Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə7/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   2   3   4   5   6   7   8   9   10   ...   185

 22

Bütün  bu  keyfiyyətlərin hamısının səbəbi yalnız bir mənbədəndir ki

cənab Qoqol şairdir, əsl həyat şairidir...”

1

 V.Q. Belinski bu sözlərlə əsl 



poeziya nümunələrinin - həqiqi  şerin və  nəsrin xəlqilik, sadəlik, 

həqiqət, orijinallıq kimi mühüm keyfiyyətləri ilə yanaşı, həyat 

həqiqətini təsvir etməyin bədiilik prinsipinin - komizmin də mühüm 

rolunu ümumiləşdirmişdir.  

”Yazıçının vəzifəsi həqiqəti söyləməkdir. Və onu elə 

söyləməlidir ki, yadda qalsın, adamlar onu oxusun və başa düşsün” 

deyən məşhur Amerika yazıçısı U.Folkner də  həqiqi nəsr 

nümunələrinin  şair  əməyinin məhsulu kimi meydana çıxdığını qeyd 

etmişdir. ”Mənim nəsrim poeziyadır” - deyən yazıçı janrlar arasındakı 

rabitəni qəribə düşünmüşdür: ”Mənə elə gəlir ki, hər bir romançı uğur-

suzluğa uğramış  şairdir. Daha doğrusu, adam əvvəlcə  şeir yazmağa 

çalışıb,  əmin olub ki, bacarmır. Bunun ardınca, öz formasının 

mürəkkəbliyinə görə poeziyadan sonra ikinci yerdə duran hekayə jan-

rını təcrübədən keçirib. Lakin burada da məğlubiyyətə uğrayaraq, ro-

man yazmağa başlayıb.”

2

 Folkner burada konkret bir yazıçıdan deyil, 



ümumən romançı-yazıçının yaradıcılıq yolundan danışır və bu 

sözlərdən o da aydın olur ki, hər bir nəsr əsəri həyat həqiqətini yüksək 

bədii formada əks etdirirsə, o, bir poeziya nümunəsi kimi qəbul ol-

unur.  


Bizim  ədəbiyyatımız yeni realist nəsrin inkişafı sahəsində     

C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, B.Talıblı, 

T.Ş.Simürğ, Qantəmir, M.S.Ordubadi, Mir Cəlal, S.Rəhman, 

M.İbrahimov, S.Rəhimov, H.Mehdi, Ə.Əbülhəsən,  Ə.Vəliyev, 

B.Bayramov,  İ.Şıxlı kimi görkəmli sənət ustalarına minnətdardır. 

Hazırkı  nəsrin aparıcı qüvvələri - İ.Hüseynov, S.Əhmədov, 

F.Kərimzadə, Anar, Elçin, Y.Səmədoğlu,  Ə.Əylisli,  İ.Məlikzadə, 

S.Azəri, M.Süleymanlı və b. hekayə və povestlərlə irəliləyərək 70-80-

ci illərdə ədəbiyyatımızı zənginləşdirmişlər. İ.Hüseynovun ”Məhşər”, 

”İdeal”, F.Kərimzadənin ”Qarlı  aşırım”, ”Xudafərin körpüsü”, 

”Çaldıran döyüşü” romanları, S. Əhmədovun dalbadal nəşr etdirdiyi 

”Yaşıl teatr”, ”Toğana” və s. əsərləri, Anar, Elçin, Y.Səmədoğlu, 

İ.Məlikzadə, S.Azəri və başqalarının 80-ci illərdə meydana çıxan ilk 

romanları (”Beşmərtəbəli evin altıncı  mərtəbəsi”, ”Mahmud və 

Məryəm”, ”Qətl günü”, ”Qırmızı yağış”, ”Dalanda” və s.) 

ədəbiyyatımızda roman janrı sahəsində böyük bir canlanma idi.  

                                                           

1

 Â.Ã.Áåëèíñêè. Ðóñ ÿäÿáèééàòû êëàññèêëÿðè ùàããûíäà,Áàêû, 1954, ñ.286.. 



2

 Ó.Ôîëüêíåð. Ñòàòüè. Ðå÷è. Èíòåðâüþ.Ïèñüìà.- Ìîñêâà,1985, ñ.21 




 23

Ən müdrik olan zaman özüdür və zaman özü bu əsərləri saf-

çürük edəcəkdir.  İndilikdə onu deyə bilərik ki, bu əsərlər içərisində 

həqiqi poeziya nümunələri var və onlar gələcəkdə də oxucunu özünə 

cəlb edəcəkdir. Bu əsərlərdən və xüsusilə  İ.  Əfəndiyevin həqiqi 

poeziya nümunəsi olan nəsrindən çox şey öyrənmək olar.  

 

 

Biz burada nəsrin bir sıra səciyyəvi əlamətlərini nəzərdən ke-



çirməyə çalışdıq. Bütövlükdə nəsr problemlərinin tədqiqi böyük qüvvə 

və uzun axtarışlar tələb edir.  



 

1982-1996  

 

 



 

 

 

 

 


 24

MİRZƏ  CƏLİLİN  HAQ YOLU 

 

M. F. Axundovun milli dilimizin inkişafı sahəsində 



xidmətlərindən bəhs edərkən prof. B.Çobanzadə yazırdı ki, onun ədəbi 

dilimizə  gətirdiyi yenilik ”Kolumb yumurtası kimi çox sadə  və  bəsit 

idi: canlı dili ədəbiyyata daxil etmək.”

1

. Kolumb bütün əfsanələri puç 



edərək Yerin kürə şəklində olduğunu əməli şəkildə sübut etdiyi kimi, 

M. F. Axundov da milli dilimizin inkişafı üçün canlı xalq danışıq 

dilinin yeganə  və  əsas mənbə olduğunu,  ədəbi dil ilə canlı xalq dili 

arasındakı uçurumun məhv edilməsinin labüdlüyünü öz yaradıcılığı ilə 

parlaq  şəkildə isbat etdi. Onun nəzəri və xüsusən praktik işi - ko-

mediya dili milli ədəbi dilin elə sürətli inkişafını  təmin etdi ki, 

Volqaboyu tatarları müstəsna olmaqla, qalan türkdilli xalqlar belə bir 

inkişaf səviyyəsinə yalnız 1905-ci il inqilabından sonra nail oldular

2



İndi XX əsrin başlanğıcında, kapitalizmin sürətli inkişafı dövründə - 



ədəbi dilin müxtəlif təmayüllər tərəfindən milli zəmindən uzaqlaş-

dırıldığı, Mirzə Fətəlinin böyük ideyalarının təhlükə qarşısında qaldığı 

dövrdə canlı xalq dili ilə  əlaqəni daha da möhkəmləndirmək, rəsmi 

dairələrdə, mətbuatda, elmi və bədii kitablarda onun hüquqlarını təmin 

etmək və genişləndirmək uğrunda gərgin mübarizə zərurəti ortaya çıx-

ırdı. C. Məmmədquluzadə bu zərurəti vaxtında və tam mənası ilə başa 

düşən, onu həyata keçirmək uğrunda var qüvvəsi ilə çalışan  ən 

görkəmli sənətkarlarımızdan biri oldu.  

C. Məmmədquluzadə hələ inqilabdan əvvəl ədəbi-bədii dilin, 

mətbuat dilinin təmizliyi və inkişafı, bədii dil ilə xalq dili arasındakı 

səddin məhv edilməsi, xalq dili söz və ifadələrinin bədii dildə üstün və 

aparıcı mövqeyi, dilin sadəliyi, təbiiliyi və təmizliyi uğrunda görkəmli 

bir jurnalist və yazıçı kimi yorulmadan mübarizə aparmışdır. Böyük 

ədib 20-dən artıq felyetonunda ya bilavasitə, ya da dolayı yolla dilin 

saflığı,  əlifba və orfoqrafiya, ədəbi-bədii dil və  mətbuat dili kimi 

mühüm məsələlərə toxunmuşdur.  O,  publisistik məqalə və çıxışları, 

kəskin ifşaçı felyetonları ilə canlı xalq dilini təbliğ və təşviq etməklə, 

yad təmayüllərə qarşı amansız mübariz kimi tanınmış, monumental 

hekayə və pyesləri ilə xalq dilinin ecazkar qüvvəsini, sadəlik, şirinlik, 

ifadəlilik xüsusiyyətlərini praktik və əyani şəkildə ortaya çıxarmışdır. 

Böyük  ədib cəmiyyətin, millətin həyatında dilin misilsiz rolunu 

                                                           

1

 Á.×îáàíçàäÿ.Éàçû÷ûëàðûìûçûí äèëè ùàããûíäà. «Èíãèëàá âÿ ìÿäÿíèééÿò», 



1933, ¹ 3. 

2

 Á.×îáàíçàäÿ. Ì.Ô.Àõóíäîâäà àçÿðè ëÿùúÿñè. «Ìààðèô èø÷èñè»,1928, ¹ 3. 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə