  vasitə  ola  bilərdi.  Bu 

əsərlə  bağlı  bir  qədər  sonra  daha  ətraflı  bəhs  edəcəyimiz  üçün 

hələlik bunlarla kifayətlənirik. 

 

 

 



 Bütün türklərin tərcümanı



 

11



 ~ 

 

 



Ġ.Qaspiralının Ģah əsəri – «Tərcüman» 

 

Doğma  dildə  qəzet  nəşr  etmək  üçün  ilk  təşəbbüsünün 



nəticəsiz qaldığını görən İ.Qaspiralı qəzet buraxmadan ideyalarının 

reallaşmayacağını  aydın  dərk  edirdi.  Odur  ki,  müəyyən  hazır-

lıqlardan,  o  cümlədən  gələcək  qəzet  üçün  xeyli  sayda  abunəçilər 

topladıqdan  sonra  qəzet  buraxmaq  üçün  növbəti  dəfə  hökumətə 

müraciət etdi. 

İ.Qaspiralıya, nəhayət ki, ruscası ilə birlikdə buraxmaq şərti 

ilə «Tərcüman» qəzetinin nəşrinə icazə verildi. Beləliklə, 1883-cü il 

aprel ayının 10-da Rusiya imperiyasında yaşayan 14 milyonluq türk 

dilində  danışan  xalqların  tarixləri  ərzində  «Əkinçi»  (1875-1877), 

«Ziya»  («Ziyayi-Qafqasiyyə»  (1879-1884)  və  «Kəşkül»dən  (1883-

1891) sonra sayca dördüncü qəzet işıq üzü gördü. 

İlk  vaxtlardan  ciddi  maliyyə  problemləri  ilə  üzləşməsinə 

rəğmən  «Tərcüman»ın  tirajı  artır,  səsi-sorağı  sürətlə  yayılırdı,  onu 

Rusiyadan  uzaqlarda  da  –  Misir,  Əlcəzair,  Çin,  İran,  Hindistan, 

Türkistan,  Rumıniya,  Bolqarıstan  və  s.  kimi  ölkələrdə  alır, 

oxuyurdular.  İlk  nömrəsi  cəmi  320  nüsxə  çıxan  «Tərcüman»ın 

sonrakı  illərdə  tirajı  20  minə  qədər  artmışdı.  Nəşrə  başlayandan 

1905-ci  ilədək  iki  dildə  buraxılan  «Tərcüman»  1905-ci  ildən 

etibarən  bağlananadək  –  10  fevral  1918-ci  ilə  kimi  yalnız  türk 

dilində  nəşr  olunmuşdu.  1912-ci  ildən  qəzet  «Dildə,  fikirdə,  işdə 

birlik»  şüarı  ilə  buraxılmışdır.  1906-cı  ildən  1910-cu  ilədək 

«Tərcüman»ın  mətbəəsində  İ.Qaspiralının  qızı  Şəfiqə  xanım 

(Azərbaycan  Xalq  Cümhuriyyətinin  Baş  naziri  Nəsib  bəy 

Yusifbəylinin  həyat  yoldaşı)  tərəfindən  qadınlar  üçün  Rusiya 

müsəlmanlarının  ilk  jurnalı  on  beş  gündən  bir  səkkiz  səhifəlik, 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə