66
zadənin «Turan» əsəri Azərbaycanda və Türkiyədə bu
mövzuda, bu adda ilk şeirdir. Ondan sonra bir çox şairlər
türkçülük və turançılıq ruhlu əsərlər yazmışlar.
Ə.Cavad yaradıcılığının ilk mərhələsindən türkçülük,
turançılıq ruhunda şeirlər yazmağa başlamış, axıra qədər
bu yolun yolçusu olmuşdur. Odur ki, Balkan və Birinci
Cahan savaşları dövründən gələn turançılıq ideyası şairin
Xalq Cümhuriyyəti illərindəki əsərlərindən də qırmızı xətt
kimi keçir. Hələ 1914-cü ildə yazdığı «Şeirim» mənzumə-
sində «Adak-adak gəzmək istər könlüm Turan ellərini»
deyən şair Kəbə qədər müqəddəs saydığı Turanın o
zamankı durumunu rəmzi şəkildə əlindəki sönük məşələ
bənzədir və özünü bu yolun yolçusu sayırdı, «Mən bir
Turan yolçusuyam, əlimdə bir sönük məşəl» deyə, bu
məşəlin alovlanacağına inanırdı.
Doğrudan da, «XX əsrin ilk onilliklərində Türkiyə
Osmanlı imperatorluğunun hüdudlarından kənardakı türk-
lər üçün sözün həqiqi mənasında bir Məkkə Timsalında
idi. Azərbaycan, tatar, başqırd, qazax, özbək, uyğur və s.
xalqların, habelə avropada yaşayan türklərin nümayən-
dələri yeniliyə, inkişafa, daha geniş anlamda isə türklüyə
və islama xidmət üçün bu məmləkətə üz tuturdular» (86,
31-32).
Bunu da deyək ki, Ə.Cavad da Türkiyə türkçüləri
kimi, Turanın mərkəzinin məhz Azərbaycan olduğu
inamında idi. Odur ki, Bakını fəth edən əsgərlərə ithaf
etdiyi «Türk ordusuna» şeirində deyirdi:
Ey şanlı ölkənin şanlı ordusu,
Unutma Qafqaza girdiyin günü!
Gəlirkən qovmağa Turandan rusu
Ayağını Qara dəniz öpdümü?! (42, 152)
67
Şair bütün Türküstana hürriyyət ziyasının Azərbay-
candan yayılacağı ümidində idi. O, Orta Asiyanı, Altayı,
Sibir türklərinin yaşadığı bölgələri belə Türküstan, Turan
elləri adlandırır, onların da özünü anlamasını istəyirdi.
Şair milli bayrağımıza həsr etdiyi bir şeirində açıqca
deyirdi:
Türküstan yelləri öpüb alnını,
Söylüyor dərdini sana, bayrağım!
Üç rəngin əksini Quzğun
*
dənizdən
Ərmağan yollasın yara bayrağım! (42, 137-138)
Və yaxud:
… Gedərkən Turana çıxdın qarşıma,
Kölgən – Dövlət quşu, qondu başıma! (42, 138)
Ə.Cavad yeni görüşlü ədib və mühərrirlərin yaratdığı
ədəbi cəmiyyətin də daimi üzvü idi (125, 146). Cəmiyyət
«Qırmızı qaranlıqlar içində yaşıl işıqlar» (Ə.Hüseynzadə)
kəlamı ilə bağlı elə «Yaşıl qələm» adlanırdı. Bu cəmiyyət
İstanbuldakı «Türk ocağı»nın Bakıda açılan şöbəsi əsasın-
da yaranmışdı. «Türk ocağı»nın əhəmiyyəti haqqında
M.B.Məmmədzadə yazırdı: «Mən keçmişdə və gələcəkdə
elə bir mədəni təşkilat zənn etmirəm ki, «Türk ocağı» qə-
dər əhəmiyyət və qiymətə malik olsun. Parça-parça olmuş,
müstəqil millətlər halinə gəlmiş türk xalqlarını dil, hüsni-
ədəbiyyat və tarixcə ümumiləşdirmək, mədəni bir türk milləti
yaratmaq vəzifəsini öhdəsinə alan bu cəmiyyət nə qədər ağır
və mühüm bir məqsəd ilə çalışmış olur» (61, 89; 124).
Azərbaycada bütün işlər əsasən «Yaşıl qələm» ədəbi
cəmiyyəti vasitəsilə həyata keçirilirdi. Burada M.Ə.Rəsul-
*
Хязярдян
68
zadə, Ü.Hacıbəyli, S.Hüseyn, Ö.Faiq, N.Vəzirov, Ə.Haq-
verdiyev, H.Cavid, M.Hadi, A.Şaiq, C.Cabbarlı ilə
birlikdə Ə.Cavad da yaxından iştirak edirdilər.
Ə.Cavadın türkçülük və turançılıq ideyaları, əsasən,
Osmanlı ədəbiyyatından, azadlıq və türkçülük mücahidlə-
rinin əsərlərindən qaynaqlanırdı. Xüsusilə, (Namiq Kamal
(1840-1888) Tofiq Fikrət (1840-1915), Mahmud Əkrəm
Rəcaizadə (1847-1914), Əbdülhəq Hamid (1851-1937),
Məmməd Akif Ərsoy (1873-1936), Rza Tofiq (1867-
1949), Məmməd Əmin Yurdaqul (1869-1944) kimi
görkəmli şairlərin vətən, millət, milli mübarizə mövzulu
şeirləri ona bir örnək olmuşdur. Bunu janr, üslub, xalq
dilindən bəhrələnmə məsələlərində də duya bilirik.
Düzdür, Azərbaycan şairlərindən T.Fikrətdən ən çox
M.Hadi təsirlənmiş, ona şeirlər də həsr etmişdir. Ancaq
əksər romantiklərimiz dil, üslub baxımından onun sənət
çeşməsindən faydalanmışlar. Hətta A.Səhhət özünün
1912-ci ildə çıxan ilk şeirlər kitabını onun şərəfinə «Sınıq
saz» adlandırmışdır. M.Hadi də Tofiq Fikrət kimi
şeirlərində ərəb-fars tərkiblərinə çox yer verirdi. Ə.Cavad
isə onun heca vəznində və sadə dildə yazılan şeirlərini
özünə daha yaxın hiss edir və onun sənətkarlığından,
vətən mövzulu şeirlərindən faydalanırdı. Bəzi şeirlərində
mövzu yaxınlığı da var idi. Belə ki, T.Fikrətin Türkiyə-
Yunanıstan savaşı sırasında yazdığı «Millət» (1908)
şeirindəki «Gəl qardaşım, annən sənə möhtac, ona qoşak»
kimi misralardakı Vətən, millət çağırışları Ə.Cavada tanış
idi, onun bu mövzudakı silsilə şeirləri ilə səsləşirdi.
Mən ki, tufanı yoldaşım sanıram,
Bahari-ümmanı sirdaşım sanıram (144, 210)
kimi şeirləri isə onu dil sadəliyi baxımından maraqlan-
69
dırırdı.
Prof. Ə.Saraçlı Ə.Cavadın Türkiyə şairlərindən
təsirlənməsi məsələsindən bəhs edərkən, onun «Şükriy-
yənamə»sindəki bəzi sevgi şeirlərinin Osmanlı şeirini dil
və üslubca yeniləşdirən görkəmli şairlərdən M.Ə.Rə-
caizadə şeirləri ilə eyni ruhda, eyni ahəngdə olmasını da
nəzərə çatdırır (112, 166-167).
Ə.Cavad poeziyasına Rza Tofiqin təsiri daha
güclüdür. Çox güman ki, bu işdə Rza Tofiqin İstanbulda
H.Cavidə dərs deməsinin və H.Cavidin də Gəncə
gimnaziyasında tələbəsi Ə.Cavada Türkiyə ədəbiyyatı və
sənətkarları, o sıradan R.Tofiq haqqındakı söhbətlərinin az
təsiri olmamışdır. Ə.Cavad R.Tofiq kimi, heca və əruz
vəznində şeirlər yazsa da, onu R.Tofiq poeziyasına
bağlayan türkçülük, fikrin bədii-fəlsəfi ifadəsi, incə
lirizmi və dilinin anlaşıqlı olması idi. Hər iki şairin
qoşma, bayatı şeir janrlarına tez-tez müraciət etmələri də
bununla bağlıdır. R.Tofiqin «Divan» qoşması ilə
Ə.Cavadın «İmdad» (və ya «Heyhat») şeirinin janr, mövzu
və ruh baxımından yaxınlığı göz qabağındadır.
R.Tofiqin «Divan» qoşması:
Fəlakət bağını gəzdim sərsəri,
Fəryadü-zarımı duyan qalmamış!
Aradım o şahin, yiit ərləri,
Yatdıqları yerdən nişan qalmamış!
Gülləri soldurmuş ələm yaşları,
Qaralar bürümüş yaslı başları.
Köyləri kuşatmış
*
məzar daşları,
Səsimə səs verən bir can qalmamış!
*
кяндляри чеврялямиш
Dostları ilə paylaş: |