Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə6/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   2   3   4   5   6   7   8   9   ...   73

 Abid  Tahirli



 

18



 ~ 

 

Sən  də  həkim  idin  və  lakin  ümumi  millətin  ruhunu  müalicə 



edirdin». 

Şəfiqə  xanım  Əfəndizadə  «İqbal»  qəzetində  dərc  etdirdiyi 

«Rəhbərimiz  İsmayıl  bəy  və  qadınlarımız»  adlı  məqaləsində  (29 

sentyabr 1914, № 750) hamının üzərində böyük haqqı olan İsmayıl 

bəyin  ölümü  ilə  bağlı  hər  kəsin  ağladığını,  sızladığını  yazır  və 

İsmayıl Qaspiralını «möhtərəm ata» adlandıraraq qadınların təhsili, 

hüquqları  uğrunda  onun  böyük  fədakarlıq  etdiyini  göstərir. 

Ş.Əfəndizadə  yazırdı:  «İsmayıl  bəyin  qəzetinin  hər  səhifəsində  biz 

qadınlar  barəsində  məqalələrə  təsadüf  edilirdi.  Buna  da  qane 

olmayıb  «Aləmi-nişvan»  adında  bir  məcmuə  nəşrinə  başladı…  Bu 

təşviqlər  sayəsində  hər  tərəfdə  qız  məktəbləri  açdırmağa  müvəffəq 

oldu». 


«Sədayi-həqq» qəzeti, 14 sentyabr tarixli 211-ci nömrəsində 

Haşım  bəy  Vəzirovun  «İsmayıl  bəy  Qasprinski»  adlı  məqaləsini 

dərc etmişdi. H.Vəzirov İ.Qaspiralının vəfatını bütün millətin böyük 

itkisi adlandırır, onun keçdiyi şərəfli yola qısa nəzər salır və sonda 

yazır:  «İndi  növbə  həmin  millətindir  ki,  onu  təqdir  etməklə 

millətimizin  ən  çox  möhtac  olduğu  təzə  İsmayıl  bəylər  yaratsın. 

Bizcə,  İsmayıl  bəy  millətimiz  üçün  o  qədər  nişangahlar,  abidələr 

qoyub  ki,  hər  nə  qədər  məktəblər  və  məktəblilərə  təqaüdlər  təsis 

etsək  də,  onun  zəhmətinin  əvəzini  ödəməmiş  olacağıq.  Lakin 

İsmayıl  bəyin  əsl  əvəzinin  daima  yolunda  mücahidat  etdiyi 

islamiyyətdən çatacağına əminiz». 

«Dirilik»  jurnalı  1914-cü  il  14  sentyabr  tarixli  nömrəsində 

Əliabbas Müznibin «Sevgili atamız İsmayıl bəy» adlı qəzəlini dərc 

etmişdir. 

«Mətanət, mərhəmət, himmət təcəssüm etsə, ey dahi, 

  Çıxar zatın kibi bir qəhrəman dünyayə, vallahi»  




 Bütün türklərin tərcümanı



 

19



 ~ 

 

misraları  ilə  başlayan  əsərdə  Ə.Müznib  İ.Qaspiralının  xidmətlərini 



layiqincə dəyərləndirir və yazır: 

«Sən ey pərvaz edən ruhi-müqəddəs! Bimisal idin, 

Nə növ yanmasın hicrində bu ümmət sənin zira». 

Ə.Müznib  İ.Qaspiralıya  «sevimli  pədər»  deyə  xitab  edir, 

«yatmış, düşkün və talesiz millətə» səadət və qüvvət verdiyini dilə 

gətirir:  

«Əsiri-qəhr olub dilsiz qalan biçarələr, yeksər, 

 Dil açdı tərcüman oldu, o canlı «Tərcüman»ından. 

Arabir  «Tərcüman»nın  da  «bostanına  daş  atan»  və 

ümumiyyətlə, öz səhifələrində nadir hallarda nekroloq verən «Molla 

Nəsrəddin»  jurnalı  da  böyük  İ.Qaspiralının  vəfatı  ilə  bağlı 

başsağlığı dərc etmişdir. 

İstedadlı  publisist,  ictimai-siyasi  xadim,  istiqlal  mücahidi 

Ceyhun  Hacıbəyli  «Kaspi»  qəzetində  (13  sentyabr  1914,  №  204) 

İsmayıl  Qaspiralının  vəfatı  ilə  bağlı  irihəcmli  məqalə  dərc 

etdirmişdir (ətraflı bax: Abid Tahirli. Ceyhun Hacıbəyli İsmayıl bəy 

Qasprinski  haqqında.  «Azərbaycan»  qəzeti»,  18  yanvar  1995). 

Ceyhun  bəyin  fikrincə,  bütün  həyatı  boyu  müsəlmanları 

birləşdirməyə  çalışan  İ.Qaspiralı,  sirli  ölümündən  qabaq  da  onları 

birləşdirdi.  C.Hacıbəyli  İsmayıl  bəyin  vəfatı  xəbərindən  sonra 

müsəlman  cəmiyyətlərində  və  mətbuatdakı  həyəcanı,  dua 

mərasimlərini 

müsəlmanların  öz  liderlərinə  böyük  dəyər 

verdiyindən  irəli  gəldiyini  qeyd  edir  və  yazır  ki,  həqiqətən  də 

müsəlman  olub  İ.Qaspiralı  kimi  bir  xadimi  dəyərləndirməmək 

olmaz. 


Məqalədə 

İ.Qaspiralını  «böyük  idealist»  adlandıran 

C.Hacıbəyli yazır: «Mən mərhum İsmayıl bəylə Petroqrada, bu ilin 

əvvəlində  yerli  müsəlman  cəmiyyətinin  yaranması  münasibəti  ilə 




 Abid  Tahirli



 

20



 ~ 

 

verilən ziyafətdə görüşmüşəm. Onun işləmək ehtirası ilə nəfəs alan 



simasına, canlı, ağıllı gözlərinə baxdıqca qocalıqdan uzaq, qüdrətli, 

güclü səsinə qulaq asdıqca, mən öz-özümə demişdim: bax, bu insan 

öz  zəhmətinin  bəhrəsini  görəcəkdir  və  mən  o  zaman 

yanılmamışdım».  C.Hacıbəyli  İ.Qaspiralının  malik  olduğu 

erudisiyaya  hər  bir  avropalının  da  həsəd  apara  biləcəyini,  Şərq 

dünyası  ilə məşğul  olan Avropa mətbuatında onun hər bir sözü və 

fikrinin  böyük  çəkiyə  sahib  olduğunu,  onun  səsinin  bütün  dünya 

müsəlmanlarının  eşitdiyini,  mühazirələrinin  Hindistanda,  Misirdə, 

Türkiyədə böyük maraqla dinlənildiyini vurğulayır və İ.Qaspiralının 

bütün türklər üçün ümumi dil uğrunda mücadiləsini təqdir edir. 

«Kaspi»nin  həmin  nömrəsində  İ.Qaspiralının  adını  həmişə 

hörmət  və  ehtiramla  çəkdiyi,  əməllərini  təqdir  etdiyi  Əli  Mərdan 

bəy Topçubaşovun  «İsmayıl bəy Qasprinskinin xatirəsi» adlı yazısı 

da  dərc  edilmişdir.  Milli  liderin  itkisinə  işarə  vuraraq, 

Ə.M.Topçubaşov yazırdı:  «Bu kədər bir də ona görə böyükdür ki, 

müsəlmanlar  hələ  öz  xalqına  sədaqətlə  xidmət  edən  ictimai 

xadimlərdən yoxsuldurlar. İndi unudulmaz İsmayıl bəy Qaspiralının 

yerini heç kim vermir».  Ağırdır, acıdır, kədərlidir, lakin həqiqətdir. 

Bu, XX əsrin əvvəllərində – Azərbaycanın intibahı dövründə, böyük 

tarixi şəxsiyyətlərimizin olduğu bir vaxtda olan səmimi bir etirafdır. 

Ə.M.Topçubaşov  da  daxil  olmaqla,  onlar  da  sıradan  çıxandan 

sonrakı  mənzərənin  nə  qədər  dəhşətli  və  faciəvi  olduğunu 

söyləməyə,  İ.Qaspiralının  təbirincə  desək,  nə  hacət?!  Nə  isə… 

Ə.M.Topçubaşov  İ.Qaspiralının  həyat  yolundan  bəzi  məqamları 

qeyd  etməklə,  bu  böyük  fədainin  hansı  inanca,  əqidəyə,  enerjiyə 

sahib  olduğuna diqqəti  yönəldir.  «Tərcüman»ın işıq  üzü görməsini 

müsəlmanlar üçün tarixi gün adlandıran müəllif bu «balaca həftəlik 

qəzetin» 

müsəlmanlar  əleyhinə  sarsıdıcı  məqalələr  yazan 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə