18
kütləsi 65000-ə çatır. Yüksək təzyiqin tətbiqi polimerləşmənin qalın divarlı
borularda və istilik mübadiləsi sahəsi məhdud olan aparatlarda aparılmasını tələb
edir.
Alçaq təztiqdə polietilen istehsalı. Alçaq təzyiqdə polietilen almaq üçün
etileni 3-5 at təzyiq və 80°S temperatur şəraitində metal-üzvü kataiizatorların
iştirakı ilə suspenziyada polimerləşdirmək lazımdır.
Katalizator kompleksi havanın oksigeni və nəmliyin təsirindən asanhqla
dağılır. Odtır ki, qarışıqdan təmizlənmiş etilenin polimeıiəşməsi susuzlaşdırılmış
həlledici mühitində və azoatmosferində aparılır. Polimeıiəşmə sürəti və alınan
polietilenin xassələri katalizatorun aktivliyindən və qatıhğından, prosesin
temperatur və təzyiqindən asıhdır.
Katalizatorun aktivliyi alüminium alkilləri və titan dördxloridin mol nisbətləri
ilə müəyyən edilir. Bu nisbətləri dəyişməklə polimeıiəşmə prosesini tənzimləmək
və istənilən xassəyə malik polietilen almaq mümkündür. Titan dördxloridin
miqcları artdıqca polimerləşmə sürəti və polietilenin çıxımı da artır, lakin onıın
molekul kütləsi azalır. Məsələn, molekul kütləsi 70000-350000 olan polietilen
almaq iiçün iıçetüalüminium ilə titan dördxloridin nisbəti 1:1 və 1:2 olmalıdır.
Polimeıiəşmə prosesinin optimal temperaturu 70
(,
-80°S-dir. Bundan yüksək
temperatuıiarda katalizator parçalanır. nəticədə prosesin sürəti aşağı düşür.
Təzyiqin yüksəldilməsi prosesi sürətləndirilməsinə səbəb oltır, lakin istiliyin
dəfedilməsini çətinləşdirir. Polimerin molekul kütləsini və ərimə indeksi
göstəricisini tənzimlənmək üçiin reaksiya mühitinə hidrogen verilir.
Oıta təzyiqli polietilen istehsah. Orta təzyiqli polietilen həlledici mühitində
130-170°S temperaturda və 35-40 at təzyiqdə katalizatorların iştirakı ilə etilenin
polimerləşdirilməsi nəticəsində alınır. Katalizator kimi alümosilikat üzərinə
çəkilmiş dəyişkən valentli metallann (Cr,Mo,V) oksidlərindən istifadə edilir.
Sənayedə əsasən altı valentli xlor oksidləri katalizatoıiarı işlədilir. Belə
katalizatorlar alümosilikata xrom oksidin sulu məhlulunu hopdurmaqla hazırlanır.
Alınan suspenziya bir neçə dəqiqə saxlamldıqdan sonra süzülür və xrom oksidləri
hopdurulmıış daşıyıcı (alümosilikat) 100-200°S-də qurudulur.
19
Katalizatorun aktivləşdirmə temperaturu katalizatorun aktivliyinə, alınan polimerin
molekul kütləsinə və onun çıxmıma böyiik təsir göstərir.
Polimerləşmə temperaturu artdıqca prosesin sürəti artır, orta molekul kütləsi isə
azalır.
Poletilenin xassələri və təzyiqi. Polietilen qoxusuz. bərkliyi az olan
termoplastik polimerdir, kristal quruluşu vardır. Lakin kristallaşma dərəcəsi heç
vaxt 100%-ə çatmır, onun tərkibində həmişə amorf faza da olur. Bu fazaların
nisbəti polietilenin ahnma üsullarmdan asılıdır. Az sıxlıqh (0,918-0,930 q/snv)
polietilenin tərkibində 55-65"'o, orta sıxlıqh (0.931-0.945 q/snv) polietilenin
tərkibində 66-73" və yüksək sıxhqlı (0.946-0.970 q/snv) polietilenin
tərkibində 74-95 kristal faza olur.
Polietilen oksigensiz mühitdə 290°S temperatura kimi davamhdır. 290-350°S-
də o
;
alçaqmolekullu polimeıiərə, 350°S-dən yiiksək temperatuıiarda isə
alçaqmolekullu maye madüələrə və qaz halında olan biıiəşmələrə (butilen,
hidrogen, eıilen, etan və s.) parçalanır.
Polietilen adi şəraitdə heç bir həlledicidə həll olmur. lakin ıızun müddət
alifaük, aromatik və xloıiaşdırılmış karbohidrogenlər mühitində olduqda şişir.
Suya davamhğ yüksək olan polietileni uzun müddət distilb edilmiş suda saxladıqda
onun dielektrik xassələri dəyişilməz qalır. 70°S-yə qədər qızdırıldıqda toltıol və
ksilolda, petroleum efırində və mineral yağlarda zəif həll olur. Lakin yüksək
temperattırda qızdırıldıqda belə stıda. alifatik spirtlərdə, qliserin və asetonda həll
olmtır.
Ümumiyyətlə, polietilenin molektıl kütləsi və kristallaşma dərəcəsi artdıqca
həllolma qabiliyyəti azalır. Polietilen adi şəraitdə zəif sulfat.nitrat turşuları. qatı
xlorid. fosfor, qarışqa və sirkə ttırşularmın təsirinə. 60
0
C-yə qədər temperatur
şəraitində duzların, qələvilərin zəif və qatı məhlullarının, 50%-li sulfat turşusunun,
40%-li nitrat turşusuntın qatı xlorid turşusunun təsirinə davamlıdır. Adi şəraitdə
saxlandıqca «qocaldığı» üçiın tərkibinə müxtəlif maddələr əlavə etməklə
polietileni sabitləşdiriıiər. Sabitləşdirici kimi cüzi miqdarda fenil-a-naftilamin,
krezilolpropan və s. götürülür. Polietilenin xassələri günəş şüalarının
20
(ultrabənövşəyi şüalanma) təsirindən pisləşir. Onun kövrəkliyi artır, səthində çatlar
əmələ gəlir və dielektrik itkilərinin tangensi yüksəlir. Bunun qarşısını almaq üçün
polietilenin tərkibinə dudy və sink oksidi (2
0
-ə kimi) əlavə edilir.
Polietilendən hazıırlanmış nazik lövhələr su buxaıiarmı olduqca az. O: və SO:
isə çox yaxşı keçirir. Buna görə də polietilendən qiymətli qablaşdırma materiah
kimi istifadə olunur.
Polietilenin mexaniki xassələri onun molekul kütləsindən və kristallaşma
dərəcəsindən asılıdır. Belə ki. polietilcnin molekul kütləsi və kristallaşma dərəcəsi
artdıqca onun mexaniki xassələri də yüksəlir (dartılınaya davamlıhğı 35- 35(3
kQ/sm
2
, nisbi uzanması 100-800%). Polietilen alçaq temperaturlarda kövrəkləşir.
yüksək temperaturda isə yumşalır. Onun yumşalma temperaturu 105-135"S-dir.
Polietilenə şnek maşınlarında vərdənələrdə 0.0005-0.2%-ə qədər rəngliyici
maddələr əlavə etməklə müəyyən rəng vermək olar.
Polietilenin fıziki-mexaniki xassələri müxtəlifdir (cədvəl ). Polietilen yüksək
dielektrik xassəli materialdır, onıın elektrik xassələri dielektrik itkisinin tangensi,
xüsusi həcmi elektrik müqaviməti və dielektrik keçiriciliyi (E) geniş temperatur
diapazonunda (-80-100°S) olduqca az dəyişir. Polietilen radiotexnikada. kabel,
kimya, tibbi və s. sənaye sahələrində geniş tətbiq olunur. Polietilen borulardan və
nazik lövhələrdən kənd təsərrüfatında istifadə edilir.
Polietilenin fiziki-mexaniki xassələri
Cədvəl 1
Göstəricilər
Yüksək
təzyiqlə
alınan polietilen
Orta
təzyiqdə
alınan polietilen
Alçaq
təzyiqdə
alınan polietilen
Ərimə indeksi,q/10
dəq
0,3-20
-
0,1-10
Sıxlıq, q/sm
3
0,916-0,935
0,96-0,97
0,945-0,955
Dartılmaya
möhkəmlik həddi,
kQ/sm
3
120-100
270-300
220-320
Əyilməyə
möhkəmlik həddi,
120-170
250-400
200-350