Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə9/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   5   6   7   8   9   10   11   12   ...   185

 28

Onun danışığından anası və bacısı heç bir şey başa düşmür, qardaşları 

isə hədsiz dərəcədə diltəngdirlər.  

”S ə m ə d  V a h i d. İzdivaci-niyyət edib, toğrudan-toğruya 

mülaqatda bulunmaq, zərrə qədər eyb törətməz, zənnindəyəm.  

M i r z ə    M  ə m m ə d ə l i (Hirslə, Səməd Vahidə). Allah 

xatirinə öz dilində danış!” 

Yaxud:  


”S ə m ə d  V a h i d. Cocuq ağlamasın, bən şeir yazıyorum 

(Gəlib oturur yerində və Rüstəm bəyə). Dadaş, ədəbiyyatdan lazımsa, 

nümunə olaraq, bir şeir deyim yaz lüğətə.  

R ü s t ə m  b ə y. Nə eybi var. Amma bu şərt ilə açıq olsun, 

yoxsa, doğrusu, mən sənin dilini qanmıram.  

S  ə m ə d  V a h i d (Kağızlarını  əlləşdirir və bir yerdən 



şairanə oxuyur).  

  

Ənzari-şəbabımda pədidar olan ey zill! 



  

Ey zilli-tüluat, oluyorsun yenə peyda! 

 

R ü s t ə m  b ə y (”eh” eləyib çönüb gedir öz stoluna tərəf). O 



dili mən özüm qanıram ki, lüğətə də yazım?” 

Senzorun suallarına onun cavabı bunlardır: ”Əvət, həpsi Əş’-

ardır”. ”Əvət.” ”Həpsi Türkiyə  əş’arıdır”, ”Bən  özüm  də  şairəm,  

kəndim də  cəmiyyəti-xeyriyyə  məktəbində elmi-qafiyə  dərsi diy-

orum”və s. Doğrudan da, onun kitab rəfində ”Türkiyə əş’arından” baş-

qa, bir şey tapılmır. Senzor  bu  kitabları vərəqlədikcə bəzi  nümunələr 

oxumağa cəhd edir. Yazıçı  bu yolla da Səməd Vahidi  ifşa  etməyə 

çalışır. Senzorun oxuya bildiyi  şeir  parçaları qəliz bir dildə yazılmış 

məzmunsuz nəzmdən  ibarətdir. Bu  şeir parçaları  dramaturq  tə-

rəfindən seçilib əsərə salınmamışdır. Bunların çoxu türkpərəst mü-

əlliflərin sevimli şah beytlərindən olub, onların dili və dünyagörüşləri 

üçün çox tipik idi. Səməd Vahidin oxuduğu  şeir parçası ”Faust”dan 

guya Azərbaycan dilinə tərcümə olub, hətta bir müddət dərs kitablarını 

daxil edilmişdir.  Ədib bu cür tərcümələrin boş taqqıltıdan ibarət 

olduğunu, azərbaycanlı oxucuya heç bir şey çatdırmadığını göstərmək 

üçün bəzən şerin bəhrini də verir ki, belə hallarda kinayə daha da kəs-

kinləşmiş, məsxərə daha da güclənmiş olur:  

”Senzor (bu kitabı qoyur, o biri kitabı gtürüb oxuyur).  

  

Failatün, failatün, failatün, failat.  

  

Şö’ləyabi, xaki-paki, inkişaki-təntəraq.” 



 

Aslan bəy ana dilinə münasibətdə, əqidəcə Rüstəm bəylə, Mir-




 29

zə Bəxşəli Mirzə Məmmədəli ilə birləşdiyi kimi, Hüseyn Şahid də hər 

cəhətdən Səməd Vahidə oxşayır. O, Səməd Vahidin dostu və ”gənc 

ədib” yoldaşlarındandır. Guya hər ikisi Azərbaycan dili müəllimidir. 

Bunlar dərs dedikləri məktəbdə Azərbaycan dilini ərəb, fars söz və 

tərkibləri ilə çulğaşmış türk dili ilə  əvəz etdikləri üçün xeyriyyə 

cəmiyyətinə  şikayət verilmişdir ki, ”ədəbiyyat dərsləri nəhayət 

çətinləşib və bizim öz milli Azərbaycan dilimiz bilmərrə  nəzərdən 

salınıb.” Bu şikayətə cavab vermək üçün ”Möhtərəm ə’zayi-əncüman 

həzrətlərinə öz ixlasımı  təqdim edib, mətləbin  ən ibtidasından bir 

şəmmə izahat verməyi fərz və qərz bilib, iltimas ediyorum, əfəndim” 

sözləri ilə çıxışa başlayan Hüseyn Şahid nitqini bu sözlərlə bitirir:  

 

  

”İştə kələbəklər kimi qarlar düşüyor,  



  

Sanki bir nur eniyor hər fidana,  

  

Lakin  əgləncə olurkən adana,  



  

Yavru cocuqlar üşüyor! 

 

Ağalar, bu deyilmi milli ədəbiyyat! Bu deyilmi milli türk li-



sanı!” 

Hüseyn  Şahid Azərbaycan dilini və Azərbaycan  ədəbiyyatını 

belə başa düşür. Bəla bundadır ki, o öz qəbahətini anlamır və tutduğu 

yolu düzgün sayır. Bu, heç şübhəsiz, hüseyn şahidlərin aldıqları 

tərbiyə və təhsillə əlaqədardır.  

Tamamilə  aşkardır ki, üç qardaş üç təmayülü  təmsil  edir. 

Ədibin üç qardaşla kifayətlənməməsi, Aslan bəy, Mirzə Bəxşəli, Hü-

seyn  Şahid kimi onlardan da qatı mürtəce obrazlar yaratması o 

deməkdir ki, üç qardaş tək deyil; bu cür qruplaşma təsadüfi olmayıb, 

bir axın şəklindədir. Təcrübə göstərir ki, hadisələrin qızğın dövründə 

onun mahiyyətini tam dərk etmək və düzgün qiymətləndirmək hamıya 

müyəssər olmur. Yalnız dahilər qarışıqlıq və qaranlıq içərisində işıqlı 

yolu seçə bilirlər. C.Məmmədquluzadənin böyüklüyü bir də ondadır 

ki, Azərbaycan dilinə, Azərbaycan mədəniyyətinə yabançı olmuş bu 

meyilləri satiranın gücü ilə vaxtında amansız şəkildə qamçılamışdır.  

Əsərdə ana - Zəhrabəyim, bacı - Gülbahar və çobanlar - 

Qənbər, Zaman, Qurban xalqı, geniş kütləni təmsil edirlər. Ana və 

Gülbahar vətənin - Azərbaycanın simvoludur. ”Ana - yabançılar və 

yadlar təzyiqi, təsiri və  təhqiri altında  əzilmiş, didilmiş, parçalanmış 

Azərbaycandır!”

1

.  


                                                           

1

 Ìèðçÿ Èáðàùèìîâ.Áþéöê äåìîêðàò, Áàêû, 1957,ñ.152. 




 30

Ana həmişə narahatdır. O, oğlanlarının dilini başa düşə bilmir, 

onların dava-dalaşı ananın ürəyini sıxır. Xeyriyyə cəmiyyətinin yığın-

cağında çıxış edənləri dinlədikdən sonra ananın: ”Qızım, bu adamlar 

nə danışırlar?”- sualına Gülbahar cavab verə bilmir, çünki müxtəlif 

istiqamətlərdə, müxtəlif dillərin qarışığından qurulmuş bu anlaşılmaz, 

cansıxıcı nitqlər onu mürgülədir.  Ədib çox ustalıqla çatdırır ki, 

Rüstəm bəyin, Mirzə  Məmmədəlinin, Səməd Vahidin və onların 

həmkarlarının dilini təkcə ana deyil, ”müsəlmanca oxumuş” Gülbahar 

da anlamır. Gülbahar özü də bunu dəfələrlə etiraf edir. Qardaşlardan 

hər biri onu öz dostuna ərə verməyə çalışır. Gülbahar xeyriyyə 

cəmiyyətində qardaşlarının namizədlərini dinlədikdən sonra deyir: 

”Qardaşlarım, vallah, sözün doğrusu budur ki, çobanların danışığından 

savayı, mən bir şey başa düşmədim.” Gülbaharı, dediyimiz kimi, qar-

daşların hər biri öz məsləkdaşına təslim etmək fikrindədir. Gülbahar 

isə ilk növbədə onların dilinə nəzər salır və buna görə də həqiqi vətən 

övladlarına - çobanlara rəğbət bəsləyir, qardaşların ayrılmasının, 

xalqın parçalanmasının  səbəbini onların oxuduğu kitablarda, 

beləliklə, aldıqları tərbiyədə,  təhsildə görür. Kitablar simvolik şəkildə 

müxtəlif təmayüllərin təsir mənbəyi kimi verilmişdir. Buna  görə də o 

həmin  kitabları bir-bir cırıb yandırır. Gülbaharın  son səhnədə  tez-tez 

təkrar etdiyi: ”Nə üçün hamı bir tərəfə    getmir?    Nə üçün  hərə bir  

tərəfə gedir?”  sualları çox mənalıdır. Bununla o, ananın dediyi kimi, 

”vətənin min dərd-səri” olduğu bir zamanda vətən övladlarının müx-

təlif cəbhələrə parçalanmasının səbəblərini tapmağa çalışır, bu 

vəziyyətə  hədsiz təəssüf edir. O, qardaşlarının bütün kitablarını 

yandırdıqdan sonra ”ucadan mütəəssiranə” deyir: ”Qaldı bircə kitab, 

bu da anamın kitabı”. Bu kitabda vaxtilə ata öz əli ilə yazmışdır: ”Mən 

etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı  gəzib do-

lansalar, genə  əvvəl-axır anaları  Zəhranın  ətrafında gərək dolanalar; 

çünki ay və ulduz şəmsin zərrələri olan kimi, bunlar da analarının ayı 

və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu poz-

maq istəyə! Onun insafı və vicdanı ona müdamülhəyat əziyyət edəcək, 

nə qədər canında nəfəs var, peşiman olacaq.” 

Gülbahar atasının bu vəsiyyəti ilə qardaşları birləşdirməyə, dil 

birliyi, vətən və millət birliyi yolunda çalışmağa çağırır. Onları başa 

salmaq istəyir ki, xalqının dilini sevməyən, milli dilini bilməyən 

adam, dilin timsalında öz vətənini, öz xalqını da unutmuş olur, belə 

şəxslər xalqa yad olur, həmişə vicdan əzabı çəkir, xalqın hafizəsində 

özünə yer tuta bilmir.  

Lakin  əsərdən göründüyü kimi, Səməd Vahid kimilər vicdan 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə