Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə36/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

 
 
121 
vermişdir.  Ümumiyyətlə, N.Kamal (1840-1888) M.Hadini 
(1879-1920)  oğulluğa  necə  qəbul  edə  bilərdi.  N.Kamal 
vəfat edəndə M.Hadinin 9 yaşı  var idi. M.Ə.Rəsulzadənin 
haqqında  söhbət  gedən  fikri  müqayisə  səciyyəsi  daşıyır 
zənnindəyik.  Yəni  bu  o  deməkdir  ki,  N.Kamalın  yolunu 
M.Hadi,  Ə.Hamidin  yolunu  H.Cavid,  M.Ə.Yurdaqulun 
yolunu  isə  Ə.Cavad  davam    etdirmiş,  birincilər  ikinciləri 
oğulluğa  yox,  əksinə,  ikincilər  birinciləri  mənəvi  atalığa 
qəbul etmişlər» (70, 5).  
Doğrudan  da,  Azərbaycan  və  Türkiyə  şairlərinin  ara-
larındakı  ədəbi  yaradıcılıq  ənənəsini  təqlidçilik  kimi  başa 
düşmək səhvdir.   
Əhməd Cavad irsinin Türkiyədə yayılması və öyrənil-
məsinin  növbəti  mərhələsində  Azərbaycan  mühacirlərinin 
bu  ölkədə  siyasi  və  elmi-ədəbi  fəaliyyətləri  mühüm  rol 
oynamışdır.  Belə  ki,  Azərbaycan  mühacirləri  öz 
nəşrlərində  «Yeni  Qafqasiya»,  «Qurtuluş»,  «Azərbaycan 
Yurd  Bilgisi»,  «Azərbaycan»  və  s.  jurnallarla  yanaşı, 
Türkiyə  mətbuatında,  habelə  ayrı-ayrı  kitab  və 
məcmuələrdə  ədəbiyyat  xadimləri,  onların  yaradıcılıqları 
barədə də  bəhs edir, əsərlərindən nümunələr çap edirdilər. 
Həmin  ədəbiyyat  və  mədəniyyət  xadimlərimizin  arasında 
Əhməd Cavadın da özünəməxsus xüsusi  yeri var idi.  
1930-cu  illərdə  Türkiyədə  Azərbaycan  ədəbiyyatı, 
tarixi  və  mədəniyyəti  haqqında  tez-tez  bir-birindən 
maraqlı  yazılar  çap  edilirdi.  Belə  materiallardan  biri  də 
professor  Əhməd  Cəfəroğlunun  «Azərbaycan  Yurd 
Bilgisi»  dərgisində  çap  etdirdiyi  «Modern  Azərbaycan 
ədəbiyyatına  toplu  bir  baxış»  adlı  geniş  məqaləsi  idi. 
Məqalədə  Azərbaycan  istiqlal  ideyalarının  bədii  ədəbiy-
yatda  sovet  dövründə  də  davam  etdirilməsi    xüsusi  vur-
ğulanır.  Bu  barədə  oxuyuruq:  «…Nəcəf  Vəzirli,  A.Şaiq, 


 
 
122 
M.Ordubadi,  Ə.Cavad,  C.Cabbarlı  və  sairə  kimi  ad 
qazanmış  azəri  sənət,  ədəbiyyat  kadrı  bu  yeni  rejimdə  də 
vəzifələrinə 
davam 
edərək, 
yetişdirdikləri 
yeni 
məsləkdaşları  ilə  bərabər,  siyasi  idarə  səbəbiylə  qismən 
mövzuca  sosializmə  yaxın,  fəqət  ruhən,  şəklən  və  dilcə 
tamamilə  milli  və  vətəni  olan  turk  ədəbiyyatını  inkişaf 
etdirməyə çalışmışlar» (153, 47).  
Burada bir neçə cəhət diqqəti  cəlb  edir: Əhməd Cəfə-
roğlu  Azərbaycan  ədəbiyyatında  yeni  və  milli  ruhlu 
ədəbiyyatın  nümayəndələri  sırasında  Əhməd  Cavadın  da 
adını çəkir. Bununla o, Ə.Cavad yaradıcılığını onun  yaşlı 
həmkarları  –  N.Vəzirov,  C.Məmmədquluzadə,  Ə.Haqver-
diyev,  A.Şaiq,  M.S.Ordubadi  və  başqalarının  yaradıcılığı 
ilə  yanaşı  qoyaraq,  onların  estafetinin  layiqli  davamçısı 
olduğunu nəzərə çatdırmışdır. Ə.Cəfəroğlu burada həm də, 
sovet  rejimində  belə,  milli  ruhlu  ənənələrin  məzmun  və 
mahiyyətcə dəyişməyib özünü qoruyub saxladığını, yalnız 
zahiri  və  aldadıcı  dəyişikliklə  rejimin  diqqətini  yayındır-
mağa  çalışdığın  fikri  söyləmək  istəmişdir.  Bizcə,  bu  fikir 
də  əsaslı  və  inandırıcıdır.  Müəllifin  diqqət    yönəltmək 
istədiyi  bir    məqam  da  budur  ki,  sovet  rejiminin  bütün 
təqib  və qadağalarına  baxmayaraq,  həmin milli  və istiqlal 
ruhlu ədəbiyyata yeni-yeni ədəbi qüvvələr cəlb edilmişdir. 
Bu  gənclər  öz  sələfləri  ilə  yanaşı,  türklük  ruhunu  ədəbiy-
yatda  qoruyub  saxlayır  və  inkişaf  etdirirdilər.  Belə  ədəbi 
qüvvələr 
sırasına 
Ə.Cavadın 
yaxın 
dostu 
və 
məsləkdaşlarından olan Mikayıl Müşfiq də daxil idi.  
Müəllif  öz  məqaləsində  Əhməd  Cavadı  xatırlayarkən 
onun bütün varlığını Türkiyə, türklük uğrunda mübarizəyə 
həsr etdiyini vurğulamışdır. Bununla o, Ə.Cavada və onun 
yaradıcılığına bir türk olaraq özünün sayqı və məhəbbətini 
də ifadə etmişdir. 


 
 
123 
İstiqlalçı şair olan Ə.Cavadın şeirlərinə olan bu maraq 
və  sevginin  nədən  qaynaqlandığını  görmək  üçün 
Mirzəbala  Məmmədzadənin  1953-cü  ildə  Ankarada  çıxan 
«Azərbaycan»  dərgisində  çap  etdirdiyi    məqaləsində 
Ə.Cavada  həsr  edilən  sətirlərə  nəzər  salmaq  yerinə 
düşərdi.  «İstiqlal  zəfərinin  dastanı»  başlıqlı  bu  məqalədə 
Azərbaycan  ədəbiyyatında  milli  istiqlal  düşüncəsinin 
meydana  çıxma  səbəblərindən  danışılır,  bu  zaman  birinci 
növbədə  görkəmli  şairimiz  Məhəmməd  Hadinin  vətən  və 
hürriyyət  məzmunlu  şeirləri  və  onun  müasirlərindən  olan  
şair  İbrahim  Tahir  Musayevin  «Arzu»  şeiri  xatırlanır. 
Bildirilir  ki,  xalqımızın  istiqlal  arzusu  ilk  dəfə  bu  şeirdə 
üzə  çıxmışdır.  Həmin  istiqlal  arzusunun  milli    poeziya-
mızdakı 
inkişaf 
yolundan 
bəhs 
edərkən 
isə 
M.B.Məmmədzadə  haqlı  olaraq  Əhməd  Cavad  ismi 
üzərində  dayanır.  O,    fikrinə  belə    davam  edir:  «Fəqət 
Məhəmməd  Hadi  hürriyyəti,  İbrahim  Tahir  isə  istiqbalı 
dadlı  bir  «Arzu»  olaraq  təxəyyül  etmişlərdir.  Harsı, 
ictimai, iqtisadi və  siyasi sahələrdəki  milli həmlələrimizin 
məntiqi  və  təbii  bir  nəticəsi  olaraq,  bu  halından  dinamik 
milli bir ideal halına inqilab edən bu «Arzu»nun yaratdığı 
müəzzəm  istiqlal  savaşını  bütün  səhifələri  ilə  böyük  milli 
şairimiz  Əhməd  Cavadın  ölməz  misralarında  canlanmış 
buluyoruz» (182, 3).  
Göründüyü  kimi,  müəllif  milli  istiqlal  ideyalarının 
bütün inkişaf mərhələlərinin Ə.Cavadın poeziyasında öz 
əksini  tapdığını  qətiyyət  və  cəsarətlə    söyləyir.  O,  15 
sentyabr 1918-ci ili – Bakının rus və daşnak qüvvələrindən 
azad  edildiyi  tarixi  nəzərdə  tutaraq,  sovet  rejiminin 
qurbanlarından  olan  Ə.Cavadın  həmin  tarixi  günlərdə 
Qafqaz  İslam  Ordusunun  və  Azərbaycan  Könüllülər 
Ordusunun yanında olduğunu və bu zəfərlərin şahidi  kimi 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə