394
Şəkil 84. şəkil 85.
Şəkil 86. şəkil 87.
Arxası üstə krol üzmə üsulu.
Olimpiya oyunlarının proqramına arxasıüstə krol üzmə
üsuluda daxildir. Yarış kişi və qadınlar arasında 100 və 200m məsafəyə
keçirilir. Həmin üsul ilə kompleks üzgüçülük və quraşdırılmış
(uyğunlaşdırılmış) üzgüçülük yarışı məsafələrində istifadə olunur.
Arxası üstə krol üzmə üsulunda qollar növbə ilə avar çəkir.
Qıçlar isə növbə ilə yuxarı və aşağıya hərəkət etdirilir (şəkil 89).
Brass üzmə üsulu.
Brass üzmə üsulu da Olimpiya
oyunları proqramına daxildir. 100 və
395
200m məsafə üzrə çox böyük tətbiqi
əhəmiyyətə malikdir. Bu idman üsulu
ilə üzərkən adam özünü yüngül və
rahat hiss edir, paltarda daha uzaq
məsafəyə üzə bilir. Bərk külək əsdiyi
dövrdə brassla digər üzgüçülük
növlərinə nisbətən daha məqsədə
müvafiq hərəkət etmək olur.
Şəkil 88.
Sinə üstə krol üzmə üsulu.
Şəkil 89.
Arxası üstə krol üzmə üsulu.
Brass üzmə üsulunda idmançı
sinə üstə suda uzanır, çiyinləri isə
suyun üst təbəqəsinə paralel olur. Hər
iki qolu eyni vaxtda simmetrik şəkildə
hərəkət edir. Avar çəkmə zamanı isə
qollar suyun altı və ya üstü ilə arxaya
hərəkət etdirilir. Sonra qollar suyun
altı ilə irəliyə aparılır. Qıçlar eyni
vaxtda və simmetrik olaraq daima
396
suyun altında hərəkət etdirilir. Qıçlar
ilk vəziyyətdən sonra çevirilərək bir-
birindən ayrılır sonra da arxaya bərk
və cəld təkan vurularaq bir-birinə
yaxınlaşdırılır (düzəlir).
Brass üzmə üsulunda bədənin
irəli getməsində qıç hərəkətlərin
düzgün icrası mühüm əhəmiyyət kəsb
edir. Buna görə də həmin hərəkətlərin
lazımi səviyyədə yerinə yetirilməsinə
fikir vermək lazımdır.
Şəkil 90.
Brass üzmə üsulunun texnikası.
Bilirsinizmi brass üzmə üsulunda ilk vəziyyət necə olur? İlk
vəziyyətdə sinəsi üstə üfüqi vəziyyətdə suda uzanmaqla bərabər, eləcə
də baş alına qədər suya salınmış, qıçlar isə arxada düz suyun üst
təbəqəsinə yaxın, barmaqlar bir-birinə sıxılır. Avar çəkmədən əvvəl
baş qaldırılır və nəfəs alınır. 90-cı şəkildən də brass üzmə üsulunun
texnikasını müşahidə etmək olar.
Delfin (Batterflyay) üzmə
üsulu
Delfin üzmə üsulunda da baş suya salınır, sinə üstə üfüqi
uzanmış vəziyyətdə olur. Üzmə dövründə bu vəziyyət dəyişir. Delfin
üzmə üsulunda qıçlar yuxarıdan aşağı hərəkət etdirilir. Burada da təkan
vurmaya diqqəti artırmalıdır. Təkanvurma diz oynağında başlayır.
Topuq-baldır
oynağında isə açılaraq
başa
çatır.
Sonra
təkanvurma
məqsədilə
hazırlıq hərəkəti yerinə
yetirilir.
Delfin
üzmə
üsulunda qollarla avar
çəkilir. Qollar avar çəkmə
397
vaxtı suda olur. Avar
çəkmə bitirdikdən sonra
təkan vurulur. Baş sudan
çıxarıldıqda nəfəs alınır.
91-ci şəkildən isə delfin
üzmə üsulunun yandan və
öndən
görünüşünü
müşahidə edin.
Şəkil 91.
Delfin üzmə üsulu.
Bədbəxt hadisələr zamanı zərərçəkmiş insanlara ilk tibbi
yardım göstərmək qaydaları
Həmin
qaydaların
«Vətənin
müdafiəsinə
hazıram»
kompleksinin sınaq normativlərinə daxil olduğunu və insanlar üçün
mühüm həyatı əhəmiyyətini nəzərə alaraq onları şəkillər vasitəsi ilə
əyaniləşdirməyi və bəzən də qısa olsa da izahını verməyi faydalı hesab
edirik.
Suda boğulana ilk yardım.
Müşahidələr göstərir ki, əhalinin müəyyən bir qrupu suda
təhlükəsizlik qaydalarını bilmədiyinə görə müəyyən bir qrupu isə
qaydalara məhəl qoymadıqları səbəbdən gözlənilməz bədbəxt
hadisələrlə üzləşirlər. Zərərçəkmişlərə iki baxımdan kömək
göstərilməsinə ehtiyac duyulur. Birincisi boğulanı xilasetmə ilə,
ikincisi suda boğulanı xilas edildikdən sonra ona ilk yardım etməklə
əlaqədardır. Birinci haqqında nəyi demək olar?yəni suda boğulanı
sudan necə çıxarmaq lazımdır. Xilasetmənin bir sıra şərtləri vardır.
Yəni zərərçəkənin suyun sahilinə yaxın bir yerdə boğulduğunu və ya
sahildən uzaq bir sahədə boğulduğunu nəzərə alıb hər hansı bir tədbir