114
Qafqazlardan aşacağız,
Türklüyə şan qatacağız,
Türkün şanlı bayrağını
Turan elə asacağız!
Hətta belə variantla da rastlaşdıq:
Türkün şanlı bayrağını
Qarabağa asacağız!
Gördüyümüz kimi, Ə.Cavadın «Çırpınırdın, Qara də-
niz» şeiri qəlbi vətən, millət təəssübkeşliyilə vuran türk
övladlarının arzu və niyətlərinin tərcümanına çevrilmişdir.
Ə.Cavadın Türkiyədə məşhur «Göy göl» şeirinə də
nəzirələr yazılmışdır. Belə nəzirələrdən biri Ali Akbaşın
«Göy göl» şeiridir. Şeir «Türk kültürü» dərgisində belə bir
təqdimat-epiqrafla çap edilmişdir: «Şair Əhməd Cavadın
xatirəsinə». Orada oxuyuruq:
Bir səhər vaxtında vardık Göy gölə,
Burda kızlar gül takıyor kakilə.
Alev-alev bir gül atdım, su yandı,
Sonam dərin uyqusundan oyandı.
Yavaş-yavaş araladı pərdəyi,
Gönlüm gölə düşmüş yaban ördəyi.
Geyib quşanmaya ərinmiş Göy göl,
İpəkdən tüllərə bürünmüş Göy göl. (145, 284)
Bu təsvir və tərənnümlərdən sonra müəllif tarixə üz
tutur və Göy göllə bağlı xalq rəvayətləri, inamlar haqda
oxuculara bilgi verməyə çalışır. Sonra sözünə belə davam
edir:
Şimdi yaylaların son baharıdır,
115
Dağları qaplayan süd buxarıdır.
Yapayalnız qalmış kuğulu
*
Göy göl,
Ağlayan göz kimi buğulu
**
Göy göl.
Uzar kıyında
»
bir sarı qamış,
Kəndini
»*
seyr edər sularda yaz, kış.
Şimal küləyiylə kar gəliyor, kar,
Sonamı tufandan qoruyun, dağlar (145, 285).
Burada müəllifi narahat edən əsas səbəb onun sonasını
- Göy gölü şimal küləyilə gələn qar-çovğunun, yəni Rusi-
yanın məhv edəcəyi qorxusudur. Bu motiv, söz yox ki,
Ə.Cavadın «Göy göl» şeirindən gəlmədir.
Görkəmli cavadşünas Əli Saləddinin «Əhməd Cavad»
monoqrafiyasında isə Azərbaycanın mühacir şairlərindən
olan Alazan Baycanın yazdığı «Göy göl» şeiri verilmişdir
(110, 318-319). Bu şeir «Əhməd Cavadı anaraq» epiqrafı
ilə yazılmışdır. Gətirdiyimiz faktlar Ə.Cavadın «Göy göl»
şeirinin də Türkiyədə geniş yayılıb məşhurlaşdığını
göstərir.
İ.M.Yıldırım «üzərində ən çox mübahisələr gedən,
böyük gurultular qoparan bir şeir» kimi təqdim etdiyi
«Göy göl» haqqında danışarkən, burada da türk birliyi
arzusu olduğunu qeyd edir: «Bir zamanlar qovuşma həyata
keçmək üzrəykən, fələk oyununu oynamış və iki sevgili
(Türkiyə və Azərbaycan) bir-birlərindən ayrı düşmüşlər»
(175, 53).
Tənqidçi Mustafa Quliyev «Türk ədəbiyyatında sağ
uklon» başlıqlı məqaləsində Ə.Cavadın 1928-ci ildə
«İstiqlal uğrunda» kitabında çıxan «Göy göl» şeirini də
təhlil etmişdi. Əslində bu «təhlil» ittiham məqsədi
*
гу гушлу
**
ням
116
daşıyırdı. Müəllif Ə.Cavadın, guya həmin şeirlə hazırda
(yəni, o dövrdə) Türkiyədə mühacirətdə olub SSRİ-yə
qarşı mübarizə aparan müsavatçıları nəzərdə tutduğunu
vurğulayaraq yazırdı: «Bir neçə il bundan əvvəl Ə.Cavad
məşhur «Göy göl» şeirində iflas etmiş müsavat
ziyalılarının keçmiş «əzəmət» xülyası ilə yaşayaraq ömür
keçirdikləri «uzaq ölkələrə» (Türkiyəyə – A.M.) salam
göndərmişdi. İndi Cavad bu səfillərə əl uzatmaq istəyir. Bu
əli qırmanclamaq lazımdır. Yaltaqlıq, ikiüzlülük, xəyanət və
riyakarlığa nəhayət verilməlidir» (43, 93).
Ə.Cavad bu üzdəniraq «tənqidlərdəki» məkrli niyyət-
ləri, onların arxasında düşmənin qəzəblə qıcanan qanlı
dişlərini bütün dəhşəti ilə görürdü. Ona görə də özünü mü-
dafiə etmək məqsədilə «Kommunist» qəzetinin 31 oktyabr
1929-cu il sayında çap etdirdiyi «Şiddətli protesto edirəm»
başlıqlı məqaləsində ona qarşı irəli sürülən bu tipli itti-
hamları rədd edirdi.
«Göy göl» şeiri öz məna dərinliyi, bədii ifadə tərzi,
poetik gücü ilə ədəbi mühitdə əks-səda oyatmışdı. Ancaq
M.Quliyevin tənqidindən sonra yenidən Ə.Cavadın üstünə
düşdülər. Şair bu tutduğunu buraxmayan «alovlu» tənqidçi-
lərdən yaxa qurtarmaq üçün yazıçıların hər iclasında,
plenumunda özünü təmizə çıxarmağa çalışırdı. Hətta məc-
burən ürəyindən keçənləri pərdələməyə, inkar etməyə də
gedirdi. Şairin ittihamlara cavab verdiyi «İzah» məqalə-
sində oxuyuruq: «Göy göl» özü özlüyündə lirik bir
parçadır. Onun belə olduğundan ümumiyyətlə lirizmə
məxsus bir səciyyə etibarilə, müxtəlif mənalar verilə
bilər… Şeirimdəki hüzn və üzüntü yalnız şəxsidir, özümə
aiddir. …Bən burada böylə bir hüznün bugünkü
ədəbiyyata da xeyirli olduğunu deyil, bəndəki hüznün
siyasi olmadığını söyləmək istəyirəm» (38 və 43, 169). Bu
117
cür etirafa bənzər, yozma fikirlərlə razılaşmayan
tənqidçilər «Göy göl» şeirinin, ümumiyyətlə, millətçi,
müsavatçı, istiqlalçı ruhunu qəbul edə bilmirdilər. Şeirdə
bəzi misraların birbaşa Türkiyəyə, müsavatçılara,
mühacirlərə ünvanlanması isə onları lap əsəbləşdirirdi.
Həqiqətən də, romantik üslubda, simvolik işarə və bənzət-
mələr əsasında yazılan «Göy göl» şeirində «dağların ma-
ralı» ilə istiqlal düşün-cəsi «dumanlı» olduğu qədər də
aydındır. Şairin gizlətməyə çalışdığı, ancaq bacara bilmə-
diyi əsl fikirləri onun həyatının dramatik sonluğundan
bəllidir.
Ə.Cavad «dağların yaşıl qoynunda» gah xumarlanan,
gah qəribsəyən, gah da gözü yol çəkən «Göy göl»ə layla
çalır, təsəlli verir, ağı deyir:
Zümrüd gözlərini görsünlər deyə,
Şamlar boy atmışdır, uzanmış göyə!
Keçmişdir onlara qəzəbin niyə,
Düşmüşlərdir səndən aralı, Göy göl?! (42, 231)
Gözlərindən oxunan və gözlədiyi suala cavab almayan
bu maralın intizarı şairə yaxşı tanışdır. Odur ki, onu belə
ovundurur:
Dolanır başına göydə buludlar,
Bəzənmiş eşqinlə çiçəklər, otlar.
Öpər yanağından, qurbanlar otlar,
Ayrılıq könlünü qıralı, Göy göl!
və soruşur:
Bir sözün varmıdır əsən yellərə,
Sifariş etməyə uzaq ellərə?.. (42, 231)
Türkiyəyə rəmzi şəkildə «uzaq ellər» deyə tənqid-
Dostları ilə paylaş: |