Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə26/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

 
 
88 
«M.Hənəfi»  imzası  və  «Türk  ədəbiyyati-lisanı  və  Türk 
cərəyani-əfkarı    (Rövşən  Əşrəf  və  Rövşən  bəylərin 
konfransı)»  başlıqlı  məqalə  çap  edilmişdir  (13).  Həmin 
məqaləni  ərəb əlifbasından transliterasiya edərək,  yenidən 
çap  etdirən  Alxan  Bayramoğlu  ona  «Bizi  xoşbəxtliyə 
götürəcək  yolun  Azərbaycandan  keçəcəyini  bilirdik» 
başlıqlı  məqalə-təqdimat  da  yazmışdır.  Məqalədə 
konfransda  gedən  söhbətlər  haqqında  oxuyuruq:  «…Bu 
konfransda  Rövşən  Əşrəf  bəy  Türkiyədə  tarixi  dövrlər  və 
ədəbi  cərəyanlar,  bu hərəkatlarda öncül rol  oynayan tarixi 
və  ədəbi  şəxsiyyətlər  haqqında  bəhs  etməklə  Azəri 
türklərinin  Türkiyə  haqqında  təsəvvürlərini  bir  qədər  də 
genişləndirməyə çalışmışdır… Rövşən Əşrəf bəy Osmanlı 
türklərinin  özlərinin  Azəri  qardaşlarına  bəslədikləri 
məhəbbət  və  doğmalıq  duyğularını,  həm  də  şair  dostu 
Əhməd  Cavadın  yuxarıda  adını  xatırladığımız  məqaləsinə 
(«Rövşən  Əşrəf  bəy»  –  A.M.)  cavab  verərək  belə  ifadə 
edirdi:  «Biz  orada,  İstanbulda  buraları  çox  sevdik,  çox 
özlədik. Bizi  xoşbəxtliyə  götürəcək yolun  Azərbaycandan 
keçəcəyini  bilirdik.  Buraya  qoşmaq  həpimizin  arzusuydu, 
arzusudur…  Sizə  can  atan  bir  çox  Osmanlı  ziyalıları 
arasında sizə əvvəl qovuşmaq şərəfini, xoşbəxtliyini Allah 
mənə  nəsib  etdi.  Onun  üçün  mən  iki  dəfə  bəxtiyaram». 
R.Əşrəf  burada    məşhur  yazıçı  Xalidə  xanımın  bir 
Azərbaycan  türkünə  dediyi  «Sizin  gözəl  məmləkətinizdə 
bir  bahar  keçirmək,  o  qardaş  ölkəni  görmək,  orada 
çalışmaq  mənim  çox  istədiyim  şeydir»  sözlərini  xatırladır 
və  bildirirdi ki,  «Osmanlı türklərinin  məndən çox yüksək, 
çox  elmli,  çox  dəyərli  mühərrirləri»  də  «sizi  görməyə 
gələcəklər» (13;  23, 86-87).  
M.Hənəfinin  məqaləsindən  Rövşən  Əşrəfin  bu  kon-
fransda  Ə.Cavadın  onun  haqqında  yazdığı  «Rövşən Əşrəf 


 
 
89 
bəy» məqaləsinə  və  həmin  məclisdəki  çıxışında qaldırdığı 
məsələlər cavabını da öyrənirik: «…Möhtərəm şair Cavad 
bəy  bu  gün  qəzetədə  deyirdi  ki,  Osmanlı  fikir  ordusu 
Azərbaycana  qoşmaqda  gecikdi.  Biz  onların  əsərlərini 
əzbərlədik,  can  öylərimizə  soxduq, onlar  bizi aramıyorlar. 
Əziz  məsləkdaşım  gəncliyə  məxsus  bir  atəşlə,  bir 
həyəcanla, bir acələ ilə (tələsik – A.M.) söz söylədi. Fəqət 
buna  haqqı  vardı.  Çünki  çox  sevən,  çox  özləyən,  çox 
bəkləyən  bir  kişi    (adam  –  A.M.)  tələsər.  Xüsusilə,  gənc 
bir şair olasan» (23, 88).  
Rövşən Əşrəfin bu  sözləri Ə.Cavada sevgi və  məhəb-
bətlə  doludur.  Eyni  zamanda  o,  burada  Əhməd  Cavadın 
Türkiyəyə və türkiyəli qardaşlarımıza olan məhəbbətini də 
çox  yerində  və  düzgün  muşahidə  etmişdir.  Doğrudan  da, 
Ə.Cavad  gənc  bir  Azərbaycan  şairi  olaraq,  Türkiyəyə 
gəncliyə məxsus odlu bir sevgi ilə bağlanmışdı.  
 
2.3.  Əbdülhəq  Hamidin  «Duxtəri-Hindu»  pyesi 
Ə.Cavadın çevirməsində  
 
Ə.Cavadın  Türkiyə  ilə  yaradıcılıq  əlaqələrini  əyani 
şəkildə  göstərən  bir  məsələ  də  onun  bu  ədəbiyyatdan 
çevirmələridir.  
Ə.Cavadın tərcüməçilik fəaliyyətini tədqiqatçılar yük-
sək  qiymətləndirmiş,  onun  «orijinalın  ruhuna,  mayasına, 
məna  incəliklərinə  sədaqət»  (102,  117)    məharətini  önə 
çəkmişlər. 
Ş.Rustavelinin 
«Pələng 
dərisi 
geymiş 
pəhləvan»,  V.Şekspirin  «Otello»,  «Romeo  və  Cülyetta», 
Turgenevin 
«Atalar  və  oğullar»  və  s.  əsərlərin 
tərcüməsində də bu özəlliklər özünü göstərir.  
Ə.Cavadın  tərcümə  etdiyi  «Pələng  dərisi  geymiş 
pəhləvan»  poeması  1978-ci  ildə  nəşr  edilmişdir.  Kitaba  


 
 
90 
geniş  ön  söz  yazan  görkəmli  tərcüməçi  –  mütəxəssis 
Dilarə  Əliyeva  Ə.Cavadın  tərcüməçilik    məharəti  haq-
qında yazırdı: «Əsəri orijinalla tutuşdurduqdan  sonra bizə 
aydın  oldu  ki,  öz  işinə  belə  məsuliyyətlə  yanaşdığından 
Ə.Cavad tam mənası ilə orijinala yaxın, onun ruhunu  verə 
bilən,  Ş.Rustaveli  dühasına  layiq  bir  bədii  tərcümə  yarat-
mışdır. Təsadüfi  deyildir ki, hələ 1936-37-ci  illərdə gürcü 
rustavelişünasları həmin  tərcüməyə  yüksək qiymət vermiş 
və mütərcimin məharətini xüsusi qeyd etmişlər» (119, 13). 
Ə.Cavadın  Türkiyə  ədəbiyyatından  da  çevirmələri 
vardır.  Ə.Cavadın  «Pələng  dərisi  geymiş  pəhləvan» 
poemasının  tərcüməsi  haqqında  deyilən  fikirləri  «Hind 
qızı»  pyesinə  də  şamil  etmək  olar.  İndiyədək  tədqiqatdan 
kənarda  qalan  «Hind  qızı»  (1928)  adı  ilə  təqdim  edilmiş 
bu  əsər  məşhur  türk  ədibi  Əbdülhəq  Hamid  Tarhanın 
(1851-1937)  «Duxtəri-Hindu»  pyesinin  bir  növ  sərbəst 
çevirməsidir.  
F.e.d.  Nazif  Ələkbərli  Ə.Cavadın  tərcüməçilik  fəaliy-
yətindən  bəhs  edərkən,  onun  Ə.Hamidin  «Hind  qızı» 
pyesini də tərcümə və təbdil edib, səhnə üçün hazırlaması, 
«Gənc  işçi»  qəzetinin  17  dekabr  və  24  dekabr  saylarında 
«Hind  qızı»  haqqında  resenziyaların  çıxması    barədə 
məlumat verir (55, 36). 
«Duxtəri-Hindu»  pyesini  haqlı  olaraq  «Hamid  irsinin 
Azərbaycanla  əlaqəsinin  əsas  mərhələsi»  (87,  95)  hesab 
edən  A.B.Qurbanov  pyesin  Məhəmməd  Bağır  Əliyev 
tərəfindən  də  böyük  bir  ixtisarla  tərcümə  edildiyini  yaz-
mışdır. Bu məlumatın izi ilə gedərək M.B.Əliyevin  əlyaz-
masını  əldə  etdik.  Əlyazmanın  tamamlanma  tarixi 
01.02.1920 göstərilsə də  tarixində yazılsa da, 1930-cu ildə 
qeydiyyatdan  keçib  (134).    Nizami  Muzeyində  bununla 
bərabər  «Duxtəri-Hindu»nun  başqa  bir  çevirmə 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə