Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə28/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

 
 
94 
dəki yaş danələri də elə quruyur» (133, 2). Nəşr variantında 
isə bu daha sadə və poetik şəkildə verilib:  
Səhər vaxtı günəş çıxıb gül üzünə.  
Məhəbbətin gül çiləyib gül üzünə! (43, 105)  
 
Və yaxud:  
 
…Bu ahı dem-be-demimde benim de, ey dilber,  
Senin cemalin eder kesbi adu tab-ı diger (136, 38-39).  
 
Bu beyti Ə.Cavad belə çatdırıb:  
 
Bu ah… dəmadəmizdə məni də ay dilbər,  
Sənin cəmalın edir, binəş ilə bərabər (43, 105).  
 
Ə.Cavad  əsərin  ideya  və  məzmununu  saxlayaraq 
özünəməxsus  yaradıcı  bir  yolla  getmiş,  azadlıq  və 
müstəqillik  ideyasını  qabarıq  vermək  üçün  müəyyən 
ixtisarlar  da  aparmışdır.  Məsələn,  Ə.Hamidin  «Duxtəri-
Hindu»sunun  III  məclisindəki  Surucu  ilə  Toromtorun 
(Rayçaran)  söhbəti  «Hind  gözəli»ndə  verilmir.  Burada 
Torromtorun  insanlara  obyektiv  münasibəti  çatdırılır: 
«…Mən  bir  adamın  zatını  təcrübə  etdiyim  zaman  din  və 
məzhəbini  aramağı  iltizam  etməm.  Əxlaqını,  fəzailini 
öyrənməyi  məzam  edərəm.  Düzdür,  Tomson  mənim 
mənfurumdur,  fəqət  xristian  olduğundan  deyil,  insan 
olmadığından  mənfurumdur»  (136,  54).  Həqiqətən, 
Tomson müsbət keyfiyyətli insan olsaydı belə, yenə də öz 
dövlətinin  işğalçı  siyasətini  həyata  keçirdiyi,  Bortel  kimi 
qaniçən,  qəddar bir adama  xidmət etdiyi üçün  ədalətli ola 
bilməzdi.  Odur  ki,  Raycaran  Torromtor  hüququ,  mənliyi 
tapdalanmış,  azadlığı  əlindən  alınmış  bir  xalqın  qeyrətli 
nümayəndəsi  kimi  istismarçı  dövlətə,  onun  işğalçılıq 
siyasətini həyata keçirən əlaltılarına qarşı mübarizə aparır-


 
 
95 
dı. Ə.Cavad məsələyə məhz bu prizmadan yanaşaraq, əsas 
diqqəti  istismar  və    müstəmləkəçilik  məsələsinə 
yönəltmişdir.  
Şair  əsərə  özünəməxsus  incəliklə  yanaşaraq  onu 
mümkün  qədər  Azərbaycan  həyatına,  oxucuların  zövqünə 
uyğunlaşdırmışdır.  Elizabet  obrazının  təsvirində  bunu  bir 
daha görürük. Məsələn, orijinalda Elizabet Tomsona deyir: 
«Sənin  önündə,  sənin  yanında,  bəlkə  sənin  ayağının 
altında  ölməyi  səndən  ayrı  olaraq  min  sənə  yaşamağa 
tərcih edərəm» (136, 95). Elizabet Tomsondan ayrı min il 
yaşamaqdansa,  onun  yanında  ölməyi  seçdiyini  söyləyir. 
Ə.Cavadda  isə  bu,  belə  verilir:  «Sənin  qarşında,  sənin 
yanında,  bəlkə  də  sənin  ayağının  altında  ölməyi  ərimə 
arzulayıram» (43, 125). Bortel nə qədər mənfur adam olsa 
da,  Elizabetin  ondan  bu  şəkildə  danışması  bir  qadın  kimi 
onu  kiçildir.  Burada  da  Ə.Cavad  Elizabetin  eşq 
macərasından  uzağa  getməyən  məhəbbətilə  diqqəti 
yayındırmayıb,  əsas    problemi  önə  çəkmişdir.  Bortel 
olduğu kimi azğınlığı,  zalımlığı və  despotluğu ilə, Surucu 
isə  bütün  səmimiyyəti,  mənəvi-əxlaqi  saflığı  ilə  yadda 
qalır.  
Ə.Hamidin  «Duxtəri-Hindu»  pyesi  haqqında o  zaman 
müxtəlif fikirlər söylənilmişdi. Bəzi  Türkiyə ədəbiyyatşü-
nasları  Hamidin  bəhs  etdiyi  mövzuya  yetərincə  bələd 
olmadığını  bildirmiş,  obrazların  təsvirlərini  cansız, 
yetərsiz  hesab  etmiş,  əsərin  dilinin  ağır  olduğunu 
göstərmişlər.  Hətta  onu  müdafiə  edən  Namiq  Kamal  da 
müəllifə  bildirmişdi  ki,  «Duxtəri-Hindu»dan  «mənə 
tərcümə  et  də  anlat»  (136,  11).  Ə.Hamid  əsərə  son  söz 
yerinə  yazdığı  «Hatəmə»də  (136,  150-153),  eləcə  də 
məktub və xatirələrində bunları ciddi qəbul etmirdi. Əsərin 
və  onun  tamaşasının  rəğbətlə  qarşılanması  da  göstərdi  ki, 


 
 
96 
«Duxtəri-Hindu» yüksək sənət örnəyidir.  
Ə.Hamid  sonrakı  türk  şeirindəki  yenilikçi  hərəkatın 
başında  duranlardan  olmuşdur.  Pyesindəki  «Tanaqqum» 
şeirini  müasirləri  türk  ədəbiyyatında  Avropa  tərzində 
yazılmış  ilk  şeir  kimi  də  dəyərləndirmişlər.  «Duxtəri-
Hindu»nun əhəmiyyətindən danışan tənqidçilər onu «lətif, 
incə  parçalarla,  …çox  yüksək,  gözəl  və  düşündürücü 
fikirlərlə  dolu»  əsər  (185,  7),  müstəmləkəçilik  əleyhinə, 
insanların  istismarına  qarşı  yazılmış  «ilk  səda  və  ilk 
nümayiş»  (185,  7)  adlandırmışlar.  Bütün  bunlar 
Ə.Cavadın  «Hind  qızı»nda  özünü  göstərir.  Namiq 
Kamalın söylədiyi kimi, «Duxtəri-Hindu» oynanmaq üçün 
yazılmamışdir. Əsasən teatr deyil – Avropadakı pək (xeyli 
–  A.M.)  böyük  şairin  bir  çox  əsəri  kimi    teatr  şəklində 
yazılmış  bir  hekayədir»  (136,  11).  Məhz  bu  üzdən 
Ə.Cavad  pyesin  səhnədə  oynana  bilməsi  üçün  bütün 
imkanlardan istifadə etmiş, onu yığcamlaşdırmış, ustalıqla 
sadələşdirmiş  və  Azərbaycan  səhnələrində  uğurla  
oynanılmasına nail olmuşdur.  
Beləliklə,  Ə.Cavadın  «Duxtəri-Hindu»  kimi  bir  əsərə 
müraciət    etməsi  onun  yaradıcılığının  yeni  imkanlarından 
xəbər  verirdi.  Belə  böyük  və  mükəmməl  əsərin  sərbəst, 
yaradıcı  şəkildə,  bir  növ  iqtibas  kimi  işlənib  tamaşaya 
qoyulması Ə.Cavadın bu  sahədəki istedadı ilə də bağlıdır. 
Əsərin  Azərbaycan  oxucusuna,  tamaşaçılarına  uğurla 
çatdırılması həm də o dövr üçün bir hadisə idi.  
 


 
 
97 
III FƏSİL 
 
Ə.CAVADIN TÜRKİYƏDƏ TƏDQİQİ VƏ  
TƏBLİĞİ MƏSƏLƏLƏRİ 
 
3.1.  Ə.Cavad  Türkiyə  mətbuatında  və  ədəbi 
fikrində 
 
Ə.Cavadın yaradıcılığına maraq Türkiyədə keçən əsrin 
ilk  onilliklərindən  başlamışdır.  Bu  haqda  ilk  bilgilərə 
1916-cı ildən rast gəlirik. Şairin 1916-cı ildə nəşr olunmuş 
«Qoşma»  kitabı  Türkiyəyə  də  çatmışdı.  Onu  görkəmli 
türkoloq,  şair,    «Türkçülüyün  əsasları»  əsərinin  müəllifi 
Ziya  Göyalp  da  oxumuş,  şairin  kitabından    «İraq»  şeirini 
1918-ci  ildə  «Yeni  məcmuə»  dərgisində  çap  etdirmişdir. 
Şeirdən  əvvəl    Z.Göyalp  bu  sözləri  yazırdı:  «Ruslarla 
döyüşdüyümüz  əsnada  Qafqaziyada  intişar  edən  bir  şeir 
məcmuəsi  əlimizə  keçdi.  «Qoşma»  ismində  olan  bu 
kitabın  nazimi  Əhməd  Cavad  ismində  bir  türkdür.  Bu 
millətpərvər  şairin  bütün  şeirləri  Osmanlı  türklərinə,  ana 
vətənə,  orduya  xitab  edilmişdir.  Müharibənin  müxtəlif 
səhifələrinə təəllüq edən (həsr edilən – A.M.) bəzi parçanı 
birər-birər məcmuəmizdə dərc edəcəyik» (60, 233).  
Ziya  Göyalp  Ə.Cavadın  «İraq»  şeirini  öz  məc-
muəsində  təsadüfən  çap  etməmişdir.  Bizcə,  burada  onu 
cəlb  edən  əsas  cəhət  Ə.Cavadın  həmin  şeirinin  əsas 
mövzusunun türk birliyi olmasıdır. Əhməd Cavad İraqdakı 
soydaşlarımızın,  oradakı  qan  qardaşlarımızın  həsrətini 
çəkir, onlardan uzaq düşməyimizdən kədərlənir. Arzu edir 
ki,  onları  düşünüb,  hər  an  andığımız  kimi,  İraqdakı  qan 
qardaşlarımız  da  bizi  ansınlar.  Bununla  aramızda  mənəvi 
körpü  yaranar  və  biz  birləşə  bilərik.  Məlumdur  ki,  Ziya 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə