Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə30/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

 
 
102 
baxmaq  olmaz.  Çünki  1920-ci  ildə  o,  Türkiyədə  kifayət 
qədər  tanınırdı.  Buna  səbəb  olan  əsas  cəhətlərdən  biri  də 
şairin şeirlərinin mövzusu, «ideya istiqaməti və vəzni» idi. 
Təsadüfi deyil ki, müəllif məqaləsində əsas diqqəti Əhməd 
Cavadın şeirlərinin «fars əruzunun» sərhədlərindən kənara 
çıxdığını, onların «vəzninin milli» olduğunu ayrıca vurğu-
layırdı.  Doğrudan  da,  Ə.Cavadın  şeirləri,  həmçinin  «Qoş-
ma»  kitabında  toplanan  əsərləri  vətən  sevgisi,  istiqlal, 
türkçülük və azadlıq duyğusu ilə yazılmışdı. Ömər Seyfəd-
dini Ə.Cavad şeirlərinin həm vəzn və üslub, həm də  məz-
mun  və  ideya  baxımından  milli  ovqatlı  olması  daha  çox 
cəlb etdiyi üçün o, Türkiyə ədəbiyyatında da bu istiqamətli 
ədəbiyyata  nəzər  salmağı  lazım  bilirdi.  Bu  münasibətlə 
müəllif  məqalədə  deyirdi:  «Bizdəki  milli  ədəbiyyat 
hərəkatı  oralara  qədər  əks  etdi.  Əmin  bəyin  (Məmməd 
Əmin  Yurdaqul  nəzərdə  tutulur  –  A.M.),  Yusif  Ziyanın, 
Ziya  Göyalpın  mənzum  əsərlərini  oxudular.  İstanbulun 
milli ədəbiyyat cərəyanını təqlid eləməyə başladılar. 
Azərbaycanlı  qardaşlar  sənəti,  ədəbiyyatı  bizdən  sox 
sevirlər;  ədiblərə,  sənətçilərə  də  bizdən  daha  çox  hörmət 
eləyirlər. Bunun səbəbi isə bəllidir. Orada ədib, yaxud şair 
özünü  millətdən  ayrı  saymaz.  Millətinin  dilini  bizimkilər 
kimi  xor,  həqir  görərək,  elmi,  əldə  olunmuş  süni  bir  kitab 
dili  tərənnüm  etməz.  Buradakı  gənc  nümayəndələri  belə 
bir ədib, bir hekayənəvisdir» (104). 
Burada  müəllif  XIX  əsrin  II  yarısında  Türkiyədə 
aparıcı  rol  oynayan    tənzimat  hərəkatını  önə  çəkir  və 
həmin  hərəkatın  təsirinin  Azərbaycana  da  gəlib  çıxdığını 
göstərirdi.  Ömər  Seyfəddin  Azərbaycanda  İstanbul  milli 
ədəbiyyat  cərəyanının  təqlid  edildiyini  yazarkən,  İstanbul 
milli  ədəbiyyat  cərəyanının  nümayəndələrinin  təcrübə-
lərindən  faydalanıldığını,  yararlanıldığını  nəzərdə tuturdu. 


 
 
103 
Görkəmli  Azərbaycan    ədibi, alimi və  pedaqoqu  Abdulla 
Şaiq  bu  barədə  yazırdı:  «Qərb  müstəmləkəçilərinin 
yürütdüyü  siyasət  nəticəsində  Türkiyənin  ictimai  və 
iqtisadi  vəziyyəti  gündən-günə  zəifləməyə  başlamışdı. 
Türkiyə  cəmiyyəti  özünü  Qərb  istismarçılarının  əzici 
pəncəsindən  qurtarmaq  üçün…  tədbirlər  düşünürdü.  O 
zamankı  ictimai  və  iqtisadi  həyat  islamlaşmaq, 
milliləşmək  və    müasirləşmək  kimi  yeni  fikirləri  ortaya 
atdı.  Ədəbiyyat  da  bu  üç  cərəyanı  təbliğ  etməyə  başladı. 
İslamlaşmaq  cərəyanının  başında  «Sıratül-müstəqim» 
məcmuəsinin  naşiri  Məhəmməd  Akif,  milliləşmək 
cərəyanının  başında  Məmməd  Əmin,  müasirləşmək 
cərəyanının  başında  «Sərvəti-fünun»  məcmuəsinin  naşiri 
Tofiq Fikrət dururdu» (3, 276). Buradan o da  anlaşılır ki, 
milli azadlıq hərəkatı Azərbaycanda Türkiyədən  xeyli  gec 
başlamış  olsa  da,  ictimai  fikirdə  milli  istiqlal  ideyaları  və 
milli  kimlik  məsələləri  XIX  əsrin  80-ci  illərindən  üzə 
çıxır.  
M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağayev kimi Azər-
baycan  ədib  və  ictimai  xadimləri  Türkiyədə  tənzimat 
hərəkatından başlanan yeniliklərə  xüsusi diqqət yetirir, öz 
əsərləri  və  əməli    köməkləri  ilə  türkiyəli  qardaşları  ilə 
bərabər 
hərəkət 
etməyə 
çalışırdılar. 
M.Hadi, 
Ə.Hüseynzadə,  Ə.Ağayev,  M.Ə.Rəsulzadə,  M.B.Məm-
mədzadə  və  başqalarının  həyat  və  ictimai-ədəbi 
fəaliyyətlərinin müəyyən dövrünün Türkiyə ilə bağlılığı da 
buna parlaq misaldır. 
Azərbaycanın  ictimai  və  ədəbi,  publisistik  xadimləri 
Rusiya  və  Türkiyədə  baş  verən  sosial-siyasi  hadisələrdə 
fəal  iştirak  etməklə  öz  xalqlarının  və  vətənlərinin  də 
tezliklə  azadlığa  çıxacağına  ümid  bəsləyirdilər.  Ona  görə 
də Azərbaycanda başlanan bu hərəkat tezliklə öz bəhrəsini 


 
 
104 
verdi.  Azərbaycan  Xalq  Cümhuriyyəti  quruldu.  Ömər 
Seyfəddin  Azərbaycandakı  bu  coşğunluğa  və  əldə  edilən 
uğurlara  yüksək  qiymət  verərək  yazırdı:  «Azərbaycanlılar 
kiçik bir istiqlal ili içində bizim əsrlərdən bəri eləyə bilmə-
diyimiz  şeyləri  eləmişlər.  Məmləkətin  hər  tərəfini 
məktəblə  doldurdular.  Türk  dilini  rəsmi  dil  kimi  qəbul 
etdilər…  Türk  sənətkarları  üçün  artıq  bu  gün  İstanbul 
kimi,  hətta  İstanbuldan  daha  sərbəst  bir  vətən  açdılar… 
Ona  görə  də  Azərbaycanın  istiqlaliyyəti  sanki  bütün 
Turanın istiqlaliyyəti deməkdir.  
Bəli, Xəzər dənizinin o biri tərəfindəki qardaşlarımıza 
Avropa  mədəniyyətini  bizdən  əvvəl  mütləq  onlar  apara-
caqlar» (104).  
Burada  osmanlı  türkü  olan  görkəmli  sənətkarın  Azər-
baycan  türklərinin  bütün  türk  dünyasında  hamıdan  fəal, 
zirək  və  azad  düşüncəli  olduğunu  diqqətə  çatdırıb  ona 
yüksək  qiymət  verməsi  insanda  qürur  hissi  yaradır.  Söz 
yox  ki,  bu  uğurların  əldə  edilməsində  bizim  qədim  tarixi 
köklərə  əsaslanan  milli  mədəniyyətimiz,  milli  potensial 
gücümüz  və  mənəvi-əxlaqi  dəyərlərimiz  yüksək  rol 
oynamışdır.  Bununla  yanaşı,  Azərbaycan  ədibləri  rusiyalı 
və 
türkiyəli 
həmkarlarının 
təcrübələrindən 
də 
yararlanırdılar.  Azərbaycan  MEA-nın  müxbir  üzvü, 
görkəmli ədəbiyyatşünas alim Əziz Mirəhmədov bu cəhəti 
nəzərdə  tutaraq  yazırdı:  «Bizim  XIX-XX  əsrlərdəki  ədəbi 
və  ictimai  fikrimiz  Türkiyədəki  tənzimat  və  məşrutiyyət 
hərəkatları  ilə,  yeni  mədəniyyət  və  ədəbiyyat  uğrunda 
mübarizə  ilə  qarşılıqlı  əlaqədə  inkişaf  etmişdir…  Məhz 
buna  görə  də  ziyalılarımızın  Türkiyə  ilə  qarşılıqlı 
əlaqələrini  yaddan  çıxarsaq,  gəldiyimiz  nəticələr  kəsirli 
olar» (95, 279). 
1990-cı  illərdən  etibarən  Ə.Cavad  Türkiyədə  də  daha 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə